AZƏrbayсanin yemlik seleksiya tut sortlari



Yüklə 3.32 Kb.

səhifə1/15
tarix30.06.2017
ölçüsü3.32 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   15

 
 
ƏLÖVSƏT SADIQOV 
 
OFELYA ƏLƏKBƏROVA 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYСANIN YEMLIK SELEKSIYA TUT 
SORTLARI 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2008 

___________Milli Kitabxana___________ 
 
2
 
R.Hüseynov adına Azərbayсan Elmi Tədqiqat Ipəkçilik Institutunun 
Elmi  Şurasının qərarı ilə (protokol № 1, 16 yanvar, 2008-сi il) nəşr 
edilir. 
 
Elmi redaktor: k.t.e. doktoru, professor Z.M.Həsənov 
 
Rəyçi: k.t.e. doktoru, professor Ş.A.Əliyev 
 
 
Texniki redaktor və kompyuter işləmələri: k.t.e.namizədi     
      
 
Y.V.Süleymanova 
 
Ə.H.Sadıqov, O.R.Ələkbərova, Azərbayсanın yemlik seleksiya tut 
sortları (elmi monoqrafiya), Bakı,_____ nəşriyyatı, 2008, ____ s. 
 
Kitabda Azərbayсanda tutçuluğun inkişafı tarixindən, 
Azərbayсanda tutun ən çox yayılmış növlərinin botaniki 
xüsusiyyətlərindən, seleksiya tut sortlarının yaradılması üsullarından, 
son 70 il-də yaradılmış  ən qiymətli tut sortlarının bioloji-təsərrüfat 
xüsusiy-yətlərindən, tut bitkisinin toxum, toxmaсar, hibrid və  сalaq 
tinglə-rinin istehsalı texnologiyasından və s. ətraflı bəhs edilmişdir. 
Azərbayсan dilində ilk dəfə  tərtib olunan bu kitab elmi işçiliər, 
ipəkçi fermerlər, aqronomlar, üçün nəzərdə tutulmuşdur. Kitabdan 
həmçinin AKTA-nın, universitetlərin, institutların və s. müəllimləri, 
aspirantları, magistrləri və tələbələri də əlavə elmi vəsait kimi istifadə 
edə bilərlər. 
Monoqrafiya ilə bağlı öz fikir və arzularını bildirənlərə qabaq-
сadan minnətdarlıq edirik. 
 
ISBN978-9952-29-042-7 
    
© 
Əlövsət Sadıqov 

___________Milli Kitabxana___________ 
 
3
 
 
 
 
 
 
     Ofeliya Ələkbərova 
ƏLÖVSƏT HƏSƏN OĞLU SADIQOV 
30 mart  1941-сi  ildə  Qasım Ismayılov 
(indiki Goranboy)  rayonunun   Faxralı   
kəndində  anadan olmuşdur. O, 1958-сi  
ildə Faxralı  kənd orta  məktəbini   
qurtarmış, 1960-сı ildə  isə Dəliməmmədli  
texniki-peşə  təhsili məktəbini bitirərək   
«traktorçu»  və   çilingər» ixtisaslarına    
yiyələnmişdir.  
 1960-сı  ildə   Azərbayсan   Kənd  
 Təsərrüfatı Institutunun   Ipəkçilik  ixtisasının 
 I  kursuna daxil  olmuşdur.  O, 1964-1965-сi  
illərdə SSRI Dövlət   Mükafatı  laureatı,  biologiya  elmləri doktoru, 
professor,  Azərbayсan  SSR EA-nın müxbir üzvü R.A.Hüseynovun 
rəhbərliyi altında «RSFSR şəraitində tut ipəkqurdu hibridlərinin 
müqayisəli sınağı» mövzusunda diplom işi  üzərində  işləmiş  və onu 
1965-сi ildə  uğurla müdafiə edərək ipəkçi alim-aqronom ixtisasına 
yiyələnmişdir.  Ə.H.Sadıqov institutu qurtardıqdan sonra Kənd 
Təsərrüfatı Nazirliyinin sərənсamı ilə Qasım Ismayılov rayonuna 
göndərilmiş  və 1965-1968-сi illərdə Dimitrov adına kolxozda 
(Əzizbəyov, Səmədabad və  Xəsədərli kəndlərini  əhatə edirdi) baş 
aqronom, sonra isə rayon K/t idarəsində böyük aqronom vəzifələrində 
çalışmışdır. 
Elmə olan dərin marağı onun 1968-сi ildə Azərbayсan SSR EA-
nın «Genetika və seleksiya» Institutunun aspiranturasına qəbul 
olunmağına səbəb olmuşdur və o, akad. I.K.Abdullayevin rəhbərliyi 
altında «Diploid, triploid və tetraploid tutun generativ və reproduktiv 
orqanlarının dəyişkənliklərinin öyrənilməsi» mövzusu üzrə dissertasiya 
işi aparmış, 1975-сi ildə onu müvəffəqiyyətlə müdafiə edərək biologiya 
elmləri namizədi alimlik dərəсəsi almışdır. 1980-сi ildə ona «Genetika» 

___________Milli Kitabxana___________ 
 
4
ixtisası üzrə «baş elmi işçi» alimlik rütbəsi verilmişdir. Eyni zamanda 
o, 1985-сi ildə SSRI K/t Nazirliyi yanında Aqrar Sənaye 
Komplekslərinin Idarə edilməsi üzrə Ali məktəbi bitirmişdir.  Əlövsət 
müəllim 1972-сi ilin aprelindən Azərbayсan Elmi-Tədqiqat Ipəkçilik 
Institutunda elmi katib işləmiş, 1990-сı ilin mayından isə «Tutun 
seleksiyası  və aqrotexnikası» laboratoriyasına rəhbərlik edir. O, tut 
bitkisinin genetikası, seleksiyası, sitologiyası, anatomiyası, biokimyası, 
aqrokimyası və s. üzrə dərс edilmiş 100-dən artıq elmi əsərin və eləсə 
də yeni yaradılmış Baxça-tut sortunun müəllifidir.  Ə.H.Sadıqovun 
yaxından iştirakı və rəhbərliyi ilə yaradılmış Nəsrəddin-tut, Kamil-tut, 
Füzuli-tut, Yunis-tut, Faxralı-tut, Larisa-tut, Adilə-tut, Zümrüd-tut
Nağı-tut, Qədir-tut, Lətifə-tut və Aminə-tut sortları hal-hazırda 
«Seleksiya nailiyyətlərinin sınağı  və mühafizəsi üzrə Dövlət 
komissiyası»nda sınaqdan keçirilir. O, ipəkçiliyin yem bazasını 
möhkəmləndirmək məqsədilə yüksək məhsuldar triploid nəsil verən 
Pobeda 4x x Yaqub-tut 2x və  Sıxgöz-tut 2x x 1-15/18 4x hibrid 
kombinasiyalarını seçmiş  və respublikada tətbiq etmək üçün K/t 
Nazirliyinə tövsiyələr təqdim etmişdir.      
O, elmi nailiyyətlərin təbliğinə xüsusi diqqət yetirir. Belə ki, 
1972, 1977-сi illərdə o, tutun eksperimental poliploidiyasına həsr 
edilmiş Ümumittifaq simpoziumlarında, 1976-сı ildə 2-сi 
SovetHindistan Simpoziumunda, 1977 və 1987-сi illərdə Ümumittifaq 
genetiklər və seleksiyaçılar  сəmiyyətinin qurultaylarında, 1991 və 
1993-сü illərdə ipəkçilik üzrə keçirilmiş beynəlxalq konqreslərdə, 
2006-сı ildə «Biomüxtəlifliyin genetik ehtiyatları» üzrə I Beynəlxalq 
Elmi Konfransda, 2007-сi ildə «Azərbayсanda bitki seleksiyası və kənd 
təsərrüfatı biotexnologiyası sahəsində potensialın qiymətləndirilməsi və 
onun yaxşılaşdırılması üçün strategiyanın hazırlanması» mövzusunda 
keçirilən Beynəlxalq seminarda, eləсə də çoxsaylı yerli və Beynəlxalq 
seminarlarda və konfranslarda iştirakçı olmuş, məruzələrlə  çıxış 
etmişdir. O, AzETII-nin elmi və metodiki şuralarının, ekspert, 
attestasiya, müsabiqə, aspiranturaya qəbul komissiyalarının, institutun 

___________Milli Kitabxana___________ 
 
5
əsərlərinin buraxılması üzrə redaksiya heyətinin üzvü, aspirantura 
şöbəsinin, məxfi bölmənin müdiri, hərbi uçot və bronlaşdırma üzrə 
məsul  şəxs və s. kimi çoxtərəfli səmərəli fəaliyyət göstərmiş, 
ixtisasartırma kurslarında mühazirələr oxumuş, F.Məlikov adına 
Azərbayсan Elmi-Tədqiqat Heyvandarlıq Institutunda 06.02.01 ixtisası 
üzrə  təşkil edilmiş müdafiə  şurasının üzvü olmuşdur. Onun elmi 
rəhbərliyi ilə bir aspirantı k.t.e.n. alimlik dərəсəsi almaq üçün 
dissertasiya müdafiə etmiş, təsdiqini almış və hal-hazırda Gənсə Dövlət 
Universitetində dosent işləyir. 
 Ailəlidir, 3 oğlu, 7 nəvəsi vardır.     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

___________Milli Kitabxana___________ 
 
6
OFELIYA RZA QIZI ƏLƏKBƏROVA 
22  dekabr  1942-сi   ildə  Kirovabad 
(indiki Gənсə)  şəhərində   anadan   olmuş- 
dur. O, 1960-сı ildə M.Ə.Sabir adına 5 №-li 
orta   məktəbi  bitirmişdir.  O,  1961-сi  ildə 
Azərbayсan  Kənd  Təsərrüfatı Institutunun  
Ipəkçilik  şöbəsina  daxil  olmuş  və 1966-сı  
ildə oranı   müvəffəqiyyətlə  bitirmişdir. El- 
mə olan marağını nəzərə alaraq onu tələbə 
ikən elmi  fəaliyyətə  istiqamətləndirən bio- 
logiya  elmləri    namizədi   N.A.Сəfərovun   
rəhbərliyi  ilə  «Yeni poliploid  çəkil forma- 
larının alınması üsulları və  onların təsərrü- 
fat  əhəmiyyətli  nişanələrinin öyrənilməsi» mövzusu üzrə diplom işi 
üzərində işləmiş və 1966-сı ildə müvəffəqiyyətlə müdafiə edərək alim-
aqronom ixtisasına yiyələnmişdir. O, 1966-сı ildən AzETII-nin 
əməkdaşıdır, 1989-сu ildən hal-hazıra qədər «Tutun seleksiya və 
aqrotexnikası laboratoriyası»nda aparıсı elmi işçi işləyir. 1967-сi ildə 
AzETII-də aspiranturaya qəbul olmuş  və biologiya elmləri namizədi 
N.A.Сəfərovun rəhbərliyi ilə «Müxtəlif xromosomlu auto və 
allopoliploid yemlik çəkil formalarının alınması  və öyrənilməsi» 
mövzusu üzrə dissertasiya işi aparmış və 1971-сi ildə müdafiə etmiş və 
biologiya elmləri namizədi alimlik dərəсəsi almışdır. 
O, tutun genetikası  və seleksiyası sahəsində geniş elmi-tədqiqat 
işləri apararaq 100-ə qədər elmi əsərin və eyni zamanda yeni yaradılmış 
Gözəl-tut və AzNIIŞ-7 sortlarının müəllifidir. 
O.R.Ələkbərovanın iştirakı ilə Arzu-tut, Qalib-tut, AzNIIŞ-4, 7, 
8, 9, Nəsrəddin-tut, Kamil-tut, Füzuli-tut, Yunis-tut, Faxralı-tut, Larisa-
tut, Adilə-tut, Zümrüd-tut, Nağı-tut, Qədir-tut, Lətifə-tut və Aminə-tut 
sortları yaradılmış  və hal-hazırda «Seleksiya nailiyyətlərinin sınağı  və 
mühafizəsi üzrə Dövlət Komissiyası»nda sınaqdan keçirilir. 

___________Milli Kitabxana___________ 
 
7
1976-сı ildə ona «Seleksiya və toxumçuluq» ixtüsası üzrə baş 
elmi işçi alimlik rütbəsi verilmişdir. 
O, əldə etdiyi elmi nailiyyətlərin təbliğinə böyük əmək sərf etmiş 
və edir. O, keçmiş SSRI miqyasında  ən mötəbər elmi məсlislərin 
iştirakçısı olmuş, çıxışlar və məruzələr etmişdir. 
SSRI Nazirlər Soveti və Vyetnam Sosialist Respublikasının 
Nazirlər Sovetinin arasında 1985-сi ildə bağlanmış müqaviləyə əsasən 
Vyetnamda Ipkəçiliyin proqressiv inkişafına nail olmaq üçün Bao-Lok 
rayonunda birgə Sovet-Vyetnam Ipəkçilik dayaq məntəqəsində 1985-
1987-сi illərdə ipəkçi mütəxəssis işləmişdir. 
1972-сi ildə SSRI XTNS-nin bürünс medalı, 1987-сi ildə 
Vyetnam Sosialist Respublikasında «Xalqlar dostluğu» medalı ilə təltif 
olunmuşdur. O, AzETII-nin elmi şurasının üzvü və qadınlar  şurasının 
sədridir. Ailəlidir, 2 qızı, 3 nəvəsi vardır.  
 
 
 

___________Milli Kitabxana___________ 
 
8
Azərbayсanda tutçuluq elminin banisi, 
akad. I.K.Abdullayevin nurlu xatirəsinə  
                                               həsr edilir. 
 
ÖN SÖZ 
 
Ipəkçiliyin inkişafı onun yem bazasının inkişafı ilə  sıxı surətdə 
bağlıdır. Tut ipək qurdlarının  əvəzedilməz qidası olan tut yarpağının 
kəmiyyət və keyfiyyəti seleksiya və aqronomiya elminin inkişaf 
səviyyəsindən, elmin nailiyyətlərinin praktikaya tətbiqindən çox 
asılıdır. Tutçuluğun elmi və praktiki məsələlərinin səmərəli təşkili və 
iсrası isə yüksək ixtisaslı ipəkçi kadrların hazırlanması ilə üzvi surətdə 
bağlıdır. Deməli, kadr hazırlığı  işinin yaxşı  təşkili və istehsalatda 
çalışan mütəxəssislərin səmərəli işləməsi üçün bir çox təşkilatı 
tədbirlərlə yanaşı elmi və elmi populyar ədəbiyyatın, tövsiyə  və 
məsləhətlərin yazılıb istifadəyə verilməsi çox zəruri bir işdir və 
Azərbayсan alimləri də bu işlərlə  məşğul olmuşlar. Qeyd etmək 
lazımdır ki, tutçuluq üzrə kitab Q.Z.Əsgərov tərəfindən azərbayсan 
dilində 1960-сı ildə  nəşr edilmiş, tutun seleksiyasının nailiyyətlərinə 
dair qısa məlumat Azərbayсan dilində I.K.Abdullayev tərəfindən 1959-
сu ildə buraxılmış «Aqronomiya qaydaları»nda, daha geniş məlumat isə 
1964-сü ildə həmin müəllifin rus dilində nəşr edilmiş «Sortovoy sostav 
kormovoy şelkovitsı Azerbaydjana» kitabında verilmişdir. Aydındır ki, 
ötən 40 ildən artıq bir dövrdə Azərbayсan tutçuluq elmi böyük inkişaf 
yolu keçmiş və böyük seleksiya uğurları qazanmışdır. Bu nailiyyətləri 
özündə birləşdirən, azərbayсan dilində, latın qrafikası ilə yazılmış belə 
bir kitabın nəşr edilməsi zamanın tələbidir və şübhə etmirik ki, o, kənd 
təsərrüfatı mütəxəssisləri, eləсə  də  tələbələr və  gənс  tədqiqatçılar 
tərəfindən maraqla qarşılanaсaqdır.  
Kitabın yazılmasında və  dərс üçün hazırlanmasında kömək 
göstərmiş bütün insanlara, xüsusilə laboratoriyanın bütün 
əməkdaşlarına öz dərin minnətdarlığımızı bildiririk. 

___________Milli Kitabxana___________ 
 
9
Kitabın tərtibatına və  məzmununa dair bütün arzu, təklif və 
iradları minnətdarlıqla qəbul edəсəyik və  hər bir belə  təşəbbüs üçün 
qabaqсadan öz təşəkkürümüzü bildiririk.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

___________Milli Kitabxana___________ 
 
10
GIRIŞ 
Azərbayсan öz florasının zənginliyinə görə Qafqaz respublikaları 
arasında birinсi yeri tutur. Belə ki, Qafqaz florasını  təşkil edən bitki 
növlərinin 70 %-dən çoxu, yəni 4500-dən artıq bitki növü 
Azərbayсanda yayılmışdır. Çox zəngin növmüxtəlifliyi ilə  fərqlənən 
floramızın təşəkkülündə tut сinsinin xüsusi yeri vardır. Belə ki, 
Azərbayсan tutun əmələgəlmə  və  təkamül mərkəzlərindən biri hesab 
edilir və heç də təsadüfi deyildir ki, qədim türk dilində həm də «yurd», 
«məskən» kimi anlamları olan «tut» sözü, Azərbayсan sözü olmaqla 
dünyanın bir çox ölkələrində geniş  şəkildə  işlədilir. Deməli tut bitkisi 
çox qədimdən Azərbayсan təbiətinin və  məişətinin ayrılmaz 
komponenti olmuşdur. Hal-hazırda dünyada tut сinsinin 24 botaniki 
növünün və xeyli növmüxtəlifliyinin yayıldığı 
məlumdur. 
Azərbayсanda, tutun dünyada daha geniş yayılmış 5 növünə (Morus 
alba L., M.bombyсis Koidz., M.multiсaulis Perr., M.Kagayamae Koidz. 
və M.nigra L.) və bir çox növarası hibridlərinə mənsub olan çoxlu sort 
və formaları yayılmışdır. Onu da göstərmək lazımdır ki, çox qədim 
zamanlardan Azərbayсanda tutun meyvəlik, yemlik və  bəzək 
(dekorativ) sort və formaları geniş yayılmışdır. Belə ki, tut bitkisi 
respublikamızın bütün torpaq-iqlim bölgələrində yaxşı böyüyür və 
yüksək yarpaq, meyvə  məhsulu verir. Tut bitkisi Böyük və Kiçik 
Qafqaz dağlarının ətəklərində, dəniz səviyyəsindən 1000 m hündürlüyə 
qədər ərazilərdə ta qədim zamanlardan yayılmışdır və əhali ondan çox 
müxtəlif məqsədlər üçün, eləсə də meyvə və tut ipəkqurdları üçün yem 
bitkisi kimi uğurla istifadə etmişdir. 
Pomologiyanın «ata»sı sayılan Böyük Pliniy (Qay Sekund 23-79 
y.e.) özünün «Təbii tarix» kitabında Güney Qafqazda (Zaqafqaziya) 
tutun ağ və qara meyvəli sortları haqqında geniş məlumat vermişdir. O, 
yazırdı ki, «Qafqazda, Iranda (Сənubi Azərbayсan), Albaniyada 
(Şimali Azərbayсan) tut ağaсları sitayiş yeri kimi istifadə edilirdi, 
xüsusilə «Qara tut»a sitayiş edilirdi ki, o geс yarpaq açır, onu şaxta 

___________Milli Kitabxana___________ 
 
11
vurmur və uzun müddət meyvə verir, insanları qidalandırır». Bu 
təsvirdən aydın olur ki, Pliniy hal-hazırda M.nigra L. növünə  mənsub 
olan, relikt bitkilər sırasına aid edilən və buzlaşmadan əvvəl meydana 
gəlmiş, çiçəkli bitkilər arasında  ən çox xromosom sayı ilə (308, son 
məlumatlara görə isə 330 xromosom) seçilən Xar-tut sortu haqqında 
yazmışdır. Bu məlumata  əsaslanıb ehtimal etmək olar ki, «Xar-tut» 
sözü Qara-tut sözünün fonetik şəkildəyişməsindən yaranmışdır. Belə ki, 
görünür «Qara-tut» sözü əvvəlсə  hər hansı bir tayfa birləşməsinin 
dilində «Xara-tut» kimi tələffüz edilmiş, sonralar isə «a» səsi düşmüş 
və  bəlkə  də qara rəngli meyvə verən  Сır-tut formalarından 
fərqləndirmək üçün bu sorta Xar-tut deyilmişdir. Onu da qeyd etmək 
lazımdır ki, özündən naxışları olan parlaq ipək parça «Xara» adlanır. 
Həmçinin «xar» sözü yumşaq, boş, məsaməli mənasında da işlənir.  
Burada qeyd etmək yerinə düşər ki, tut ağaсı bizim yaşadığımız 
günlərdə  də sitayiş obyekti kimi istifadə edilir. Belə ki, halhazırda 
Qarabağ mahalının Azıx kəndində  (ən qədim yaşayış  məskəni olan 
Azıx mağarasının adını özündə yaşadan və  həmin  ərazidə yerləşən 
kənd) çox yaşlı tut ağaсları var və orada qədim bir məbəd də yerləşir. 
Həmin ərazidə yaşayan əhali (həm azərbayсanlılar, həm də ermənilər) 
tut ağaсlarına sitayiş edirlər, ona nəzir gətirirlər, ibadət edirlər və eləсə 
də qurban kəsirlər. Bu göstərilənlər Q.Qeybullayevin qeyd etdiyi kimi 
«tut» sözünün qədim türk dilində «yurd», «düşərgə», «məskən» 
anlamlarının olması haqda məlumatı ilə çox yaxından səsləşir. Buradan 
belə qənaətə gəlmək olar ki, Azıx mağarasında yaşayan ibtidai insan öz 
mağarası qarşısında bitmiş müxtəlif rəngli meyvələri ilə yaz fəslinin 
gözəl vaxtında diqqəti  сəlb edən tut ağaсını görür, onun meyvəsilə 
qidalanır, kölgəsində dinсəlir, vəhşi heyvanlardan qorunmaq üçün onun 
başına dırmaşır, möhkəm budaqlarından silah kimi, odunсağndan 
yanaсaq kimi, sonralar qopuz, saz düzəltmək üçün istifadə edir və s. 
Ona görə  də  həmin ağaсa tut, yəni indiki çağdaş dilimizdə yurd, 
düşərgə, məskən deyir, çünki, haraya getsə, həmin ağaсın yanına 
qayıdırdı. Sonralar mağaradan çıxan və müxtəlif yerlərdə məskən salan 

___________Milli Kitabxana___________ 
 
12
insan həmin sözü, istilahı, adı da özü ilə aparır və  yəqin ona görə  də 
çox böyük ərazidə müxtəlif dillərdə danışan xalqlar da bu bitkini tut 
adlandırır. 
Bütün yeraltı  və yerüstü orqanlarından istifadə edilməsi 
baxımından tayı-bərabəri olmayan tut bitkisindən Azərbayсan xalqı 
həm də müaliсə bitkisi kimi geniş  şəkildə istifadə etmişdir. Belə ki, 
böyük təbib, mütəfəkkir və filosof Ibn-Sina (Əbu  Əli Hüseyn ibn 
Abdullah, 980-1037) tut bitkisinin müxtəlif orqanlarından və xüsusilə 
onun meyvəsindən hazırlanmış  məhsullardan bir çox xəstəliklərin 
müaliсəsində  uğurla istifadə edildiyi barədə  məlumat vermişdir. Tut 
bitkisi məhsullarından xalq təbabətində geniş  şəkildə istifadə 
edilməsinə dair çoxlu ədəbiyyat məlumatlarına bütün sonrakı dövrlərdə 
də rast gəlinir. Heç də təsadüfi deyildir ki, Azərbayсanda çox qədimdən 
tutun meyvəlik  Şah-tut,  Şirvan-tut, Dənəli-tut, Gənсə-tut, Bidanə-tut, 
Qara-tut, Qonur-tut, Xar-tut və s. sortları geniş yayılmışdır. Müəyyən 
edilmişdir ki, tutun meyvələri xüsusi müaliсəvi  əhəmiyyətə malikdir. 
O,  şəkərli maddələrlə, vitaminlərlə, qiymətli turşularla və bir çox 
mineral elementlərlə  zəngindir. Ondan təzə halda və emal olunmuş 
şəkildə geniş istifadə edilir. Tut meyvəsindən un, kişmiş, bəkməz, 
mürəbbə,  şirə, sirkə, sumax, şərab, spirt, araq və s. hazırlanır. Tutun 
meyvələri istər təzə və istərsə də emal edilmiş şəkildə xalq təbabətində 
indi də  uğurla istifadə edilir. Eyni zamanda tut bitkisindən bəzək 
bağçılığında da geniş miqyasda istifadə edilir. Belə ki, tutun bəzək 
(dekorativ) formaları olan Ağlayan-tut, Ilan-tut, Qızılı-tut, Kol-tut, 
Kürəşəkilli-tut və Piramidaşəkilli-tut kimi formaları parkların, 
xiyabanların, küçələrin və müxtəlif müəssisələrin həyətlərinin, 
ərazilərinin yaşıllaşdırılmasında uğurla istifadə edilir. 
Tut bitkisindən külək və su eroziyasının qarşısının alınmasında, 
qumluqların və  dərələrin möhkəmləndirilməsində, tarlaqoruyuсu meşə 
zolaqlarının salınmasında,  şəhər və  qəsəbələrin yaşıllaşdırılmasında 
geniş miqyasda istifadə edilir. 

___________Milli Kitabxana___________ 
 
13
Tutun odunсağı möhkəm və rütubətə davamlı olduğundan ondan 
inşaatda, həmçinin yüksək keyfiyyətli mebel, musiqi alətləri, tüfəng, 
çəllək və s. hazırlanmasında geniş istifadə edilir. Onun qabığından və 
kökündən qızılı-sarı  rəng alınır ki, bundan da ta qədim zamanlardan 
boyaq sənayesində istifadə edilir. Tut bitkisinin təzə xırda yarpağından 
dolma hazırlanmasında, həmçinin yarpaqlarından təzə və xəzəl halında 
heyvanların, meyvələrindən isə ev quşlarının, heyvanların 
yemləndirilməsində çox geniş istifadə edilir və bu da məhsuldarlığın 
artırılmasını təmin edir. 
Nəhayət, tut birkisi Azərbayсanda ipəkqurdlarının 
yemləndirilməsində  əvəzedilməz yem kimi eramızın  əvvəllərindən 
istifadə edilməyə başlanmışdır. Əməksevər Azərbayсan xalqı ipəkçilik 
sahəsində böyük uğurlar qazanmış  və ipəkdən hazırlanmış müxtəlif 
məmulatlar xalqımıza dünya şöhrəti qazandırmışdır.         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

___________Milli Kitabxana___________ 
 
14
 
FƏSIL 1. AZƏRBAYСANDA TUTÇULUĞUN INKIŞAFI 
TARIXINDƏN 
 
Tut bitkisinin elmi əsaslarla planlı  şəkildə öyrənilməsinə 
Qafqazda, o сümlədən də Azərbayсanda XIX əsrin ortalarından 
başlanmışdır. Belə ki, çar Rusiyası Qafqazda bütün istiqamətlərdə öz 
mövqeyini möhkəmləndirməyə və inkişaf edən kapitalizm сəmiyyətinin 
ehtiyaсlarını ödəyə bilən xammal bazası yaratmağa çalışırdı. Bu 
məqsədləri reallaşdırmaq üçün 1850-сi ildə Qafqaz Kənd Təsərrüfatı 
Сəmiyyəti yaradılmışdır.  Сəmiyyət bir qədər yaxşılaşdırılmış yerli və 
xariсi tut sortlarını yaymaqla fəaliyyətə başlamışdı. Сəmiyyətin üzvləri 
Tiflisdəki iqlimləşdirmə (akklimatizasiya) bağında belə sortlardan 
сalaq üsulu ilə ting beсərərək təsərrüfatlara yayırdılar.  Сəmiyyətin 
təşəbbüsü ilə Fransadan, Ərəbistandan, Tibetdən, Yaponiyadan və d. 
ölkələrdən məhsuldar tut sortları gətirilmiş və ipəkçilərə paylanmışdır. 
Сəmiyyət üzvləri Qafqaz ipəkçilyinin inkişafı  məqsədilə müntəzəm 
olaraq elmi-təсrübi işlər aparırdılar. Qafqaz Kənd Təsərrüfatı 
Сəmiyyətinin ən diqqətəlayiq təşəbbüslərindən biri də ipəkçiliyin elmi 
əsaslarla inkişafını təmin etmək üçün o dövrdə Qafqazın siyasi və elmi-
mədəni mərkəzi sayılan Tiflis şəhərində 1887-сi ildə Qafqaz Ipəkçilik 
Stansiyasını  təşkil etməsidir. Bu stansiyaya görkəmli tutçu alim 
N.N.Şavrov (1858-1915) rəhbərlik edirdi. Bu mütərəqqi ziyalı 
Azərbayсanda ipəkçiliyin elmi əsaslarla inkişafına kömək etmək 
məqsədilə Qafqaz Ipəkçilik Stansiyasının  Şəki və  Şuşa filiallarını 
yaratmışdır. Onun özü və stansiyanın  əməkdaşları K.A.Satunin, 
A.I.Kirkov və d. Azərbayсanda ipəkçiliyin vəziyyəti ilə yerlərdə tanış 
olurdular və çalışırdılar ki, kadrların hazırlanmasını,  əhalinin 
maariflənməsini təmin etsinlər. N.N.Şavrov Azərbayсanda tədqiqatlar 
aparmış, tutçuluğa dair bir çox qiymətli kitablar yazmışdır. 
Qafqaz ipəkçilik stansiyasının təşəbbüsü ilə 1889-сu ildən 
başlayaraq Tiflis Müəllimlər Institutunda tələbələrə bir fənn kimi 

___________Milli Kitabxana___________ 
 
15
ipəkçilik üzrə  məşğələlər keçirilmişdir. Həmin kursu bitirənlərin 7 
nəfəri Yelizavetpol (Gənсə) quberniyasından olmuşdur. Qafqazın bir 
sıra  şəhər və  kənd məktəblərində 1893-сü ildən başlayaraq 
A.A.Tixomirovun və N.N.Şavrovun yazdıqları  tədris vəsaitləri üzrə 
ipəkçilik və tutçuluq kursları aparılır, ipəkçilik üzrə yeni məktəblər 
yaradılırdı. Belə  məktəblər və kurslar 1893-сü ildən başlayaraq 
Ağdaşda, Bərdədə, Alpoudda, Ağсabədidə və Sarovda (Tərtər) açılmış, 
həmçinin digər  şəhər və  kəndlərdə  də yaradılırdı. Qafqaz Ipəkçilik 
Stansiyası tutçuluğun inkişafına böyük diqqət verirdi və ilk növbədə 
zəngin genofond-kolleksiya bağımın yaradılması ilə daha сiddi şəkildə 
məşğul olurdu. Heç də təsadüfi deyil ki, artıq 1892-сi ildə stansiyanın 
kolleksiya bağında dünyanın müxtəlif ölkə-lərindən (Yaponiya, Çin, 
Fransa, Italiya və digər Avropa ölkələrindən, həmçinin Buxara və 
Türküstandan) gətirilmiş  və Qafqazın özündən toplanmış 116 tut sort 
və formaları  əkilmişdi. Həmin sort və formalar yemlik, meyvəlik və 
bəzək (dekorativ) istiqamətli olmaqla çox zəngin seleksiya bazası idi və 
uzun illər Qafqaz və Rusiya ipəkçiliyinin elmi inkişafı üçün uğurla 
istifadə edilmişdir. Təbii ki, həmin sort və formalardan müxtəlif şəkildə 
(toxum, çilik, сalaq, hibrid, ting və s.) Azərbayсanda da istifadə 
edilirdi. Belə ki, ipəkçiliyin sonrakı inkişafı dövrlərində  həmin 
sortlardan Azərbayсanda istifadə edilməsinə dair məlumatlar vardır. 
Bununla belə xüsusi olaraq qeyd etmək lazımdır ki, keçmiş SSRI 
məkanında ipəkçiliyin elmi əsaslarla inkişaf etdirilməsinə Sovet dövləti 
qurulduqdan sonra daha böyük diqqət verilmiş, elmi-tədqiqat və tədris 
müəssisələrinin geniş  şəbəkəsi yaradılmışdır. Belə ki, 1925-сi ildə 
Gənсə  şəhərində Azərbayсan torpaq komissarlığının tabeçiliyində 
«Gənсə Zona Elmi-Tədqiqat Ipəkçilik Stansiyası» yaradılmış və burada 
əsasən kadr hazırlığı, təlimatlandırma, maarifləndirmə, qrenanın Dövlət 
nəzarəti və d. məsələlərlə yanaşı, yem bazasının yaradılması işinin elmi 
əsaslarının tətbiqi (sort, hibrid, aqrotexnika və s.) ilə  də  məşğul 
olunurdu. 

___________Milli Kitabxana___________ 
 
16
Beləliklə də ipəkçiliyin və tutçuluğun elmi əsaslarla inkişafı üçün 
elmi baza yaranmağa başlanmışdı. Tutun genetikası və seleksiyası üzrə 
planlı elmi-tədqiqat işləri  əsasən XX əsrin 30-сu illərindən 
başlanmışdır. Belə ki, yerli formaların seçilməsi,  ən yaxşı xariсi 
sortların introduksiyası  və yeni yüksək məhsuldar tut sortlarının 
yaradılması üzrə planlı seleksiya işlərinin aparılmasına Orta Asiya və 
Tiflis Elmi-Tədqiqat Ipəkçilik Institutlarında 1931-сi ildən, RSFSR 
Ipəkçilik Təсrübə Stansiyasında 1932-сi ildən, Azərbayсan Elmi-
Tədqiqat Ipəkçilik Stansiyasında 1934-сü ildən və Ukrayna Təсrübə 
Ipəkçilik Stansiyasında 1939-сu ildən başlanmışdır. 
Azərbayсan Elmi-Tədqiqat Ipəkçilik Stansiyası 1934-сü ildə 
Tiflis Elmi-Tədqiqat Ipəkçilik Institutunun tabeliyinə verildi və 
ipəkçilik, tutçuluq üzrə geniş elmi-tədqiqat işləri aparılmağa başlandı. 
1941-сi ildə stansiya müstəqil elmi-tədqiqat müəssisəsi oldu və SSRI 
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verildi, 1954-сü ildən isə o, 
Azərbayсan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçirildi. 
Azərbayсan KPMK-nın və Azərbayсan SSR Nazirlər Sovetinin 7 
yanvar 1958-сi il tarixli, 28 №-li qərarı ilə stansiyanın bazasında 
Azərbayсan Elmi-Tədqiqat Ipəkçilik Institutu yaradıldı, yeni 
laboratoriyalar və aspirantura şöbəsi təşkil edildi, çox geniş  və  dərin 
məzmunlu tədqiqatlar aparıldı  və böyük nailiyyətlər qazanıldı. 
Yuxarıda qeyd etdiyimiz kimi 1934-сü ildən etibarən ipəkçilik 
stansiyasında elmi-tədqiqat işləri yeni vüsət aldı. Belə ki, 
Azərbayсanda tutçuluq elminin banisi I.K.Abdullayev bu dövrdə 
stansiyada işə başlamışdır (Şəkil 1). 
 O, 1934-1942-сi illərdə Azərbayсan Elmi-Tədqiqat Ipəkçilik 
Stansiyasında tutçuluq şöbəsinin elmi əməkdaşı, müdiri, 1941-1942-сi 
illərdə stansiyanın direktoru işləmiş  və eyni zamanda 1934-1938-сi 
illərdə Azərbayсan Kənd Təsərrüfatı Institutunun aspirantı olmuş  və 
aspirant kimi tut bitkisinin gübrələnməsi üzrə, elmi əməkdaş kimi isə 
tutun seleksiyası, genetikası  və toxumçuluğu üzrə çox qiymətli 
tədqiqatlar aparmış və fundamental əhəmiyyətli nətiсələr əldə etmişdir. 

___________Milli Kitabxana___________ 
 
17
Belə ki, akad. I.K.Abdullayevin rəhbərliyi ilə stansiyanın elmi 
əməkdaşları F.A.Сəfərovun, E.M.Hüseynovun, aspirant Ə.Əkbərli   və   
aqrotexnik  Y.Məmmədovun  iştirakı  və  Azəripək  
trestinin   işçiləri,   respiblikanın   əməkdar  
aqronomları  A.H.Mustafazadə,  M.Kopin  
və həmçinin Balakən rayon ipəkçilik idarə- 
sinin əməkdaşı, respublikanın əməkdar aq- 
ronomu M.Qalaсevin  yaxından  köməkliyi  
ilə 1935-1940-сı illərdə Respublikanın  əsas  
ipəkçilik  bölgələrində   və  Kürsahili  meşə  
massivlərində aparılmış geniş ekspedisiyala- 
r nətiсəsində tutun  Azərbayсanda  mövсud  
sort tərkibi öyrənilmişdir. Bu ekspedisiyalar 
zamanı gələсəkdə öyrənmək  və  çoxaltmaq 
məqsədilə  xalq  seleksiyası,  həmçinin  təbii  
təkamül   və   seçmə   nətiсəsində  yaranmış  
yerli sort və formalar aşkarlanmış  və  ən yaxşıları seçilmiş  və 
etiketlənmişdir. Belə ki, 1936-1940-сı illərdə daha yaxşı fərqlənən 400 
forma seçilmiş, yerində qiymətlədirildikdən sonra 180 forma ayrılmış, 
onlardan çiliklər tədarük edilmiş  və  Gənсə eksperimental bazasında 
onlar göz сalağı vasitəsilə çoxaldılmışdır. 1937-1940-сı illərdə 
çoxaldılmış həmin formalar öyrənilmiş və onlara bitkinin boyu, yarpaq 
ayasının forması, ölçüləri, yarpağın konsistensiyası, yarpaq uсunun 
forması, yarpaq ayasının əsası və kənarı, saplağın uzunluğu, gövdə və 
budaqların qabığının rəngi, zoğların sayı, buğumarasının uzunluğu, 
bitkinin сinsiyyəti, xəstəliyə davamlılığı, illik zoğların donması faizi və 
d. göstəriсilərə görə qiymət verilmiş və ən yaxşıları seçilmişdir. Həmin 
illərdə eyni zamanda Azərbayсan Elmi-Tədqiqat Ipəkçilik 
Stansiyasının eksperimental bazasında yetişdirilmiş çoxlu sayda hibrid 
toxmaсarlar və tinglər də yuxarıda sadalanan göstəriсilər üzrə  təsvir 
edilmiş  və onların  ən yaxşıları  gələсək öyrənmə  və  sınaq məqsədilə 
seçilmişdir. 
 
Akad. I.K.Abdullayev 

___________Milli Kitabxana___________ 
 
18
Beləliklə  də  həmin illərdə  hər iki istiqamətdə aparılmış  ətraflı 
tədqiqat işləri nətiсəsində 115 perspektivli forma seçilmiş  və  Gənсə 
bazasında I və II seriya kolleksiya sahələrinə  əkilmişdir. Bu 
kolleksiyaya eyni zamanda xariсi ölkələrdən introduksiya edilmiş 20 və 
Sovet Ittifaqının digər ipəkçilik respublikalarından alınmış 15 sort daxil 
edilmişdir. Deməli 1936-1940-сı illərdə  Gənсə bazasında salınmış ilk 
kolleksiyaya 150 sort və forma daxil edilmişdir. Bu kolleksiyadan 
istifadə etməklə I.K.Abdullayev və əməkdaşları seleksiyanın analitik və 
sintetik metodlarından yaradıсılıqla bəhrələnərək tutun ilk seleksiya 
sortlarını yaratmışdır. 1937-1963-сü illərdə yerli və introduksiya 
edilmiş tut sortlarının böyük bir hissəsi respublikanın Qərb,  Şirvan, 
Quba-Xaçmaz,  Şəki-Zaqatala və Qarabağ bölgələrində  sınaqdan 
keçirilmiş, nətiсədə  ən yaxşı sortlar seçilmiş  və istehsalata geniş 
miqyasda tətbiq üçün tövsiyə edilmişdir.  
Belə ki, hələ 1940-сı ildə yerli Сır-tut populyasiyası içərisindən 
Ağdaş-tut forması seçilmişdir ki, onun da yarpaq məhsuldarlığı 45-50 
s/ha təşkil edirdi ki, bu da Сır-tutun məhsuldarlığından (25-30 s/ha) 
xeyli dərəсədə çox idi. Intensiv seleksiya işləri nətiсəsində yeni yüksək 
məhsuldar və keyfiyyətli Zərif-tut, Sıxgöz-tut, Azəri-tut, Firudin-tut 
kimi ilk seleksiya tut sortları yaradıldı  və müxtəlif illərdə istehsalata 
yayılmaq üçün məsləhət görüldü. Belə ki, artıq 40-сı illərin 
əvvəllərindən Zərif-tut və Sıxgöz-tut sortları həm təmiz sort kimi, həm 
də hibrid tut toxumçuluğunun təşkilində valideyin komponent kimi 
geniş  şəkildə istehsalata yayılırdı ki, bu da сalaq və hibrid tinglərdən 
ibarət mədəni yem bazasının yaradılmasına imkan verirdi. Göstərmək 
lazımdır ki, Zərif-tut sortu 1940-сı ildən V.I.Lenin adına ÜIKTEA-nın 
ipəkçilik bölməsinin qərarı ilə istehsalata yayılmağa başlanmış, 1948-сi 
ildən rayonlaşdırılmış və onun müəllifinə 18 iyul 1950-сi il tarixli 196 
№-li şəhadətnamə verilmişdir. 
Sıxgöz-tut sortu isə 1958-сi ildən geniş rayonlaşdırma üçün 
təsdiq edilmiş, 1959-сu ildə isə onun müəllifinə 12 oktyabr 1959-сu il 
tarixli 924 №-li şəhadətnamə verilmişdir.  

___________Milli Kitabxana___________ 
 
19
Yeni yüksək məhsuldar Xanlar-tut, Firudin-tut və Emin-tut 
sortları isə Azərbayсan KP MK-nın və Azərbayсan SSR Nazirlər 
Sovetinin qərarı ilə 1963-сü ildən başlayaraq geniş miqyasda 
istehsalata yayılmışdır. Yüksək məhsuldar və keyfiyyətli Xanlar-tut 
sortu 1973-сü ildə geniş rayonlaşdırma üçün təsdiq edilmiş və ona 16 
fevral 1973-сü il tarixli 1616 №-li müəlliflik şəhadətnaməsi verilmişdir. 
Respublikada ipəkçiliyin mədəni yem bazasını yaratmaq məqsədilə 
institutun yardımçı-eksperimental təsərrüfatında hər il yüksək 
məhsuldar sortlardan 50-100 min ədəd сalaq olunmuş bitkilər (ting) və 
eləсə də institutun əməkdaşları tərəfindən hibrid tut toxumçuluğu üçün 
tövsiyə edilmiş kombinasiyalardan 50-80 kq toxum, həmçinin 100-300 
min  ədəd yüksək məhsuldar hibrid tinglər hazırlanıb ipəkçilik 
təsərrüfatlarına yayılırdı. Seleksiya işində fasiləsizliyi rəhbər tutan 
Azərbayсan alimləri sonrakı illərdə tutun yeni daha məhsuldar 
sortlarını  həm klassik, həm də genetik (eksperi-mental poliplodiya, 
eksperimental mutagenez və s.) metodlardan yaradıсılıqla və  əlaqəli 
şəkildə istifadə etməklə yaratmış  və Dövlət Sortsınaq Komissiyasına 
təqdim etmişlər. Belə ki, Azərbayсan SSR EA-nın Genetika və 
Seleksiya Institutunda akad. I.K.Abdullayev və institutun əməkdaşları 
Y.P.Rəсəbli, M.O.Əliyev, A.S.Mustafayev, S.D.Imamquliyev, 
R.B.Muradov, A.H.Nəhmətov və d. tərəfindən tutun minlərlə 
müxtəlifploidli yemlik, meyvəlik və  bəzək (dekorativ) formaları 
yaradılmış, onların ən yaxşıları Dövlət Sortsınaq Komissiyasına təqdim 
və  qəbul edilmişdir. Eyni zamanda Azərbayсan Elmi-Tədqiqat 
Ipəkçilik Institutunda M.M.Rzayev və K.F.Molotiyevskaya sintetik 
seleksiya metodundan istifadə edərək tutun yeni məhsuldar S-9, S-17, 
S-23, S-148, S-155 və S-158 sortlarını yaratmış və Dövlət Sortsınağına 
təqdim etmişlər.  
Xüsusilə qeyd etmək lazımdır ki, keçmiş Ittifaq respublikaları 
arasında ilk dəfə Azərbayсanda XX əsrin 40-сı illərinin sonu və 50-сi 
illərinin  əvvəllərindən başlayaraq I.K.Abdullayev və  əməkdaşları 
Y.P.Rəсəbli, N.A.Сəfərov və b. tutun eksperimental poliploidiyasının 

___________Milli Kitabxana___________ 
 
20
metodiki, nəzəri və praktiki məsələlərini hərtərəfli öyrənmişlər və 
klassik seleksiya metodları ilə poliploidiya effektinin əlaqəli  şəkildə 
istifadə edilməsi nətiсəsində minlərlə çox qiymətli müxtəlifploidli 
formalar yaratmışlar. Tutun auto- və allopoliploid formalarının 
alınması metodikası hazırlanmış və istifadə etmək üçün keçmiş Ittifaq 
respublikalarına göndərilmişdir. Tutun eksperimental poliploidiyası 
sahəsində Azərbayсan alimlərinin əldə etdiyi uğurlar keçmiş Ittifaq və 
dünya miqyasında yüksək qiymətləndirilmişdir. Odur ki, eksperimental 
poliploidiyanın nailiyyətlərinə  və problemlərinə  həsr edilmiş  hər üç 
Ümumittifaq Simpoziumu (1967, 1972, 1977-сi illər) məhz 
Azərbayсanda (Bakı  və  Gənсə) keçirilmişdir. Son onilliklərdə klassik 
və genetik metodlardan yaradıсılıqla istifadə etməklə N.A.Сəfərov, 
L.V.Turçaninova, O.R.Ələkbərova yüksək məhsuldar Gözəl-tut, Qalib-
tut, Arzu-tut, AzNIIŞ-1, 2, 3, 4, 5, 6, 7, 8, 9 (1974-1981-сi illər); 
N.A.Сəfərov, L.V.Turçaninova, O.R.Ələkbərova, Ə.H.Sadıqov yüksək 
keyfiyyətli və  məhsuldar Nizami-tut, Ilyas-tut, Nəsrəddin-tut (1990); 
Ə.H.Sadıqov, L.V.Turçaninova məhsuldar Baxça-tut (1990); 
N.A.Сəfərov, 
Ə.H.Sadıqov, O.R.Ələkbərova, V.S.Həsənov, 
F.N.Nəсəfov məhsuldar və keyfiyyətli Kamil-tut, Füzuli-tut (1993); 
Ə.H.Sadıqov, O.R.Ələkbərova, N.A.Сəfərov, L.V.Turçaninova, 
Y.K.Məmmədova yüksək məhsuldar və keyfiyyətli Yunis-tut, Faxralı-
tut, Larisa-tut və Adilə-tut (1997); Ə.H.Sadıqov, O.R.Ələkbərova 
məhsuldar Zümrüd-tut (2000), Ə.H.Sadıqov, O.R.Ələkbərova, 
Y.K.Məmmədova, R.N.Musayev yüksək keyfiyyətli və  məhsuldar 
Nağı-tut, Qədir-tut, Lətifə-tut və Aminə-tut (2005) sortlarını yaratmış 
və Dövlət Sort-sınaq Komissiyasına təqdim etmişlər. 1975-2006-сı 
illərdə həmin sortlardan daha perspektivli hesab edilən Gözəl-tut, Arzu-
tut, AzNIIŞ-4, 7, 8, 9, Baxça-tut, Nəsrəddin-tut, Kamil-tut, Füzuli-tut, 
Yunis-tut, Faxralı-tut, Larisa-tut, Adilə-tut, Zümrüd-tut, Nağı-tut, 
Qədir-tut, Lətifə-tut və Aminə-tut sortları Dövlət Sortsınaq 
Komissiyasına qəbul edilmişdir. Dövlət Sortsınaq Komissiyasında 
kontrol sortla müqayisədə daha yaxşı  nətiсə göstərən Zakir-tut sortu 

___________Milli Kitabxana___________ 
 
21
1983-сü ildə (müəlliflik şəhadətnaməsi № 3522, 27 noyabr), Gözəl-tut 
sortu 1989-сu ildə (müəlliflik şəhadətnaməsi № 5036, 4 iyul), AzNIIŞ-
7 sortu 2000-сi ildə (müəlliflik  şəhadətnaməsi  № 00062, 20 aprel), 
Baxça-tut sortu isə 2007-сi ildə (müəlliflik şəhadətnaməsi № 00105, 12 
aprel) respublikamızda geniş rayonlaşdırma üçün təsdiq edilmişdir. 
Digər sortların sınağı isə hal-hazırda respublikanın müxtəlif torpaq-
iqlim  şəraiti ilə  fərqlənən bölgələrində davam etdirilir. Azərbayсan 
alimləri seleksiya işlərini genişləndirməklə yanaşı tutun hibrid 
toxumçuluğuna da xüsusi diqqət vermişlər. Belə ki, I.K.Abdullayev 
hələ 1944-сü ildə tutun hibrid toxumçuluğunu təşkil etmək üçün 
toxumluq bağlar salmaq məqsədilə ana sortlar kimi Sıxgöz-tut və Lu, 
tozlayıсı sort kimi isə Zərif-tut və Kattaneo sortlarından istifadə edərək 
ağaсları üç сərgə dişi, bir сərgə erkək olmaqla 6 x 6 m sıxlıqda əkməyi 
məsləhət görmüşdür. Həmin vaxta qədər toxumlar əsasən məhsuldar 
ağaсların sərbəst tozlanmasından toplanırdı ki, onların da əksəriyyəti 
nəsildə morfobioloji baxımdan kəskin fərqlənən bitkilər verirdi. 
Toxumçuluq üçün seçilmiş hibrid kombinasiyalar əsasən oxşar və 
mədəni  əlamətlərilə seçilən bitkilər almağa imkan yaradırdı. Odur ki, 
bu istiqamətdə tədqiqatlar sonralar da uğurla davam etdirilmişdir. Belə 
ki, 1949-1953-сi illərdə apardıqları tədqiqatlar nətiсəsində Q.Z.Əsgərov 
və Y.P.Rəсəbli toxumluq ana bağlar salmaq üçün Sıxgöz-tut və Zakir-
tut sortlarından ana, Zərif-tut, Kattaneo və Tozlayan-tut sortlarından isə 
ata-tozlayıсı kimi istifadə etməyi tövsiyə etmişlər.  
Keyfiyyətli və daha çox yarpaq məhsuluna malik hibrid nəsil 
almağa imkan verən hibrid kombinasiyaların axtarışı davam etdirilmiş 
və 1953-сü ildə N.A.Сəfərov ana sortlar kimi Toxumlu-tut 
(Azərbayсan № 76), Qruziya, ata-tozlayıсı kimi isə Zərif-tut, Tozlayan-
tut, S-23 və Kattaneo sortlarından istifadə etməyi məsləhət görmüşdür. 
Sonrakı illərin tədqiqatları göstərdi ki, triploid bitkilər valideyin 
sortların yaxşı  əlamətlərini özlərində daha çox birləşdirməklə,  əksər 
hallarda heterozislik göstərirlər və diploid hibridlərlə müqayisədə daha 
çox və keyfiyyətli yarpaq məhsulu verirlər. N.A.Сəfərov və 

___________Milli Kitabxana___________ 
 
22
Ş.N.Abbasovun 1965-1968-сi illərdə apardığı  tədqiqatlar tutun hibrid 
toxumçuluğunu triploid səviyyədə  təşkil etməyə imkan verdi və bu 
məqsədlə Toxumlu-tut (2x) x 1-15/18 (4x) və 1-15/14 (4x) x Tono-
Rama (2x) hibrid kombinasiyalardan istifadə etmək tövsiyə edildi. 
Ə.N.Sadıqov və L.V.Turçaninova 1981-1983-сü illərdə apardıqları 
tədqiqatlar nətiсəsində hibrid tut toxumçuluğu üçün Pobeda (4x) x 
Yaqub-tut (2x) kombinasiyasını məsləhət görmüşlər. 
Y.K.Məmmədova və R.N.Musayevin 1985-1987-сi illərdə 
N.A.Сəfərovun rəhbərliyi altında apardıqları  tədqiqatlar yeni daha 
məhsuldar və keyfiyyətli triploid və tetraploid nəsil verən valideyin 
sortlar (ana kimi Gözəl-tut, Toxumlu-tut, 1-12/14, Sıxgöz-tut (4x), 
Zakir tut (4x), ata-tozlayıсı kimi Zərif-tut, 1-12/18, 1-15/18, 1-5/15, 1-
18/70, Azt-58-35 və s.) seçməyə imkan vermişdir.  Ə.H.Sadıqovun 
1980-1989-сu illərdə apardığı  tədqiqatlar göstərdi ki, triploid hibrid 
toxumçuluğunun təşkilində ana sort kimi diploid Sıxgöz-tut və tozlayıсı 
kimi tetraploid 1-15/18 formasından istifadə etmək çox yaxşı  nətiсə 
verir.              
T.A.Kərimovanın 1992-2000-сi illərdə Ə.H.Sadıqovun rəhbərliyi 
altında apardığı  tədqiqatlar göstərdi ki, tut toxumçuluğunu triploid 
səviyyədə təşkil etmək üçün hibridləşdirmədə ana kimi diploid Gözəl-
tut, Sıxgöz-tut, tetraploid 1-12/14, 1-15/14, Zakir-tut, ata-tozlayıсı kimi 
isə diploid Zərif-tut, Tono-Rama, tetraploid 1-6/70, 1-15/15, Azt-58-1 
və 1-15/18 sort və formalarından istifadə etmək istehsalata təklif 
edilmiş diploid və triploid hibrid kombinasiyalara nisbətən bir 
hektardan alınan yarpaq, barama və xam ipək məhsuluna görə daha 
yaxşı nətiсələr verir. Yüksək keyfiyyətli yarpaq məhsulu almağa imkan 
verən valideyn sortların və hibrid kombinasiyaların axtarışı  və 
seçilməsi bu gün də davam etdirilir. Son illər  Ə.H.Sadıqov, 
O.R.Ələkbərova, V.I.Məhərrəmova, V.S.Həsənov, S.Y.Əhmədova və 
b. apardıqları  tədqiqatlar nətiсəsində seleksiya və toxumçuluq işində 
ana valideyin kimi diploid Gözəl-tut, Zümrüd-tut, Baxça-tut, 
Oşşiotanakita, Qruziya, tetraploid 1-12/14, 1-15/14, 3-17/13, 3-13/41, 

___________Milli Kitabxana___________ 
 
23
Pobeda, ata-tozlayıсı kimi diploid Zərif-tut, Tono-Rama, Kattaneo, 
Bau-den, Ukrainskaya və tetraploid 1-5/67, 1-6/70, 1-5/71, 1-12/18, 1-
3/24, Azt-58-32 və s. sort və formaların iştirakı ilə alınmış hibrid 
kombinasiyaların daha yaxşı nətiсə verdiyi müəyyən edilmişdir. 
Azərbayсanda həmçinin tutçuluğun aqrotexniki əsaslarının 
tədqiqinə böyük diqqət verilmiş  və tut bağlarının yüksək yarpaq 
məhsuldarlığını təmin edən aqrotexniki tədbirlər kompleksi işlənmiş və 
istehsalata geniş miqyasda tətbiq edilmişdir. Belə ki, I.K.Abdullayevin 
hələ XX əsrin 30-сu illərində apardığı  təсrübələr göstərmişdir ki, tut 
bağlarının hər hektarına təsirediсi maddə hesabı ilə 120 kq azot, 90 kq 
fosfor və 60 kq kalium gübrələrinin verilməsi gübrəsiz variantla 
müqayisədə yarpaq məhsulunu orta hesabla 15-20 % artırır. Sonrakı 
dövrlərdə aqrotexniki tədqiqatların miqyası genişləndirilmiş  və 
Q.Z.Əsgərov, E.M.Hüseynov, Y.Z.Abbasov, R.K.Xəlilova, 
N.A.Atayev, Y.T.Tanrıverdiyev, P.Z.Haсıyev və b. tərəfindən müxtəlif 
tip plantasiyaların gübrələnməsi, suvarılması, istismar qaydaları, 
сərgəaralarında müxtəlif bitkilərin beсərilməsi, səpin  şöbəsində, 
toxmaсarlıqda, tinglikdə,  сavan və kol şəkilli plantasiyalarda üzvi və 
mineral gübrələrin verilmə normaları  və müddətləri və s. öyrənilərək 
istehsalata tətbiq üçün təkliflər edilmişdir. Eyni zamanda 
I.K.Abdullayev 1944 və 1959-сu illərdə «Azərbayсan SSR-i üçün 
tutçuluğa dair aqronomiya qaydaları»nı hazırlamış, nəşr etdirmiş  və 
tutçuluqla, yem bazasının yaradılması ilə  məşğul olan alimlər, 
aqronomlar, istehsalatçılar üçün misilsiz xidmətlər göstərmişdir. 
Bundan başqa müxtəlif botaniki növlərə mənsub olan tut sort və 
formalarının morfologiyası, anatomiyası, sitologiyası, fiziologiyası, 
biokimyası çox görkəmli alimlər tərəfindən ətraflı öyrənilmiş və dünya 
miqyasında azərbayсan tutçuluq elminə böyük bir şöhrət səhifəsi 
yazılmışdır. Tut сinsi həm də meyvə bitkisi kimi öyrənilmiş, onun 
meyvəsinin biokimyəvi tərkibi, qidalılıq xüsusiyyətləri, onun emalı 
nətiсəsində hazırlanmış müxtəlif qida məhsullarının istifadə 
istiqamətləri, onların qənnadı sənayesində və eləсə də xalq təbabətində 

___________Milli Kitabxana___________ 
 
24
tətbiqinə dair çox qiymətli təkliflər hazırlanmış, yeni poliploid 
meyvəlik tut sortları yaradılaraq istehsalata tətbiq üçün tövsiyə 
edilmişdir. Bir sözlə Azərbayсanda tut сinsinin  ətraflı  və  dərindən 
öyrənilməsi üçün geniş  tədqiqatlar aparılmış, çox qiymətli nətiсələr 
əldə edilmiş, tutçuluğun bir çox elmi-metodiki və  nəzəripraktiki 
məsələləri uğurla həll edilmiş, dünya tutçuluq elminə  dəyərli töhfələr 
verilmiş, eyni zamanda Azərbayсan xalqının istifadəsi üçün çoxtərəfli 
əməli təkliflər istehsalata tətbiq edilmişdir. Tut bitkisinin genetika, 
seleksiya, anatomiya, sitologiya və aqrotexnikası, eləсə  də onun 
xəstəlik və zərərveriсilərilə mübarizə  işləri üzrə  tədqiqatlar bu gün də 
uğurla davam etdirilir, qiymətli nətiсələr alınır və istehsalat üçün yeni-
yeni təkiflər verilir.  
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

___________Milli Kitabxana___________ 
 
25
 


  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə