Üfiqi marketinq sistemləri. Marketinq kanalının digər təşəkkül tapmış növlərindən biri üfiqi marketinq sistemləridir. Bu sistemlərin təşkili zamanı kanalın eyni səviyyəsində olan iki və daha çox şirkət əlavə marketinq imkanları məqsədilə birləşirlər. Onlar fəaliyyətlərini birləşdirməklə ayrı-ayrılıqda malik ola bilmədikləri imkanlardan yararlanırlar. Bu tip idarəetmə həm də qlobal səviyyədə özünü çox yaxşı doğruldur. Məsələn, mükəmməl dükanların beynəlxalq şəbəkəsinə malik olan “Nestle”, “General Mill” ilə birlikdə Şimali Amerika xaricindəki 80 ölkəyə sıyıq satır.Başqa bir nümunə kimi “Coca-Cola” və “Nestle”nin dünya miqyasında hazır kofe və çay satmaq üçün birgə müəssisələr yaratması göstərilə bilər.