220. Göstərilən yerli əlamətlərin hansı psevdofrunkulyoz üçün xarakterikdir?
A) Dəridə hiperemiya olmuş və mərkəzində fluktuasiya olan şişəbənzər törəmə
B) Dəridə «noxudabənzər» şişkinliyin olması.
C) Mərkəzində irinli-nekrotik özəyi olan konusvari infiltratın olması
D) Dərinin qeyri-müəyyən hüduda malik olan hiperemiyası.
E) Dərinin aydın hüduda malik olan hiperemiyası.
221. Yenidoğulmuşların fleqmonasında birincili olaraq dərinin hansı elementi zədələnir ?
A) Dərialtı toxuma
B) Piy vəzi
C) Tər vəzi
D) Epidermis
E) Derma
222. Göstərilən yerli kliniki əlamətlərdən hansı yenidoğulmuşların fleqmonası üçün xarakterikdir?
A) Dərinin çox sürətlə yayılan hiperemiyası və zədələnən nahiyənin mərkəzində tünləşmənin olması.
B) Dərinin hiperemiya olmadan qalınlaşması
C) Dərinin şişkinləşməsi hiperemiya və mərkəzində fluktuasiyanın olması.
D) Dərinin aydın hüduda malik olan hiperemiyası.
E) Mərkəzində irinli-nekrotik özəyi olan konusvari infiltrasiya
Dostları ilə paylaş: |