Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4.51 Kb.
PDF просмотр
səhifə1/13
tarix11.06.2017
ölçüsü4.51 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

 
 
 
 
 
Azərbaycanın görkəmli şəxsiyyətləri 
 
 
 
 
 
 
 
 
 
ABUZƏR XƏLƏFOV 
 
Biblioqrafik məlumat kitabı 
 
Anadan olmasının 85, elmi-pedaqoji 
fəaliyyətinin 65 illiyinə həsr edilir 
II HİSSƏ 
 
(2011-2016-cı illər) 
 
 
 
 
 
BAKI - 2016
 
 
KBT   Я19:Ч+Ч733(2А)я19 
UOT  016:02(479.24)-012 
 
Tərtibçi-müəllif:   Solmaz Sadıqova, 
 
 
 
dosent 
 
 
Redaktor:  
Kərim Tahirov, 
 
professor, 
 
 Əməkdar mədəniyyət işçisi 
 
Rəyçilər:  
Knyaz Aslan, 
dosent 
Elçin Əhmədov, 
dosent 
 
Sadıqova, S.A. Abuzər Xələfov: Biblioqrafik məlumat 
kitabı /Solmaz Sadıqova; red. K.Tahirov; rəy.: K.Aslan, 
E.Əhmədov.- Bakı, 2016.- Hissə II.- 248 s. 
 
 
Biblioqrafik məlumat kitabı  Əməkdar elm xadimi, Bakı Dövlət 
Universitetinin fəxri professoru, BMT yanında Beynəlxalq İnformasi-
yalaşdırma Akademiyasının akademiki, Azərbaycanda kitabxanaşü-
naslıq elminin banisi, Bakı Dövlət Universiteti kitabxanaçılıq-infor-
masiya fakültəsi Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri 
doktoru, professor Abuzər Alı  oğlu Xələfovun həyat və yaradıcılığı, 
elmi-pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuşdur.  
Biblioqrafik məlumat kitabı Abuzər Xələfovun yaradıcılığı  və 
kitabxanaşünaslıq elmi ilə maraqlanan mütəxəssislər, mədəniyyət işçi-
ləri, kitabxanaçılar, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuşdur. 
 
ISBN  978 9952 504 52 1
  
 
© Azərbaycan Milli Kitabxanası, 2016 

 
 
 
 
Выдающиеся деятели Азербайджана 
              
 
 
 
 
 
АБУЗАР  ХАЛАФОВ 
 
Библиографический справочник  
 
Посвящается 85-летию со дня рождения и  
65-летию научно-педагогической деятельности  
 
ЧАСТЬ II 
 
(2011-2016 гг.) 
 
 
 
 
 
 
 
БАКУ - 2016 
 
 
 
Автор-сост.: 
Солмаз Садыгова, 
 
доцент 
 
Редактор: 
Керим Таиров, 
 
профессор, 
 
Заслуженный работник культуры
 
 
Рецензенты: 
Князь Аслан, 
 
доцент 
 
Эльчин Ахмедов, 
        доцент 
 
Садыгова, С.А. Абузар Халафов: Библиографичес-
кий справочник /Солмаз Садыгова; ред. К.Таиров; рец.: 
К.Аслан, Э.Ахмедов.- Баку, 2016.- Часть II.- 248 с. 
 
 
Библиографический  справочник  посвящен  научно-педагоги-
ческой и общественной жизни доктора исторических наук, профес-
сора, Заслуженного работника культуры Азербайджанской Респуб-
лики,
 
Почетный  профессор  Бакинского  Государственного  Уни-
верситета,  академика Международной Академии Информатизации 
при  ООН,  основоположнику  библиотековедения  в  Азербайджане 
Абузара Алы оглы Халафова. 
Библиографический  справочник  предназначен  для  специа-
листов в области библиотечного дела, работников культуры, пре-
подавателей и студентов соответствующих учебных заведений, а 
также для всех интересующихся творчеством Абузара Халафова.  
 
ISBN  978 9952 504 52 1
      
 
©Азербайджанская Национальная Библиотека, 2016
 

 
 
 
 
 
Remarkable people of Azerbaijan 
 
 
 
 
ABUZAR KHALAFOV 
 
Bibliographic reference book 
 
Is dedicated to the 85th birthday and  
65th of scientific-pedagogical activities  
 
PART II 
 
(years 2011-2016) 
 
 
 
 
 
 
 
BAKU - 2016 
 
 
 
Author-compiler:   
Solmaz Sadigova, 
assoc. prof. 
 
The editor:    
 
Kerim Tahirov, 
 
 
 
 
professor, 
Honored art worker 
 
Reviewers:        
 
Knyaz Aslan, 
assoc.prof. 
                        
 
Elchin Akhmedov, 
assoc.prof.  
 
Sadigova, S.A. Abuzar Khalafov: Bibliographic refe-
rence book /Solmaz Sadigova; editor K.Tahirov; rev.: 
K.Aslan, E.Akhmedov.- Baku, 2016.- Part II.- 248 page. 
 
 
Bibliography is dedicated to scientific, educational and social life 
of the doctor of historical sciences, professor, Honored worker of 
culture of Azerbaijan,
 
honoured professor of Baku State University, 
member of the International Academy of Information at the UN, the 
founder of the librarianship in Azerbaijan Abuzar Ali oglu Khalafov. 
This bibliography is intended for professionals in the field of library 
science, cultural workers, teachers and students of the educational 
institution and all individuals interested in creative of Abuzar Khalafov. 
 
 
ISBN  978 9952 504 52 1 
 
©Azerbaijan National Library, 2016 

 Библиографик мялумат китабы 
 
7
 
 
TƏRTİBÇİ-MÜƏLLİFDƏN 
 
Biblioqrafik məlumat kitabı Bakı Dövlət Universitetinin 
fəxri professoru Azərbaycan Respublikasının Əməkdar elm xa-
dimi, Əməkdar mədəniyyət işçisi, Birləşmiş Millətlər Təşkilatı 
yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının aka-
demiki, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Azərbaycan 
Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət 
Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix 
elmləri doktoru, professor Abuzər Alı  oğlu Xələfovun elmi-
pedaqoji və ictimai fəaliyyətinin 2011-ci ilin iyul ayından 
2016-cı ilin oktyabr ayınadək olan dövrünü əhatə edir.  
Professor Abuzər Alı oğlu Xələfovun anadan olmasının 85, 
elmi-pedaqoji fəaliyyətinin 65 illiyinə  həsr olunmuş 
biblioqrafik məlumat kitabında göstərilən müddət ərzində nəşr 
olunmuş 47 adda dərsliyi, dərs vəsaiti, monoqrafiyası, metodik 
göstəriş və proqramları, elmi məqalələri, elmi-metodik və digər 
materialları toplanmışdır. 
Kitabda həmçinin professor A.A.Xələfovun elmi rəhbəri  
olduğu fəlsəfə doktorluq dissertasiyaları, redaktə etdiyi işlər 
haqqında da materiallar öz əksini tapmışdır. Ümumiyyətlə, 227 
mənbə müvafiq bölmələrdə öz əksini tapmışdır. 
“Abuzər Xələfov: Biblioqrafik məlumat kitabı”nda alimin 
son 5 il ərzində elmi-pedaqoji və ictimai fəaliyyətini əhatə edən 
ədəbiyyat öz əksini tapmışdır. Burada professor A.A.Xələfo-
vun pedaqoji və ictimai fəaliyyətinin qısa oçerki verilir, həyat 
və  fəaliyyətinin xronologiyası izlənilir. A.A.Xələfovun elmi-
pedaqoji fəaliyyətinə  həsr olunmuş  ədəbiyyat biblioqrafik 
məlumat kitabının xüsusi bölməsində verilmişdir. 
Абузяр Хяляфов  
 

Məzmun və xarakterinə görə bütün materiallar xronoloji 
qaydada verilmiş, daxildə isə əsər adlarının əlifba prinsipi əsas 
götürülmüşdür. 
Biblioqrafik məlumat kitabından lazımi məlumatı almaq işi-
ni asanlaşdırmaq üçün köməkçi göstəricilər də tərtib edilmişdir. 
Ümid edirik ki, biblioqrafik məlumat kitabı professor 
A.A.Xələfovun elmi-pedaqoji və ictimai fəaliyyəti ilə, həmçi-
nin, kitabxanaşünaslıq elmi ilə maraqlananlar üçün mühüm 
mənbə olacaqdır.  
 
 

 Библиографик мялумат китабы 
 
9
 
 
ОТ АВТОРА-СОСТАВИТЕЛЯ 
 
Библиографический справочник охватывает научно-пе-
дагогический  и  общественный  деятельность  Заслуженного 
деятеля науки, Заслуженного работника культуры, академи-
ка  Международной  Академии  Информатизации  при  ООН, 
президентский  стипендиат,  кавалера  ордена «Славы»,  Пре-
зидент  Азербайджанского  Общества  Библиотекарей,  заве-
дующего  кафедрой  Библиотековедение  Бакинского  Госу-
дарственного  Университета,  доктора  исторических  наук, 
профессора Абузара Алы оглы Халафова в период  с июля  
2011 года по октябрь 2016 года. 
Библиографический справочник посвящен 85-летию со 
дня  рождения  и 65-летию  научно-педагогической  деятель-
ности профессора Абузар Алы оглы Халафова.  
В  библиографическом  справочнике  собраны 47 наиме-
нований учебников, учебных пособий, монографий, методи-
ческих указаний и программ, научных статей, научно-мето-
дических  и  других  материалов  профессора  Абузара  Хала-
фова. 
В библиографическом справочнике отражены также  ма-
териалы о  редактированных работах, кандидатских диссерта-
циях руководителем которых был А.А.Халафов. В различных 
главах этого справочника нашли в целом свое отражение 227 
источников. 
«Абузар Халафов: Библиографический справочник» от-
ражает  литературу  охватывающую  научно-педагогическое 
и общественное деятельность ученого за последное  5 лет.  
Библиографический  справочник  содержит  хронологи-
Абузяр Хяляфов  
 
10 
ческий перечень дат жизни и деятельности, краткий очерк 
научной,  педагогической  и  общественной  деятельности 
профессора Абузара Халафова, высказывания видных дея-
телей науки и культуры о нем. 
В специальном разделе справочника выделена литера-
тура,  посвященная  научной  педагогической  и  обществен-
ной деятельности и трудам А.А.Халафова.  Все материалы 
в  зависимости  от  содержания  и  характера  систематизиро-
ваны в хронологическом, в том числе и алфавитном поряд-
ке. Библиографический справочник снабжен вспомогатель-
ными  указателями,  облегчающими  разыскания  необхо-
димых сведений. 
Надеемся,  что  библиографический  справочник  будет 
основным источником тем, кто интересуется научно-педа-
гогической  и  общественной  деятельностью  профессора 
А.А.Халафова, а также наукой о библиотековедении. 

 Библиографик мялумат китабы 
 
11
 
 
FROM AUTHOR-COMPILER 
 
Bibliographic reference book includes activities on 
scientific-pedagogical and social sciences of Honored worker 
of Culture, academician of International Informatization 
Academy at the UN, the Presidential scholar, Chevalier of the 
order of «Glory», the President of Azerbaijan Society of 
Librarians, head of department of Library science of Baku 
State University, doctor of historical sciences, professor 
Khalafov Abuzar Ali oglu in a period  from July, 2011 for 
October, 2016. 
Bibliographic reference book is dedicated to 85th birthday 
and 65th anniversary of scientific-pedagogical activities of 
professor Abuzar Ali oglu Khalafov.  
The reference book contains 47 titles of textbooks, 
monographs, methodological index and programs, scientific 
papers, scientific-methodical and other materials of professor 
Abuzar Khalafov.  
The bibliographic reference book is also reflected materials 
about  PhD dissertations which supervisor of them was 
A.A.Khalafov and the edited works by him. In the various 
chapters of the bibliography wholly reflected 227 sources. 
It should be noted that «Abuzar Khalafov: Bibliographic 
reference book» reflects the literature covering scientific-
pedagogical and public activities of the scientist for 5 years.  
The reference book provides the chronological list of dates 
of life and activity, a brief account of the scientific, educational 
and social activities of professor Abuzar Khalafov, and the 
statements of prominent scientists and cultures about him.  
Абузяр Хяляфов  
 
12 
In a special section of the reference book is selected the 
literature dedicated to scientific-pedagogical and public activity, 
to papers of A.A.Khalafov. All materials are based on the 
content and charactere are systematized on chronological, 
including alphabetical order. Reference book is equipped with 
auxiliary indexes to facilitate finding the required information.  
We hope that the reference book will be the main source for 
those interested in scientific, educational and social activities 
professor A.A.Khalafov, as well as the science of librarianship. 
 

 Библиографик мялумат китабы 
 
13
 
 
A.A.XƏLƏFOV HAQQINDA GÖRKƏMLİ ALİMLƏRİN 
VƏ UNİVERSİTET ƏMƏKDAŞLARININ 
 FİKİRLƏRİ 
 
Professor Abuzər Xələfov faydalı ömür yaşamış, respub-
likada kitabxanaşünaslıq elminin banisi olmuş, böyük bir 
kitabxanaşünaslıq məktəbi yaratmışdır.  
Bütövlükdə 25 il Kitabxanaçılıq fakültəsinin dekanı vəzi-
fəsində işləyən A.Xələfov özünün təşəbbüskarlıq fəaliyyəti, təş-
kilatçılıq bacarığı  və idarəçilik metodları ilə böyük nüfuz qa-
zanmış, yüksəkixtisaslı milli kitabxanaşünas-biblioqraf kadr-
ların hazırlanması istiqamətində səmərəli iş aparmışdır.  
Professor Xələfovun fəal iştirakı ilə “Azərbaycan Res-
publikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü 
illərdə inkişafı üzrə Dövlət Proqramı” hazırlanmışdır.  
A.Xələfov yüksək səviyyəli alim, səriştəli pedaqoq-müəl-
lim, təcrübəli rəhbər işçi, fəal ictimai xadimdir. Onun səmərəli 
elmi-tədqiqat fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkə-
lərdə geniş şöhrət qazanmışdır.  
Əbülfəs QARAYEV, 
Azərbaycan Respublikasının 
 Mədəniyyət və Turizm naziri 
 
 
Bəşəriyyət tarixində elə  şəxsiyyətlər olmuşdur ki, onların 
həyat və  fəaliyyəti, qoyduğu izlər heç vaxt unudulmur, zaman 
keçdikcə daha parlaqlıqla özünü büruzə verir. Azərbaycan xal-
qı daim belə  oğullarına güvənmiş, onların sözünün dəyərinə, 
zəkasının dərinliyinə pənah aparmışdır. 
Абузяр Хяляфов  
 
14 
Biz fəxr edə bilərik ki, Bakı Dövlət Universiteti kitabxana-
şünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor, 
BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının 
akademiki, Azərbaycan Respublikasının  Əməkdar mədəniyyət 
işçisi Abuzər Alı oğlu Xələfov da belə şəxsiyyətlərdəndir. 
Azərbaycanda opera, dramaturgiya, mətbuatın öz baniləri 
olduğu kimi, cəsarətlə deyə bilərik ki, kitabxanaşünaslıq elmi-
nin də banisi məhz Abuzər Xələfov olmuşdur. 
Abuzər müəllim universitetimizin əsas sütunlarından biri 
kimi bu gün də yorulmadan fəaliyyət göstərir. Onun fəaliyyət 
sferası o qədər genişdir ki, BDU-nun elmi, pedaqoji və ictimai 
həyatını Abuzər müəllimsiz təsəvvür etmək çətindir. Yaşının bu 
kamillik çağında topladığı  təcrübəni, bildiklərini gənc nəslə 
çatdırmaq üçün yorulmadan çalışır. 
Abel MƏHƏRRƏMOV, 
Bakı Dövlət Universitetinin rektoru,  
akademik, Əməkdar elm xadimi,  
Rusiya Elmlər Akademiyasının həqiqi üzvü 
 
 
Mən Abuzər müəllimi universitetdə tələbə olduğum illərdən 
tanıyıram. O, bizim kursdan iki il əvvəl universiteti bitirmiş və 
gənc perspektivli kadr kimi kitabxanaşünaslıq kafedrasında 
müəllim vəzifəsində saxlanılmışdır. A.Xələfov müəllimlikdən 
professor və  həmin kafedranın müdiri vəzifəsinə  qədər yük-
səlmişdir.  
Abuzər müəllimin elmi və pedaqoji fəaliyyətinin başlama-
sından bu günə  qədər onun həyatı  mənim gözüm önündə keç-
mişdir. Yarım  əsrdən çoxdur ki, o, Universitetin Böyük Elmi 
Şurasının üzvüdür. Mən bütün vacib məsələlərin həllində Abu-
zər müəllimin prinsipial mövqeyinin şahidi olmuşam.  

 Библиографик мялумат китабы 
 
15
         Professor  A.Xələfov Azərbaycanda kitabxanaşünaslıq el-
minin banisi, milli kitabxanaşünaslıq elmi məktəbinin yaran-
ması, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, gör-
kəmli elm və  mədəniyyət xadimi kimi ölkəmizdə  və xaricdə 
yaxşı tanınan görkəmli ziyalılarımızdandır. Demək olar ki, 
respublikamızda fəaliyyət göstərən bütün kitabxanaşünas alim-
lər bu məktəbin – Abuzər Xələfov elmi məktəbinin yetişdirmələ-
ridir. O, ən qədim dövrlərdən zəmanəmizə  qədər Azərbaycan 
kitabxana işinin tarixini və inkişaf istiqamətlərini hərtərəfli 
tədqiq etmiş, sanballı monoqrafiyaları ilə ölkəmizdə ilk dəfə 
olaraq bu sahənin bünövrəsini qoymuşdur. 
Bəhram ƏSGƏROV, 
Əməkdar elm xadimi, akademik  
 
 
Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnforma-
siyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxa-
naçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin 
kafedra müdiri, tarix elmləri doktoru, respublikanın  Əməkdar 
elm xadimi, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, 
“Şöhrət” ordenli, professor Abuzər Xələfov Azərbaycanda mil-
li kitabxanaşünaslıq elminin banisi, ölkəmizdə ali kitabxanaçı-
lıq təhsilinin təşkilatçılarından biridir.  
Azərbaycanda kitabxanaşünaslıq nəzəriyyəsinin elmi əsa-
sını qoymuş Abuzər Xələfovun bir mütəxəssis, alim, şəxsiyyət 
kimi formalaşmasında Mir Cəlal Paşayev, Yusif Məmmədəli-
yev, Cəfər Xəndan, Məmməd Arif Dadaşzadə, Əliheydər Qara-
yev, Həmid Araslı kimi görkəmli alim-pedaqoqların böyük rolu 
olmuşdur. Azərbaycan Elmlər Akademiyasının Prezidenti, aka-
demik Yusif Məmmədəliyev gənc alim Abuzər Xələfova daim 
dəstək olur, ondan diqqət və qayğısını əsirgəmirdi.  
Абузяр Хяляфов  
 
16 
Böyük alimlərin elmi ənənələrini davam etdirərək A.Xələ-
fov kitabxanaşünaslıq-biblioqrafiya sahəsində xüsusi elmi mək-
təb yaratmış, kitabxana işinin tarixi, nəzəriyyəsi, metodolo-
giyası ilə bağlı geniş tədqiqatlar aparan onlarla elmlər doktoru 
və elmlər namizədinin hazırlanmasında elmi rəhbər, elmi məs-
ləhətçi və ya opponent kimi iştirak etmişdir.  
Sevda MƏMMƏDƏLİYEVA, 
Azərbaycan Respublikası  Mədəniyyət və 
Turizm nazirinin müavini, AMEA-nın müxbir 
üzvü, fəlsəfə elmləri doktoru, professor 
 
 
Mən Abuzər müəllimi 1960-cı illərdən tanıyıram. O za-
man Abuzər Xələfov Bakı Dövlət Universitetində yenicə fəaliy-
yətə başlayan kitabxanaçılıq fakültəsinin dekanı təyin olunmuş-
du.  Əlbəttə, hər bir işin başlanğıcı çox çətin olur. Bu dövrdə 
universitetdə belə bir fakültənin yaradılması Azərbaycan kitab-
xanaşünaslığı və biblioqrafiyaşünaslığı tarixində yeni bir mər-
hələnin başlanğıcı idi. Bu baxımdan  şöbədən fakültəyə çevril-
miş kitabxanaçılıq fakültəsinin formalaşması, yeni kadrların 
işə cəlb olunması xüsusi işgüzarlıq və təşkilatçılıq tələb edirdi. 
Bütün bu işlərin ağırlığı  gənc dekan A.Xələfovun üzərinə dü-
şürdü. Ona görə də o, var gücü ilə çalışır, başçılıq etdiyi fakül-
tənin inkişafı naminə səy göstərirdi. 
Respublikamızda kitabxana işi sahəsində ilk elmlər nami-
zədi və doktoru olan Abuzər Xələfov 25 il BDU-nun kitabxana-
çılıq fakültəsinə rəhbərlik etmiş, həmin fakültəni  SSRİ miqya-
sında tanınan aparıcı tədris müəssisələrindən birinə çevirməyi 
bacarmışdı. Demək olar ki, Azərbaycanda kitabxanaşünaslığın 
bir elm kimi formalaşması, inkişafı və tərəqqisi məhz professor 
A.Xələfovun adı ilə bağlıdır. 60 ildən çoxdur ki, kitabxanaşü-

 Библиографик мялумат китабы 
 
17
naslıq, biblioqrafiyaşünaslıq  və kitabşünaslıq ixtisasları üzrə 
kadr hazırlığı onun gərgin zəhməti və səmərəli fəaliyyəti sayə-
sində formalaşaraq bugünkü səviyyəyə  gəlib çatmışdır. Ona 
görə  də A.Xələfovu həmişə bu sahənin canlı salnaməsi hesab 
edirlər. Fakültənin elmi-tədqiqat, tədris, pedaqoji işi birbaşa 
onun təşkilatçılığı ilə formalaşmışdır.  
Məsumə MƏLİKOVA, 
Azərbaycan Milli Elmlər Akademiyasının 
müxbir üzvü, Əməkdar elm xadimi, hüquq 
elmləri doktoru, professor  
 
 
Yağı tapdağı altında qalmış ulu Göyçəmiz yalnız saz-söz 
sənətinin beşiyi olmayıb, Azərbaycan elminə, incəsənətinə, mə-
dəniyyətinə bəxş etdiyi görkəmli elm xadimləri, ziyalıları ilə də 
tanınıbdır. Belə ziyalılardan biri də Azərbaycan kitabxanaçılıq 
elmi məktəbinin banisi, Əməkdar elm xadimi, BMT yanında 
Beynəlxalq  İnformasiyalaşdırma Akademiyasının akademiki, 
tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovdur.  
      Şəxsən tanıdığım, yüksək ziyalılığına, müdrikliyinə, təmkinli 
davranışına, sözün yerini bilməsinə – danışmaq lazım gələndə 
susmamasına, susmaq lazım gələndə danışmamasına, böyük 
natiqlik qabiliyyətinə  məftun olduğum, ömrünün 85-ci ilinə 
qədəm qoyan görkəmli alim-pedaqoqun özünə  şöhrət, elmi-
mizə, təhsilimizə, mədəniyyətimizə fayda gətirən 65 illik sə-
mərəli fəaliyyəti haqqında bu qısa yazıda nəyi xüsusi vurğula-
maq, nəyi isə ikinci dərəcəli hesab etməkdə çox çətinlik çəkdim. 
        Ayrıca Abuzər müəllimin geniş dünyagörüşünü, yüksək 
təşkilatçılıq məharətini, uzaqgörənliyini qeyd etməliyəm. Mə-
nim BDU-da əmək fəaliyyətinə başladığım 1971-ci ildən indiyə 
qədər müşahidə etdiyim, bütün rektorların strateji qərarlar qə-
Абузяр Хяляфов  
 
18 
bul edərkən Abuzər müəllimin məsləhətinə ehtiyac duymaları, 
onun müdrik fikirlərindən yararlanmaları faktı danılmazdır.  
         Bir ibrətamiz faktı da qeyd etmək istəyirəm ki, son dövrlə-
rin informatlaşma tendensiyasını  bəlkə  gənclərdən də tez du-
yan, bunun zəruriliyini, faydasını hiss edənlərdən biri də məhz 
professor A.Xələfov idi. O, kitabxana işinin, kitabxanaşünaslıq 
elminin, təhsilinin yeni ideyalar, yeni texnologiyalar əsasında 
qurulmasının  əsas təbliğatçısı, bu sahədə elmi əsaslı strateji 
xəttin hazırlanması  məqsədilə BDU-da yaradılan “Kitabxa-
naların kompüterləşdirilməsi” elmi-tədqiqat laboratoriyasının 
təşəbbüskarı və rəhbəri oldu.  
Mən əziz Abuzər müəllimi qarşıdan gələn 85 illik yubileyi 
münasibəti ilə ürəkdən təbrik edir, ona hələ çox-çox uzun illər 
sağlam ömür, yaradıcı  və  səmərəli fəaliyyətində yeni-yeni 
uğurlar arzulayıram.  
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə