336. Baş beyin silkələnməsinin kliniki simptomlarına hansılar daxildir?
A) Qısamüddətli huşun pozulması, travmanın ilk saatında qusma, retroqrad amneziya
B) Ümumi beyin əlamətləri, bədən hərarətinin yüksəlməsi, qusma
C) Travma ilə şübhəli dərin koma
D) Aydın huş zamanı hemiparez
E) Travmadan 2-3 saat sonra huşun itirilməsi, anizokariya, ocaqlı simptomlar
337. Birtərəflı epi və ya subdural hematoma zamanı aşağıdakı hansı simptomokompleks müşahidə edilir?
A) “İşıqlı mərhələ”, göz bəbəyinin homolateral genişlənməsi, kontralateral çatışmazlıq əlamətləri
B) Huşun itirilməsi, ocaqlı simptomlar, meningial əlamətlər
C) Ümumi beyin simptomları, hərarətin yüksəlməsi
D) Qısamüddətli huşun itirilməsi, qusma, retroqrad amneziya
E) Tetraplegiya, aydın huş
338. Yenidoğulmuşda doğulduqdan 2 gün sonra təpə nahiyəsində sol tərəfdə şişkinlik var. Şişkinlik üzərində dəri dəyişməyib, palpasiya az ağrılıdır, şişkinliyin əsasında bərk yastıqcıq təyin olunur. Sizin diaqnozunuz hansıdır?
A) Kefalohematoma
B) Ikimərtəbəli intrakranial hematoma
C) Absess
D) Baş beyin dəbəliyi
E) Limfangioma
339. 10 yaşında uşaqda bazunun tiş epikondilisunun apofiziolizi olub. Müalicəsi 3 həftə gips longeti ilə aparılıb. Gips çıxarıldıqdan sonra dirsək oynağında hərəkətin kəskin məhtudluğu var. Taktika necə olmalıdır?
A) MBT və fizioterapiya
B) Oynaq nahiyəsinin masajı
C) Cərrahi üsulla millə fiksasiya
D) Rentgen nəzarəti altında Kirşner mili ilə fiksasiya
E) Ekstramedulyar distraksion- kompression aparatın tətbiqi.
Dostları ilə paylaş: |