Microsoft Word Qabusname doc



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə37/103
tarix29.12.2016
ölçüsü1,84 Mb.
#3818
1   ...   33   34   35   36   37   38   39   40   ...   103
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Onuncu fəsil 
ÖZÜNÜ İDARƏ ETMƏK VƏ YEMƏK QAYDALARI 
HAQQINDA 
Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-
qanun, nizam-intizam olmaz, onlar bir şeyin vaxtı olub 
olmadığına fikir verməzlər. Ağıllı  və böyük adamlarda isə  hər 
işin öz vaxtı olar, gecəgündüzün iyirmi dörd saatını öz işləri 
arasında bölərlər.  İşlər bir-birinə qarışmasın deyə, onların 
hərəsinə müəyyən vaxt və  hədd-hüdud qoyarlar. Onların 
xidmətçiləri də bilər ki, nə vaxt nə ilə məşğul olmaq lazımdır ki, 
işlər öz qaydasında getsin. Hər şeydən əvvəl yemək haqqında. 
Bil ki, bazar adamlarının adəti gecə çox yeməkdir və onun 
böyük ziyanı vardır, həmişə mə'dələri qıcqırır. Hərbi adamların 
72 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
peşəsi elədir ki, onlar vaxta baxmazlar, harada və  nə vaxt 
tapsalar, orada da yeyərlər, bu isə heyvan adətidir, çünki harada 
ələf tapsalar, orada da yeyərlər. Böyük və  əsil-nəsəbli adamlar 
isə kecə-gündüzdə bir dəfə yeyərlər. Bu, özünü saxlamaq 
(pəhriz) qaydasıdır, lakin bu, adamı  zəiflədib qüvvətdən salar. 
Deməli, elə etmək lazımdır ki, böyük və hörmətli adam səhər 
tezdən xəlvətdə bir şey yeyib, sonra dişarı  çıxsın və günorta 
namazına qədər öz işləri ilə məşğul olsun. 
Yemək vaxtı çatdıqda kim səninlə bir yerdə çörək 
yeyəcəksə, de, onları çağırsınlar ki, gəlib səninlə birlikdə 
yesinlər. Lakin yeyərkən tələsmə, təmkinlə ye və süfrə başında,  
şəriətdə deyildiyi kimi, adamlara hədis danış, lakin başını aşağı 
sal, camaatın tikəsinə baxma. 
Hekayət. Eşitmişəm, deyirlər ki, bir dəfə Sahib Əbbad
56
 öz 
nədimləri və yaxın adamları ilə birlikdə çörək yeyirmiş. 
Oradakılardan biri kasadan bir tikə götürür, Onda tük var imiş. 
Sahib görüb deyir: "Tükü tikəndən götür". O adam tikəsini yerə 
qoyur, durub gedir. Sahib əmr edir, onu geri qaytarırlar. Sahib 
soruşur: "Filankəs, nə üçün çörəyi yeməmiş süfrədən qalxdın"? 
O addm deyir: "Tükü tikəmdə seçən bir adamın çörəyini yeməyi 
özümə layiq bilmədim". Sahib o sözdən bərk utanır. 
Lakin həmişə özünə fikir ver, bir səbrlə gözlə, sonra əmr 
et, xörək gətirsinlər, Böyük adamlarda iki adət vardır: bə'ziləri 
əvvəlcə özünün, sonra isə başqalarının kasalarının verilməsini 
əmr edər, bə'ziləri isə əksinə, əvvəlcə başqalarının, sonra isə öz 
kasasının verilməsini buyurar. Bu kəramət, o isə siyasət 
üsuludur. 
Əmr et, müxtəlif xörəklər hazırlasınlar, həm turşu olsun, 
həm şirini. Elə et ki, çox yeməyə adət etmişlər də, az yeyənlər 
də  sənin süfrəndən tox qalxsınlar.  Əgər sənin qarşında yemək 
olsa, başqasının qabağında olmasa, öz qarşında olan yeməyi ona 
göndər. Süfrə başında üzünü turşutma, qaş-qabaqlı oturma, 
xörək hazırlayıb mizi sahmana salanlarla dalaşma, demə ki, "nə 
üçün filan xörək yaxşıdır, filan yemək pis". Belə sözləri başqa 
zaman, sonra da demək olar. 
İndi ki çörək yemək şərtlərini bildin, şərab içmək üsulunu 
da bil, çünki onu da nizama salmaq üçün xüsusi qayda-qanun 
vardır. 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin