449. Yemək borusuna birbaşa qoyulmuş anastomozlar zamanı sadalanan hallardan hansı daha çox rast gəlinir?
A) Yemək borusunun stenozu
B) Uzunmüddətli qastroezofaqial reflüks
C) Disfagiya
D) Aspirasion pnevmoniyanın residivləşməsi
E) Yemək borusu-traxeya fistulunun rekanalizasiyası
450. Yenidoğulmuşların yemək borusu- traxeya fistulasının daha çox rast gəlinən anatomik variantına hansı aiddir?
A) Qida borusu ilə traxeyanın ümumi divarı
B) Qısa və ensiz
C) Dar və uzun boyun nahiyəsində
D) Uzun və enli
E) Qısa və enli birinci döş
451. İzolə olunmuş traxeya-yemək borusu fistulasına xarakter olmayan simptom hansıdır?
A) Vertikal halda uşağı qidalandırdıqda öskürək və sianozun azalması
B) Aspirasion pnevmoniyanın residivləşməsi
C) Qidalanma zamanı öskürək
D) Köpüklü mayenin ağızdan xaric olması
E) Qidalanma zamanı sianoz
452. Aşağıda sadalanan müayinə üsullarından hansı ilə yemək borusu-traxeya fistulası diaqnozunu daha dəqiq qoymaq olar?
A) Yemək borusunun rentgen-kontrast müayinəsi
B) Traxeobronxoskopla
C) Eyni vaxtda həm traxeobronxoskopiya və metilen abısının yemək borusuna yeridilməsi
D) Metilen abısı ilə sınaq
E) Ezofaqoskopla
453. 1,5 aylıq uşaqda nəzərəçarpan öyümə müşahidə olunur, çəki az artır, tez-tez pnevmoniya, bronxitdən əziyyət çəkir. Qusuntu kütləsində bəzən selik qan izi olur, qidalandırma zamanı narahatçılıq olur, yuxuda öskürək simptomu müşahidə olunur. Düzgün diaqnoz hansıdır?
A) Diafraqmanın qida borusu dəliyinin dəbəliyi
B) Hissəvi yuxarı şöbənin keçməzliyi
C) Mukovistidoz
D) Posthipoksik ensefalopatiya
E) Pilorospazm
454. Körpələrdə bağırsaq atreziyasına gətirib çıxardan bağırsaq keçməzliyinin səbəbi hansıdır?
A) Bağırsaq borusunun solid şunur mərhələsində embrionogenezin pozulması
B) Bağırsaq divarının innervasiyasının pozulması
C) Embrionogenezdə bağırsaq fırlanmasının pozulması
D) Anomal damar
E) Nalvari mədəaltı vəz
455. Membranoz formalı 12 barmaq bağırsağın atreziyası münasibəti ilə əməliyyat zamanı xəstədə hansını icra etmək olmaz?
A) Palpator və zondla membrananın təyini
B) Membrananın üstündən bağırsağın divarın açmaq və membranı tikmək
C) Bağırsağın rezeksiyası
D) Yuxarı-orta laparotomiya
E) Bağırsağın təftişi (reviziyası)
456. 12 barmaq bağırsağın atreziyası münasibəti ilə radikal əməliyyata uğramış xəstədə tez-tez rast gələn ağırlaşmaya nə aiddir?
A) Metabolik pozğunluq
B) 12 barmaq bağırsağın motorikasının bərpa olunmasının ləngiməsi
C) Müxtəlif mərhələlərdə böyrək çatmazlığı
D) Anastomozun stenozlaşması
E) Pnevmoniya
457. Yenidoğulmuş uşaqlarda aşağı bağırsaq keçməzliyinin simptomlarına hansı aiddir?
A) Çoxlu qatı qusma
B) Yumşaq ağrısız qarın
C) Aspirasiya
D) Nəcis ifrazının olmaması
E) Köpmüş ağrılı qarın
Dostları ilə paylaş: |