Azərbaycanın görkəmli şəxsiyyətləri



Yüklə 4.51 Kb.
PDF просмотр
səhifə1/39
tarix11.06.2017
ölçüsü4.51 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   39

 
 
 
 
 
 
Azərbaycanın görkəmli şəxsiyyətləri 
 
 
 
 
İLYAS ƏFƏNDİYEV 
 
 
 
Biblioqrafiya 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2014 

Èëéàñ ßôÿíäèéåâ 
 

 
KBT: Я19:Ш5+Ш5(2=Аз)   
UOT: 82(01)   
 
Tərtibçi:    
 
 
            Gülbəniz Səfərəliyeva,  
   
   
 
 
 
Əməkdar mədəniyyət işçisi 
 
Redaktor 
və buraxılışa məsul: 
 
  Kərim Tahirov, 
   
   
 
 
 
professor,  
   
   
 
 
 
Əməkdar mədəniyyət işçisi  
 
Ön sözün müəllifi:                           Şirindil Alışanlı, 
                                                           filologiya elmləri doktoru, 
                                                           professor 
   
   
 
 
İlyas  Əfəndiyev:  biblioqrafiya /tərt. G.Səfərəliyeva; red. və 
bur. məsul K.Tahirov; ön söz. müəl. Ş.Alışanlı; Azərbaycan Milli 
Kitabxanası.- Bakı, 2014.-512 s.  
 
 
 
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” 
seriyasından hazırladığı XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazı-
çısı, respublika Dövlət mükafatı laureatı,  Əməkdar incəsənət xadimi İlyas 
Məhəmməd oğlu Əfəndiyevin həyat və fəaliyyətindən bəhs edən biblioqrafik 
göstəriciyə 1938-2014-cü illərdə  dərc olunmuş materiallar daxil edilmişdir. 
Vəsaitdə İlyas Əfəndiyevin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəx-
siyyətlərin onun haqqında fikirləri,  əsərləri, həyat və yaradıcılığı haqqında 
məlumatlar toplanmışdır.  
Kitab  ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.    
 
ISBN 978-9952-460-43-8 
 
© Azərbaycan Milli Kitabxanası, 2014 
Áèáëèîãðàôèéà 
 

 
 
İlyas  Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi 
haqqında  Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı 
 
2014-cü ilin may ayında Azərbaycanın xalq yazıçısı, respub-
lika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas  Məhəm-
məd oğlu Əfəndiyevin anadan olmasının 100 illiyi tamam olur. 
İlyas  Əfəndiyev klassik ədəbi fikrin böyük ənənələri zəmi-
nində öz üslubunu yaradan sənətkar kimi xalqımızın söz sənəti 
xəzinəsinə  dəyərli töhfələr vermişdir. Yazıçının bədii nailiyyət-
lərlə  zəngin irsi ədəbiyyatımızda yeni mərhələnin təşəkkülünə 
səmərəli təsir göstərmişdir. Azərbaycan teatr səhnəsinin müasir 
simasının formalaşmasında  İlyas  Əfəndiyev dramaturgiyası özü-
nəməxsus əhəmiyyətli yer tutur. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsi-
nin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbiyyatın inkişafında 
xidmətləri olan İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilmə-
sini təmin etmək məqsədilə qərara alıram: 
1.  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Na-
zirliyi Azərbaycan Respublikası  Təhsil Nazirliyi və Azərbaycan 
Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Bir-
liyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İlyas Əfəndiyevin 
100 illik yubileyinə  həsr olunmuş  tədbirlər planını hazırlayıb 
həyata keçirsin. 
2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərən-
camdan irəli gələn məsələləri həll etsin. 
İlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 16 yanvar 2014-cü il 

Èëéàñ ßôÿíäèéåâ 
 

 
 
 
Tərtibçidən 
 
2014-cü ildə XX əsr Azərbaycan  ədəbiyyatı klassiki, Azər-
baycanın Xalq yazıçısı  İlyas Məhəmməd oğlu  Əfəndiyevin ana-
dan olmasının 100 illiyi tamam olur. İlyas Əfəndiyev özünəməx-
sus orijinal bir yaradıcılıq yolu keçmiş, ölməz sənət nümunələri 
yaratmış, yüzlərlə elmi-publisistik məqalələr yazmışdır. Görkəmli 
ədibin çoxcəhətli yaradıcılığında onun dramaturgiyası  qırmızı 
xətlə keçir və bu səhnə əsərləri son 70 il ərzində ölkəmizin aparı-
cı teatrlarının repertuarının əsasını təşkil edir. Bu əsərlər bir neçə 
aktyor nəslinin yetişməsində  əhəmiyyətli rol oynamışdır.  İlyas 
Əfəndiyevin  əsərləri dünyanın onlarca ölkəsində müxəlif dillərə 
tərcümə olunmuşdur.
  
İlyas Əfəndiyev haqqında sonuncu biblioqrafiya 2002-ci ildə 
nəşr edilmişdir (İlyas  Əfəndiyev. Biblioqrafik göstərici /tərt. 
Əmin Əfəndiyev.- Bakı: Çinar-Çap, 2002). Lakin son 12 il ərzin-
də görkəmli  ədibin  əsərlərinin və onun haqqında materialların 
kifayət qədər çap olunduğunu nəzərə alaraq, Milli Kitabxana ya-
zıçının yaradıcılığını tam və küll halında işıqlandırmaq məqsədilə 
bu fundamental  biblioqrafik vəsaitin tərtibinə qərar vermişdir.  
Milli Kitabxananın  əməkdaşları  tərəfindən tərtib olunan və 
ədibin  ədəbi-ictimai fəaliyyətini tam şəkildə  əks etdirən bu bib-
lioqrafik göstərici 1938-2014-cü illərdə  dərc olunan materialları 
əhatə edir.  
Göstərici 3 hissədən ibarətdir:  
I hissə - İlyas Əfəndiyevin əsərləri;  
II hissə - İlyas Əfəndiyev haqqında;  
III hissə - köməkçi göstəricilər.  
Vəsaitdə materiallar Azərbaycan və rus dillərində verilmiş-
dir. Digər dillərdə əsərləri və onun haqqında sənədlər ayrıca böl-
mədə
 
toplanmışdır. 
Áèáëèîãðàôèéà 
 

Göstəricidə  “İlyas  Əfəndiyevin müdrik deyimləri”, “İlyas 
Əfəndiyev elm və mədəniyyət xadimləri haqqında”, “Elm və mə-
dəniyyət xadimləri  İlyas  Əfəndiyev haqqında” adlı bölmələrdə 
verilmiş materialların
 
müxtəlif oxucu qruplarının marağına səbəb 
olacağı da şübhəsizdir. 
Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə kitabın 
sonunda  İlyas  Əfəndiyevin  əsərlərinin və onun haqqında yazan 
müəlliflərin əlifba göstəricisi verilmişdir. 
Biblioqrafik göstərici geniş oxucu kütləsi – tələbələr, tədqi-
qatçı-alimlər, bütün ədəbiyyat həvəskarları üçün nəzərdə tutul-
muşdur. 
Yəqin ki, göstəricidə müəyyən çatışmazlıqlar da vardır. Gös-
tərici haqqında rəy və  təkliflərini bildirən mütəxəssis və oxucu-
lara  əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və iradlarını, 
rəylərini Milli Kitabxanaya göndərmələrini xahiş edirik.
 
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57;  
E-mail: contact@anl.az; URL: www.anl.az 
  
 
 
 

Èëéàñ ßôÿíäèéåâ 
 

 
 
 
Sənətkarın yaşamaq haqqı 
 
XX əsr ədəbi-nəzəri fikrində formalaşmış – “İlyas Əfəndiyev 
bədii fikir tariximizdə fenomendir” – qənaəti son iyirmi ilin si-
yasi, ədəbi-mədəni, nəzəri-metodoloji reallıqlarının şərtləndirdiyi 
müstəvidə yeni, görünməyən çalarları ilə dövriyyəyə  gəlir. XX 
əsrin klassiki XXI əsrin ideya-estetik meyarları ilə üz-üzə daya-
nır, tarixi bədii yaddaş yeni ədəbi meyar, yeni zövq və dünyagö-
rüşün sınağına çəkilir. XX əsrin klassiki İlyas Əfəndiyev XXI əs-
rin müxtəlif düşüncəli və zövqlü oxucusu ilə həmsöhbətdir. Çün-
ki onun qəhrəmanlarını düşündürən məsələlər bütün qərinələr 
şəxsiyyətin axtarıb aradığı mənəvi problemlərdir. Həqiqi sənətin 
müasirliyi dar zaman çərçivəsi hüdudlarında mövcud deyil.
 
Tarixi 
ədəbi proses bu məqamda çağdaş nəzəri fikrə öz təhlil və qiymət-
ləndirmə prinsiplərini, ideya-bədii meyarlarını müəyyən etməkdə 
yardımçı olur. 
Ədəbi-nəzəri fikrin yaddaşına nəzər yetirdikdə  İlyas  Əfən-
diyev fenomenini müəyyən edən və yekdil qəbul edilmiş estetik 
amillər bunlardır: ədəbiyyatımızda lirik-psixoloji üslubun yaradı-
cılarından biri, ədəbiyyatımızda yeni obrazlar, xüsusən qadın ob-
razlarının mahir yaradıcısı, dramaturgiya və teatr tariximizdə 
“İlyas  Əfəndiyev” teatrının banisi. Nəhayət, nəsr dilində yeni 
poetik sistemin müəllifi. M.F.Axundov, M.Cəlil,  Ə.Haqverdiyev 
sənətindən sonra İlyas Əfəndiyevin hekayə və romanları ilə Azər-
baycan nəsr dilinin yeni bir istiqaməti formalaşdı. Səməd Vurğu-
nun poetik dilə gətirdiyi dərin xəlqi tutumu, dilin milli yaddaşın 
daşıyıcısı kimi missiyasını  İlyas  Əfəndiyev nəsrdə reallaşdırdı. 
İlyas Əfəndiyev yaradıcılığının bütün istiqamətləri 1950-1990-cı 
illər ümumittifaq ədəbi prosesində gedən daxili inkişaf prosesini 
özündə  təcəssüm etdirdi. Hətta, deyərdim ki, 50-ci illərin ikinci 
yarısında cəmiyyətdə baş verən “mülayimləşmə” amilini İlyas 
Áèáëèîãðàôèéà 
 

Əfəndiyev sənət fəhmi ilə qabaqlamışdı. Bu, yazıçı  fərdiyyətin-
dən, psixologiyasından irəli gəlirdi və İlyas Əfəndiyev ilk əsərlə-
ri, ilk qəhrəmanları ilə bədii fikrin yaradıcılıq sıxıntısı keçirdiyini 
biruzə verirdi. 
XX əsr (sovet dövrü) ədəbiyyatının nüfuzlu tədqiqatçıları 50-
ci illərin ikinci yarısından  ədəbi fikirdə gedən yeniləşməni, ilk 
növbədə  şəxsiyyət konsepsiyası ilə bağlayırlar. Çünki, şəxsiyyət 
konsepsiyası özündə sosial, siyasi və ideoloji fonu əks etdirir. Bu 
öz növbəsində bədii əsərin poetik quruluşuna, yazıçı üslubuna tə-
sir edir, onun qəhrəman və xarakterlərinin səciyyəsini təyin edir. 
Təsadüfi deyil ki, şəxsiyyət konsepsiyası incəsənətdə bədii cərə-
yanın invariantı hesab olunur. İlyas Əfəndiyevin ədəbi irsi bu gün 
də ona görə yaşarlıdır ki, o ilk hekayələrindən son xatirə ro-
manlarına qədər keçdiyi böyük yaradıcılıq axtarışlarında öz qəh-
rəmanlarının mənəvi təkamülünün elə  məqamlarını ümumiləş-
dirib ki, bunlar şəxsiyyətlə  cəmiyyət arasındakı münasibətlərin 
aparıcı  cəhətlərini ehtiva edir. İlyas  Əfəndiyevin  ədəbi-estetik 
fikirdə  qəbul edilmiş lirik-psixoloji üslubunu da müəyyən edən 
belə  sənət prinsipləri idi. Bu gün cəsarətlə demək olar ki, İlyas 
Əfəndiyevin fərdi lirik-psixoloji üslubu, ümumən, XX əsr ədəbiy-
yatımızın (sovet dövrü) bədii-estetik məzmun yönümünə böyük 
təkan verdi. 30-40-cı illər ədəbi prosesində mövcud olan ritorika, 
sosial-ictimai  əsası olmayan pafos ədəbiyyata öz ali missiyasını 
icra etməyə mane olurdu. Belə bir məqamda  İlyas  Əfəndiyevin 
hekayələri  ədəbi aləmə yenilik gətirdi. Həyata, gerçəkliyə  bədii 
münasibətdə fərdin mənəvi obrazı aparıcı oldu. Bu, hekayə janrı-
nın poetik strukturuna orijinal bir tutum verdi. Belə yeniliyin zə-
minində hadisələrin, münasibətlərin zahiri, ritorik təsviri əvəzində 
yazıçı “mən”i, onun obrazlarda reallaşan düşüncə  və iztirabları 
önə keçdi. “Kənddən məktublar” adlı ilk hekayələr kitabı  ədəbi 
prosesdə yazıçının orijinal, fərdi ifadə  tərzinin göstəricisi oldu, 
daha sonra “Aydınlıq gecələr”lə  İlyas  Əfəndiyevin  ədəbi-estetik 
manifestinin əsası qoyuldu. 
İlyas Əfəndiyev ədəbiyyata hekayə janrı ilə gəlmişdir və bu 
janr onun yaradıcılığının mühüm bədii-estetik dəyərlərini özündə 

Èëéàñ ßôÿíäèéåâ 
 

ehtiva edir. 1939-cu ildə qələmə alınmış “Gözlənilməyən sevgi” 
hekayəsində  ədəbiyyata yeni gəlmiş yazıçını  fərqləndirən sənət 
sirləri nə idi? Yazıçı təhkiyəsindəki poetik intonasiya, dilin şəhdi-
şirəsinə bələdlik, obrazın yaşadığıpsixoloji gərginliyi ifadə isteda-
dı?! Daha nə? İlk növbədə onun yeni obraz və qəhrəmanları sənə-
tin qəribsədiyi, insan qəlbinə, duyğusuna məlhəm bir dillə danı-
şırdılar: “Gülara bi istehzalı gurultunu hiss etməyirmiş kimi qəri-
bə bir təbəssümlə Həsənə baxırdı. Heç bir zaman xatırımdan çıx-
mayacaq bu baxış o qədər dərin mənalar, şəfqətli, incə duyğular 
söyləyirdi ki, onları sözlə anlatmaq deyil, hiss etmək lazımdı. 
Mən gözəl qızın bu həzin və incə  təbəssümündə, yaşla dolmuş 
gözlərində birinci dəfə olaraq, qüruru qırılmış, bakirə bir qız kön-
lünün pərişan, əzgin həyəcanını duydum”. 
Adətən böyük şairlərin ilk şeirlərinin sənətkarlığı ilə yaradı-
cılığının sonrakı mərhələləri arasında “çin səddi” olmur və adətən 
deyirlər ki, filankəs ilk şeirlərindən  şair idi. İlyas  Əfəndiyev də 
ilk hekayələrindən  ədəbiyyata püxtə bir yazıçı kimi gəlmişdi. 
Şübhəsiz, illər keçdikcə insan psixologiyasının daha dərin qatla-
rına nüfuz etməkdə bədii istedadla həyat təcrübəsi birləşirdi. “Qa-
rımış oğlan”, “Uxajor”, “Durna”, “Qoca tarını çaldı”, “Su dəyir-
manı”, “Daş hasar”, “Qırçı və qırmızı çiçək” hekayələri müxtəlif 
zamanlarda yazılmışdır. Lakin bu zaman gedişatında müəllifin 
hekayə qəhrəmanlarının daxili aləmi gərgin psixoloji ovqat yara-
dan situasiyalarda açılır. Bu hekayələrdə yazıçı müşahidəsi ilə 
mütaliə yaddaşı həmahəngdir. “Qarımış oğlan” hekayəsinin qəh-
rəmanı Vəlinin xarakterini yazıçı təbiətdə müşahidə etdiyi, kədər, 
sonsuzluq, mənəvi puçluq ovqatı yaradan aşağıdakı lövhədə ifadə 
edir: “Belə insanlara adamın nə qədər yazığı gəlir... Meyvə ağac-
larında heç xöşək görmüsünüzmü? Vaxtından  əvvəl  şişir, başqa 
meyvələr boy atdıqca, onlar saralır,... saplaqları quruyur. Nəha-
yət, qopub düşürlər... Onları  nə insan yeyir, nə  də torpaq qəbul 
edir... insanların da belə xöşəyi olur”. 
İlyas  Əfəndiyev sənətinin poetik fərdiliyinin, onun bədii tə-
fəkkürünə hakim olan estetik prinsiplərin təzahürünü onun hələ 
1948-ci ildə qələmə aldığı “Xəncər” hekayəsində görürük. Cənu-
Áèáëèîãðàôèéà 
 

bi Azərbaycanda Milli azadlıq hərəkatı haqqında əksər yazıçıları-
mız müxtəlif janrlarda əsərlər yazmışlar. Bu hekayə də dediyimiz 
mövzuya həsr edilmişdir. Vətənpərvər gənc müəllimə Südabə və 
onun  şagirdi  İldırımın taleyi fonunda yazıçı böyük bir hərəkatın 
milli-siyasi mahiyyətini verə bilir. “Xəncər” hekayəsində xəncər 
simvoldur. Yeniyetmə İldırımın atasından yadigar qalan, onda cə-
sarət, mərdlik hissi aşılayan xəncər son məqamda fars cəlladının 
xirtdəyinə sancılır. Yazıçı Milli hərəkatın məğlubiyyətinə göz ya-
şı axıtmır, əksinə bu yolda qalib çıxmağın yolunu xəncərdə görür. 
İlyas  Əfəndiyevin hekayələrində M.Lermantovun məşhur 
sözləri ilə desək “xalqın tarixi qədər zəngin olan qəlbin tari-
xi”ndən danışılır. Daxili bütövlük, mənəvi zənginlik zahiri çirkin-
liyə qalib gəlir. “Gözlənilməyən sevgi”nin gözlənilənliyini yazıçı 
ustalıqla, açıq mövqe bildirmədən təsvir edir. Klassik ənənələri 
olan bu motivi gənc yazıçı ustalıqla qələmə alır, saf insani hisslə-
rin əbədiliyinə inandırır. Unudulmaz tənqidçimiz Y.Qarayev haq-
lı olaraq yazırdı: “Bütünlükdə bu yaradıcılıqda məhz lirik psixo-
logizmdən qiymətli sərvət, sevgidən və ürəkdən böyük mənəvi 
dəyər yoxdur”. İlyas Əfəndiyev hekayələrində silsilə qadın obraz-
ları yaratmışdır. Gülara, Durna, Güllər, Gülacar, Bəyim, Südabə, 
Firəngiz kimi obrazlaryazıçının roman və dram qəhrəmanları qə-
dər məşhur olmasalar da, hər biri öz taleyi, fərdi mənəvi düşüncə 
və baxışları ilə yaddaqalan surətlərdir. Bu obrazların prototipləri 
50-70-ci illərin adi adamları idi, lakin yazıçı bu adilərin bir-birinə 
bənzəməyən dünyalarını yaratmışdır. Bu adi qəhrəmanların bədii 
ifadəsi zamanı geniş, panoram təsvir və  tərənnümündən həyatın 
adi, ilk baxışda çox empirik görünən məişət lövhələrinin, milli-
tarixi məişət gerçəkliklərinin müxtəlif tərəflərinə geniş yer veril-
məsi müasir insani münasibətləri bütün mürəkkəbliyi və zənginli-
yi ilə göstərmək niyyətindən irəli gəlirdi. Nəzəri fikirdə “adi 
adamlar”, “adi” və “böyük” ədəbiyyat  ətrafındakı mübahisələr 
60-70-ci illərdə meydana çıxmış hadisə deyildi. Hələ 40-cı illərdə 
ədəbiyyatı “adi” və “böyük” ədəbiyyat deyə iki yerə bölənlərə 
qarşı çıxış edən Səməd Vurğun yazırdı: “Mənim nəzərimdə kiçik 
insan yoxdur, yalnız kiçik sənətkarlar vardır. Adi dəmir yolu fəh-

Èëéàñ ßôÿíäèéåâ 
 
10 
ləsini, sürücüsünü və ya kənd müəllimini bütöv, müəyyən zəngin 
bir şəxsiyyət kimi bizə sevdirən, bədii fikrin müasir həyata, xal-
qın keçmişinə, onun mənəvi varlığına məhəbbətlə yanaşması, hər 
şeyi insan ləyaqətini, onun mənlik və qeyrətini ucaltmaq üçün sə-
fərbər etməsindədir”. Səməd Vurğun bu cür adi insanların təsvi-
rində İlyas Əfəndiyevin də nəsrini misal gətirirdi. 
İlyas Əfəndiyevin müraciət etdiyi bütün janrların baş qəhrə-
manı yazıçı özüdür və bu hekayə, povest, roman və dramların 
cəmliyində reallaşan yazıçı üslubudur. İlyas Əfəndiyevin poetika-
sının tarixi təkamülü və yaradıcılıq metodu xüsusi tədqiqatın 
predmetidir. Bircə onu deməklə kifayətlənirik ki, İlyas Əfəndiye-
vin yaradıcılığında gerçəkliyin bədii dərki, bədii reallaşması döv-
rün hakim estetik prinsipləri çərçivəsinə  sığmırdı. Ona görə  də 
ədib yeni estetik hadisəni süni əxlaq kredosu ilə dəyərləndirirdi. 
İlyas Əfəndiyev öz müasirlərinin çoxundan fərqli olaraq ədəbiy-
yatımızda ziyalı mühitinə, ziyalı obrazlarına xüsusi yer verirdi. 
Bunlar onun real müasirlərinin obrazı idi. Lakin bu obrazlar cə-
miyyətin üst qatında dəbdə deyildilər və yazıçı öz müasirlərindən 
daha zəngin mənəvi keyfiyyətlər umurdu. Bu keyfiyyətləri isə 
qəbul etməyə  cəmiyyət bəzən hazır olmurdu. Təsadüfi deyil ki, 
İlyas Əfəndiyevin qəhrəmanları ədəbi aləmdə həmişə böyük əks-
səda doğurmuş və kəskin mübahisələr predmetinə çevrilmişdir. 
Elçin yazır ki, “İlyas Əfəndiyev heç bir nəsr əsərini səhnələş-
dirməmişdir və o, bunu, ümumiyyətlə, qəbul etmirdi, “Pyes lap 
başlanğıcdan səhnə üçün düşünülməli, səhnə üçün yazılmalıdır” – 
deyirdi. Bu fakta onu əlavə edərdik ki, İ.Əfəndiyevin hekayələrin-
dəki dramatizmin, gözlənilməz bədii keçidlərin bolluğu, təhkiyə-
dəki dialoqların tutumu dram yaradıcılığındakı qədər zəngin idi. 
Xalqın tarixi taleyi baxımından ən mühüm siyasi və mənəvi 
dəyərlərin, hadisələrin, qələbə  və faciələrin böyük vətəndaşlıq 
yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi janr-
ların hər birində görürük. Epik və dramatik növlərin daxili poetik 
gücünüeyni ustalıqla üzə  çıxaran  İlyas  Əfəndiyev öz oxucusunu 
dinləməyə, xatırlamağa və düşünməyə vadar edir. “Geriyə baxma 
qoca”, “Üçatılan”, “Natəvan”, “Hökmdar və  qızı” kimi əsərləri 
Áèáëèîãðàôèéà 
 
11 
yazıçının tarixi mövzunu işləməkdə  əsas bədii-estetik məqsədini 
bəyan edir: xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu 
mənada İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tari-
xinin bədii səlnaməsidir. Yaşar Qarayev İlyas Əfəndiyev haqqın-
da böyük məhəbbət hissi ilə yazdığı kitabında obrazlı, lakin real 
bir sərrastlıqla yazırdı: “Qarabağın tarixi barədə klassik sənədlər 
– yeddi “Qarabağnamə” var. Bütünlüklə İlyas Əfəndiyev yaradı-
cılığını mən səkkizinci “Qarabağnamə” hesab edirəm”. 
İlyas  Əfəndiyevin lirik-psixoloji üslubunun romantik çaları 
ona  ədəbiyyatımızda yeni, bənzərsiz obrazlar yaratmağa imkan 
verdi. Bu baxımdan C.Cabbarlı və İlyas Əfəndiyevin obraz yara-
dıcılığı arasında güclü daxili əlaqə var. Bu iki böyük sənətkarın 
poetikasının müqayisəli təhlili ədəbi inkişafımızın bir çox estetik 
məqamlarını üzə çıxarmağa imkan verərdi. “Söyüdlü arx”, “Kör-
püsalanlar”, “Dağlar arxasında üç dost” əsərləri 50-ci illərdə möv-
cud olan bədii vərdiş  və  ədəbi-ictimai meyarlara “böyük zərbə” 
oldu. Bədii sözün estetik məna və  məzmunu haqqında mövcud 
təsəvvürlər yeni istiqamət aldı. İ.Əfəndiyevin hekayələri bu janrın 
poetik imkanlarını dolğun  əks etdirdiyi kimi, onun romanları da 
Azərbaycan roman tarixində yeni mərhələ idi. Bu mərhələni şərt-
ləndirən, yazıçının fərdi bədii dünyagörüşü, onun reallaşdırdığı 
üslubla bağlı idi. İlyas  Əfəndiyev üslubunun təkrarsızlığının, 
orijinallığının estetik qaynağını Y.Qarayev sərrast müəyyən edə-
rək yazırdı: “Səməd Vurğunun ehtiraslı  bədii romantikası, Sabit 
Rəhmanın bənzərsiz satirası və yumoru ilə yanaşı, İlyas Əfəndi-
yevin təkrarsız lirikası da son yarım əsrdəki Milli ədəbi hərəkatın 
üslub əlvanlığı və forma zənginliyini qabarıq şəkildə əks etdirir”. 
İstər tarixi mövzuların, istərsə də müasiri olduğu ictimai ge-
dişatın mahiyyətinə varanda İlyas Əfəndiyevin rəhbər tutduğu es-
tetik prinsip fərdi başlanğıca əsas yer verməsidir. Fərdin taleyini 
önə çəkməsi, bu fonda həyat hadisələrinin və tarixi gedişatın ma-
hiyyətinə nüfuz etməsi İlyas Əfəndiyev sənətinin poetik sistemi-
nin orijinallığını müəyyən edir. “Söyüdlü arx”, “Körpüsalanlar”, 
“Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, 
“Geriyə baxma qoca”, “Üçatılan” kimi roman və povestlərini XX 

Èëéàñ ßôÿíäèéåâ 
 
12 
əsrin ədəbi tarixi tərəqqisində xüsusi rolu ilə yanaşı bu əsərləri bu 
gün sevdirən, yaşadan onların daşıdığı milli-əxlaqi tutumdur. 
İ.Əfəndiyevin roman qəhrəmanlarının təsvir olunduğu 
ictimai-sosial proseslər bu gün üçün yenilik və  tərəqqinin tarixi 
bədii təsviri kimi yadda qalırsa, onun roman qəhrəmanları, onla-
rın mənəvi yaşantıları, iztirabları bu gün bizimlədirlər. Çünki on-
ları düşündürən, yaşadan ağrılar, mübarizə və qələbələr şəxsiyyə-
tin əbədi problemlərdir. Tarixi ədəbi proses təsdiq edir ki, şəxsiy-
yətin mənəvi tərəqqisinin göstəricisi olan yeni, ən çox inkar olu-
nan, lakin əbədi müasirlik qazanan mənəvi sərvətdir. İlyas Əfən-
diyevin romanlarının Nuriyyə, Səlimə, Səriyyə, Sarıköynək kimi 
obrazları şəxsiyyətin həyata fərdi düşüncə bucağından yanaşma-
sını, kütlə axını, kütlə psixologiyasına qarşı yeni əxlaqi dəyərləri 
ortaya qoymaları ilə seçilirlər.  İlyas  Əfəndiyev qəhrəmanlarının 
romantikası C.Cabbarlınin romantikası ilə səsləşir. Mənəvi tərəq-
qi konkret zamana sığmır.  İki klassikin qəhrəmanlarının idealla-
rındakı oxşarlıq da bununla şərtlənir. 
İlyas Əfəndiyev öz romanları ilə Azərbaycan romanının poe-
tikasını yersiz təsərrüfat ritorikasından uzaqlaşmağına təkan ver-
di. Süni potetikadan uzaq lirizm nağıl və folklor poetikasının ele-
mentləri  İlyas  Əfgəndiyevin digər romanları kimi “Sarıköynəklə 
Valehin nağılı” əsərində də obraz yaradıcılığının əsas elementlə-
ridir. İlyas Əfəndiyevin roman yaradıcılığı XX əsr nəsrinin parlaq 
səhifələrindəndir və  cəmiyyətdə gedən mürəkkəb sosial-mənəvi 
mübarizələrin sanballı bədii səlnaməsidir. 
Adətən 60-cılar deyəndə bu illərdə  ədəbiyyata gəlmiş  nəsli 
daha çox qabardırlar. Lakin İlyas Əfəndiyev, R.Rza, İ.Hüseynov 
kimi sənətkarlar 60-cı illərdə bərqərar olmuş ədəbi-estetik norma-
ların yaradıcısı  və  iştirakçıları idilər.  İlyas  Əfəndiyev də teatrda 
görmək istədiyimiz insani duyğuları tamaşaçıya bəxş etdi. Bu 
əsərlərin səhnə təcəssümündə 60-cı illərin tamaşaçısı ona mərhəm 
olan hissləri, həyatı, əxlaqi problemləri gördü. 
İlyas  Əfəndiyevin dramaturgiyasındakı  şəxsiyyət və mühit, 
şəxsiyyət və iqtidar, fərdin taleyi, təkliyin sosial-fəlsəfi məzmunu 
kimi bəəri amillər bu gün də, sabah da aktual olaraq qalır. İlyas 
Áèáëèîãðàôèéà 
 
13 
Əfəndiyevin ən böyük xidməti milli mənəvi tərəqqimizin konkret 
zaman çərçivəsində mənəvi problemləri yüksək sənət səviyyəsin-
də bəxş etməsindədir. 
Bu gün Azərbaycan dramaturgiyası və teatrı tarixində “İlyas 
Əfəndiyev məktəbi”, “İlyas Əfəndiyev teatrı” hamının qəbul etdi-
yi tarixi bədii-estetik fakt və həqiqətdir. Azərbaycan teatrının tari-
xi barədə C.Cəfərovun sanballı  tədqiqatının, Y.Qarayevin silsilə 
məqalələrinin əhəmiyyətini azaltmadan onu da qeyd etmək lazım-
dır ki, Azərbaycan dramaturgiyasının tarixi, o cümlədən  İlyas 
Əfəndiyev teatrı barədə yeni tədqiqatlar haqqında düşünməyin 
vaxtı çatıb. İlyas Əfəndiyevin dramaturgiyası Azərbaycan ədəbiy-
yatının poetik sistem, poetik kateqoriyalarının tədqiqi üçün 
misilsiz mənbədir. 
“İlyas Əfəndiyev” teatrı eyni zamanda rejissorluq, rəssamlıq, 
aktyorluq, bəstəkarlıq sənətlərinin inkişafı deməkdir. 19 pyesinin 
səhnəyə qoyulduğu Milli Dram Teatrının müasir ədəbi-estetik 
reallıqlar müstəvisində yenidən İlyas Əfəndiyev sənətinə qayıdışı 
əslində teatrın bu sənətkara qaytaracağı  mənəvi borcun bir 
hissəsidir. 
İlyas  Əfəndiyevin dramaturgiyaya gəlişi C.Cabbarlı  və 
Səməd Vurğundan sonra bu sahədə  nəzərə çarpan boşluğu dol-
durdu.  Ədəbi-tarixi gedişatın dramaturgiya və teatr ünvanı  İlyas 
Əfəndiyevin adı və imzası ilə bağlandı. Mübaliğəsiz demək olar 
ki, XX əsrin ikinci yarısı Azərbaycan teatrı “İlyas Əfəndiyev teat-
rı” kimi şərtləndi. “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, 
“Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Qəribə 
oğlan”, “Billur sarayda” kimi əsərləri dramaturgiya və teatr tari-
ximizdə bir era yaratdı. Bu əsərlərin qəhrəmanları yeni tarixi bir 
dövrün, XX əsrin 60-cı illərinin sosial-mənəvi konfliktlərini təm-
sil edirdilər. Bu əsərlərin mərkəzində dayanan konfliktlərdə müa-
sirlik və yeniliyin qəlibləşmiş düşüncə və həyat tərzi ilə mübari-
zəsini əks etdirirdilər. 
İlyas Əfəndiyev irsində onun ədəbiyyat haqqında bədii-fəlsə-
fi düşüncələrinin xüsusi yeri var. Yazıçının bədii konsepsiyasının 
mahiyyətini bütün incəliyi ilə açmaq üçün bu məqalələr onun 

Èëéàñ ßôÿíäèéåâ 
 
14 
araşdırıcılarına zəngin material verir. Xüsusən teatr və dramatur-
giyanın estetik mahiyyəti, gizli, görünməz sənət normaları haq-
qında  İlyas  Əfəndiyevin konsepsiyası real təcrübədən, fərdi ya-
radıcılıq laboratoriyasından irəli gəlirdi. 
Futuroloqlar gələcək haqqında proqnozlar verirlər. Bəzən 
yanlış, bəzən də reallığa yaxın. Gələcək üçün ən doğru mənbə 
milli bədii yaddaşdır, XX əsrin və ötən  əsrlərin real bədii 
salnaməsi olan İlyas Əfəndiyev sənəti, onun yaşamaq, var olmaq 
qüdrətidir. 
 
  1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə