603. Bazu sümüyünü iç kondilusunun qopmuş sınığı zamanı əsasən nə zədələnir?
A) Dirsək siniri
B) Mil siniri
C) Orta sinir
D) Əzələ-dəri siniri
E) Sinir zədələnmir
604. Erkən yaşlı uşaqlarda epifizeoliz müalicə olunmazsa sonradan o hansı ağır fəsada səbəb olar?
A) Ətrafın qısalması
B) Kontraktura
C) Ankiloz
D) Varus deformasiyası
E) Valgus deformasiyası
605. Uşaqlarda qamış sümüyünün oynaqdaxili yerdəyişmə ilə zədələnməsi zamanı optimal müalicə taktikasına nə daxildir?
A) Açıq repozisiya+ osteocintez
B) Skelet dartması
C) Açıq repozisiyası
D) Aparatla müalicə
E) Təftiş+ gipslə immobilizasiya
606. Qamış sümüyünün sınığı zamanı cərrahi müalicəyə mütləq göstərişlər hansıdır?
A) Qapalı oynaqdaxili yerdəyişmiş sınıqlar
B) Bütün növ yerdəyişmiş sınıqların
C) Hər iki baldır sümüklərinin bucaq altında yerdəyişmiş metafizar sınıqların
D) Bütün növ yerdəyişmiş sınıqlarda interpozisiya olduqda
E) Hər iki baldır sümüklərinin qapalı diafizar sınıqların
607. Metadiafizar sınıqlarda gips langetində ikincili yerdəyişməni aşkar etmək üçün nəzarət rentgen şəkil nə vaxt aparılmalıdır?
A) 6-7-ci sutkada
B) Kontrol rentgen müayinə vacib deyil
C) 10-14-cü sutkada
D) 3-5-ci sutkada
E) 2-ci sutkada
Dostları ilə paylaş: |