299. Xroniki hematogen osteomielitin müalicəsi nədən ibarətdir?
A) Tam sekvestral qutu əmələ gəldikdən,periostal reaksiya tam çəkildikdən və sekvestrin tam formalaşmasından sonra osteotomiya edərək sekvestrektomiya və patoloji qranulyasion toxumanın qaşınması.
B) Diaqnoz qoyulan kimi sekvestrektomiya
C) Konservativ kurort müalicəsi
D) Fistulaların antibiotiklə yuyulması
E) Fistuladan sekvestral qutunun qaşınması.
300. 13 yaşında oğlanın xayalığının sol yarısında üzümsalxımı şəklində şişkinlik və arabir ağrı qeyd edilir. Bu hansı patologiya da müşahidə olunur?
A) Varikosele
B) Kriptorxizm
C) Qasıq-xayalıq yırtığı
D) Hidrosele
E) Ektopiya
301. Baxış zamanı uşaqda xayalardan biri xayalıqda qeyd olunmur. İlkin diaqnoz nədir?
A) Kriptorxizm
B) Varikosele
C) Hidrosele
D) Qasıq yırtığı
E) Qasıq-xayalıq yırtığı
302. Baxış zamanı uşaqda xayalardan biri xayalıqda qeyd olunmur. Palpasiyada xaya aralıq nahiyyəsində əllənir. Diaqnoz nədir?
A) Xayanın ektopiyası
B) Kriptorxizm
C) Anorxizm
D) Varikosele
E) Hidrosele
303. Qasıq yırtğını qeyd olunan patologiylardan hansı ilə differensasiya etmək lazım gəlir?
A) Qasıq limfadeniti
B) Varikosele
C) Əlaqəli xaya hidropsu
D) Spermatosele
E) Monorxizm
304. Qasıq yırtığını qeyd olunan patologiylardan hansı ilə differensasiya etmək lazım gəlir?
A) Toxum ciyəsinin sisti
B) Varikosele
C) Monorxizm
D) Anorxizm
E) Kriptorxizm
Dostları ilə paylaş: |