Azərbaycanın xarici ticarət dövriyyəsində əmtəələrin ölkələr üzrə dəyişmələri (2009-2017) Plan



Yüklə 49,86 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü49,86 Kb.
#39585
1   2   3   4
Azrbaycanin xarici ticart dovriyysind

Azərbaycanın ixrac əməliyyatları

Azərbaycanın ixrac əməliyyatlarında əsas ölkələr aşağıdakılardır:



Azərbaycanın ixrac əməliyyatlarının əsasını neft sektoru təşkil edir. Qeyri-neft sektorunun lazımınca diqqət ayrılmaması, uçot dərəcəsinin yüksək olması, bəzi sahələrdə monopoliyanın olması, hüquqi boşluqların olmasın və s kimi səbəblərdən qeyri-neft sektoru lazımınca inkişaf etməmişdir. Azərbaycanın 2017-ci il statistikasına əsasən ixracımızın 89% -ni neft və neft məhsulları tutur.

Azərbaycan 2009-cu ildə öz neftini əsasən İtaliya, ABŞ, Fransa, İsrail, Tayvan, İndoneziya, Kanada kimi ölkələrə satırdısa, 2010-cu ildə Ukranya, 2011-də Malaziya, 2012-də Çin, 2013-cü ildə Almaniya, 2015 də Avstriya, 2016-cı ildə Hindistan, 2017-ci ildə isə Çexiyaya olan xam neft ixracının həcmini artırmışdır. Xam neftin ixracının son 9 ildəki həcminə baxsaq müxtəlif dalğalanmalar olmuşdur. Ümümi olaraq götürsək 2009-cu ildə 27829.5 min ton neft ixrac etsək də 2011-ci ildən başlayaraq ixrac etdiyimiz neftin həcmi azalmağa başlamış( 2013-də 24855 min ton,2014 23.611 min ton və s ), 2017-ci ildə isə 27227.9 min ton olmuşdur

2017-ci il xam neft ixracının həcmi ölkələrə uyğun olaraq aşağıdakı kimidir:



Ölkə adı

Miqdarı

Məbləği, min ABŞ dolları

İtaliya

11,056.3

4,346,723.1

İsrail

1,568.2

637,089.4

Çexiya Respublikası

1,406.6

551,642.2

Kanada

1,332.9

533,068.6

İndoneziya

1,197.5

465,023.2

Çin

1,106.1

418,165.3

Almaniya

1,084.8

427,796.7

Portuqaliya

1,081.5

446,174.1

Digər ölkələr

7,394.0

2,881,135.2

İxracda mühüm yerlərdən birini də təbii qaz tutur. 2009-cu ildə yalnız Gürcüstana qaz satırdıqsa 2010-cu ildən etibarən İran və Rusiyaya da satmışıq. 2015-ci ildən isə texniki işlərlə əlaqədar Rusiyaya qaz ixracı dayandırılmış və 2015-ci ildə Türkiyə ilə əlaqə qurulmuşdur. 2017-ci ilə baxsaq isə təbii qazı yalnız Türkiyəyə və Gürcüstana satmışıq. Ümümi olaraq satdığımız təbii qazın həcmi isə son 9 ildə 671 ,7 milyon kub metrdən 7543.5 milyon kub metrdə qədər qalxmışdır.

Azərbaycan neft və neft məhsullarından və təbii qazdan başqa təzə meyvə və tərəvəzin ixracını da həyata keçirir. 2009-cu ildə təzə meyvə və tərəvəzi əsasən Rusiya Ukraniya Gürcüstan, Qazaxıstan, Almaniya, İtaliya, Polşa kimi ölkələrə ixrac edirdiksə 2011-ci ildə Belarusiya ilə, 2014-cü ildə Belçika ilə, 2016-cı ildə İran ilə əlaqələrin artması müşahidə edilir. Kənd təsərüffatına artırılan diqqət nəticəsində ( subsidiyaların verilməsi, vergi güzəştlərinin olması) 2009-cu ildə 296 min ton meyvə və tərəvəz ixrac etmişiksə 2017-ci ildə bu həcm 489 min ton olmuşdur.

Azərbaycan bentonit gil, gips kimi məhsulların ixracı ilə də məşğuldur. Azərbaycan bu məhsulları əsasən Rusiya, Belarus, Polşa, Gürcüsan kimi ölkələrə satır. Bundan başqa Azərbaycan Türkiyə Rusiya Gürcüstan kimi ölkələrə pambıq lifi və pambıq parça ipliyi də satır.

Ümümi olaraq ixracın strukturuna baxsaq isə iqtisadiyyatımızın zəif olduğunu görərik. İnkişaf edən dünyada ölkələr əsasən hazır məhsullar satmağa çalışsa da biz də bu sahədə atılan addımlar yetərli olmamışdır. İxrac strukturumuza baxsaq xamalların ixracı və kənd təsərüffatının ixracı üstünlük təşkil edir. Sənaye 5.0 a gedən dünyaya bizim qıraqdan baxmağımız və texnologiya sektoruna lazımınca yatırım etməməyimiz, biznes üçün uyğun mühit yaratmadığımız,müəyyən sahələrdə rüşvətin olması və s kimi səbəblərdən ixdalımız bu məhsullardan asılı hala gəlmişdir. Gələcəkdə fərdi sahibkarlığa daha çox dəstək verərək və daha çox texnologiya ilə bağlı şirkətləri stimullaşdıraraq ixracımızın həcmini artıra və inkişaf edə bilərik.




Yüklə 49,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin