X Mövzu
Ağqoyunlu dövlətinin xarici siyasəti və beynəlxalq əlaqələri
Beynəlxalq əlaqələrinin genişliyi baxımından Ağqoyunlu dövləti Azərbaycanın siyasi tarixində mühüm
yer tutur. Oğuz tayfalarının bir qolu olan Ağqoyunluların Azərbaycana köçü miladi tarixin VI-VII əsrlərinə
aiddir. Bu tayfalar Göyçə gölündən Diyarbəkirə qədər olduqca nəhəng ərazidə məskunlaşmış, Azərbaycan
dövlətçilik ənənələrinin qorunmasında və yaşadılmasında əhəmiyyətli rol oynamışdır.
Ağqoyunlu tayfalarının siyasi birliyinin əsası Bayandur tayfasının başçısı Pəhlivan bəy (1370-1388)
tərəfindən qoyulmuş, bu ittifaq XIV əsrin 80-ci illərində olduqca əzəmətli qüvvəyə çevilmişdi. Sülalənin
görkəmli hökmdarlarından Qara Yuluq Osman bəyin, Əli bəyin, xüsusilə Uzun Həsən və Yaqub Mirzənin
dövründə Ağqoyunlular kifayət qədər möhkənləmlənmiş, Qaraqoyunlularla, teymurilərlə və osmanlı Türkiyəsi
ilə uğurla rəqabət aparmışdı.
Ağqoyunlu dövlətinin banisi Uzun Həsən hesab olunur. Onun 1453-cü ildən etibarən köçəri tayfaları,
hərbi-feodal əyanlarım mərkəzi hakimiyyətə tabe etmək üçün başladığı mübarizə uğurla nəticələndi. Belə ki,
Uzun Həsən feodalların müqavimətini qıra bildi. Lakin onların xeyrinə də bəzi güzəştlərə getməyə məcbur oldu.
Çünki bunsuz ölkədə iqtisadi dirçəliş mümkün deyildi. Bununla belə, ayrı-ayrı müəlliflərin Uzun Həsənin
müəyyən uğurlarına baxmayaraq, möhkəm mərkəzləşdirilmiş dövlət yarada bilmədi, həqiqətə uyğun deyil.
Çünki müxtəlif etnosların yaşadıqları bu geniş ərazidə onları birləşdirmək siyasəti qısa müddətə olsa da uğur
qazanmış, Ağqoyunlu dövləti beynəlxalq münasibətlər orbitinə daxil olmuşdu.
Ağqoyunlu dövlətinin başlıca rəqibi Fateh II Mehmet idi. Buna görə də Uzun Həsənin xarici siyasət
xəttində başlıca yeri Osmanlı Türkiyəsi ilə münasibətlər tuturdu. II Mehmetin Kiçik Asiyanın şərqini istila
etməsi Ağqoyunlu dövləti üçün ciddi təhlükə yaratmışdı. Türkiyə sultanı Cənubi Qafqazı, xüsusilə Azərbaycanı
tutmağı planlaşdırırdı.
Ağqoyunlular Trabzon - yunan dövləti ilə hələ XIV əsrin ortalarından dostluq əlaqəsi yaratmışdılar.
Trabzon imperatorları Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövlətinin müttəfiqi idilər. Ağqoyunlu Tur
Əlibəyin oğlu Qutluq bəy, Qara Yuluq Osman bəy və Uzun Həsən Trabzon sarayı ilə qohum idilər. Ağqoyunlu
dövlətinin yaradıcısı olan Uzun Həsən Trabzon imperatoru IV İohann Homnenin qızı Feodra ilə (Şərq mənbələri
onu Dəspinə xatun adlandırırdılar) evlənmişdi. Uzun Həsən Dəspinə xatundan doğulan qızı Aləmşah Bəyimi
bacısı oğlu Şeyx Heydərə ərə vermiş, Səfəvi hökmdarı Şah İsmayıl bu izdivacdan doğulmuşdur.
Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdılar. Məşhur türk səyyahı Evliyyə Çələbi Trabzondan
bəhs edərkən vaxtilə bu şəhəri "Azərbaycan hakimi Sultan Uzun Həsənin genuyalıların əlindən aldığını",
Ağqoyunlu hökmdarının bu şəhərdə "böyük bir daş körpü saldırdığını" yazırdı. Trabzonun Ağqoyunlular üçün
böyük iqtisadi-ticarət əhəmiyyəti var idi. Bu şəhər Ağqoyunlu tacirlərindən ötrü Qara dənizə oradan da
Avropaya əlverişli çıxış yolu idi. Ağqoyunlu tacirləri burada ipək və başqa şərq malları almağa gedən,
venesiyali və genuyalı tacirlərlə görüşürdülər. Ağqoyunlu tacirləri Trabzon vasitəsilə aparılan ticarətdən böyük
gəlir götürür, bu şəhər vasitəsilə Krımdakı ticarət faktorları ilə əlaqə saxlayırdılar. Məhz buna görə də II
Mehmet 1461-ci ildə Ağqoyunlu dövlətinə qarşı müharibəyə başlamazdan əvvəl Ağqoyunluların müttəfiqi
Trabzon-Yunan imperiyası üzərinə güclü qoşun göndərmiş, yaranmış şəraitdə Uzun Həsən Trabzon imperiyasını
müdafiə etmək məcburiyyətində qalmışdı.
Ağqoyunlularla osmanlılar arasında ilk döyüş 1461-ci il yayın əvvəllərində Qoylühisar döyüşü olmuşdu.
Ağqoyunlular Osmanlı qoşununa ciddi zərbə vursalar da, osmanlıların hərbi baxımdan üstünlüyü Uzun Həsəni
sülh bağlamağa vadar etmişdi. Yaranmış şəraitdə Uzun Həsən bütün Yaxın Şərqdə diplomat qadın kimi məşhur
olan anası Sara Xatunu sultanın düşərgəsinə göndərmək qərarına gəlmişdi. Qaynaqların məlumatına görə,
danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birilərinə "ana" və "oğul" deyə müraciət edirdilər. Uzun Həsən
Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən, qarşısına iki çətin vəzifə qoymuşdu. Əvvəla o,
Osmanlı Sultanını Ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı idi. Çünki müharibədən yeni
çıxmış Ağqoyunlu dövlətinə öz qüvvələrini səfərbər etmək üçün vaxt lazım idi.
Ağqoyunlu dövlətinə arxadan Qaraqoyunlu və Teymurilərin hücumu gözlənilirdi. Buna görə də Uzun
Həsən Türkiyə ilə sülh bağlamağa çalışırdı. Digər bundan başqa, II Mehmet qərbdə yarımçıq qoyduğu işğalçılıq
planlarını həyata keçirməyə tələsirdi. Sara xatun danışıqlar yolu ilə bu məqsədə nail oldu. Ikinci vəzifə daha
çətin idi. Belə ki, Sara Xatun Sultan Mehmeti Trabzonu fəth etmək fikrindən daşındırmalı idi. Lakin sultan
Trabzon-Yunan dövlətini Türkiyəyə qatmaq fikrindən dönmədi, onun başlıca məqsədi Avropa ilə ipək ticarətini
Türkiyənin əlində cəmləşdirmək idi. Azərbaycanlı tədqiqatçılardan ilk olaraq Ə.Şahmalıyev Osmanlı-
Ağqoyunlu rəqabətində ipək təcarətinin izlərini, erməni tacirlərinin bu prosesdə mənfur rolunu araşdırmış,
Avropa diplomatiyasının Osmanlı-Ağqoyunlu rəqabətini düşmənçiliyə çevirmək planlarının elmi izahını
vermişdi.
II Mehmet Trabzon üzərinə yürüşə ciddi hazırlaşmışdı. Lakin o, Uzun Həsənin arxadan hücumundan
ehtiyat etdiyinə görə Sara Xatun başda olmaqla, Ağqoyunlu elçilərini də özü ilə apardı. Sara Xatunun səyləri
heç bir nəticə vermədi. İki tərəfdən mühasirəyə alınan Trabzon şəhəri bir aylıq mühasirədən sonra, türklər
63
tərəfindən zəbt edildi. Bununla da, Qara dənizdə Genuya ilə rəqabət aparan mühüm ticarət mərkəzi süqut etdi.
Yaranmış şəraitdə Sara Xatun öz gəlininin - Dəspinə Xatunun Trabzon taxtına varislik hüququnu irəli sürdü və
bundan istifadə edərək Trabzon xəzinəsini sultanla bölüşüb geri qayıtdı.
Trabzon şəhərinin fəthi ilə Ağqoyunlu dövləti təkcə öz müttəfiqini deyil, həm də Avropaya iki mühüm
çıxış yolundan başlıcasını itirdı.
Yaranmış şəraitdə Osmanlı dövlətinə həm şərqdən və həm də qərbdən zərbə endirmək üçün Uzun Həsən
Avropa dövlətləri ilə əlaqələri günişləndirmək yolu tutdu. Osmanlı imperiyasının siyasəti Azərbaycanla Avropa
ölkələri arasında tranzit karvan ticarətinə mane olur, bu yerlərdən keçirilib aparılan mallardan böyük gömrük
alınırdı. Əslində bu gömrüyü bilərəkdən erməni tacirləri yüksəldirdilər. Istanbulda güclü iqtisadi mövqeləri olan
erməni tacirləri Roma papası və xristian Avropa dövlətləri agentlərinin tapşırığı ilə Türkiyəyə qarşı olduqca
məkrli və çoxşaxəli iş aparır, iki türk dövlətini bir-birinə qarşı qoymaq üçün dəridən qabıqdan çıxırdılar.
Osmanlı işğalları Avropada Macarıstan, Habsburq krallığı, Venesiya, Roma papası, Neapol, Polşa üçün ciddi
təhlükə yaradırdı. II Mehmetin gömrük siyasəti Avropa-Asiya tranzit ticarətinə mənfi təsir göstərir, Avropa
ölkələri bu iki türk dövlətinin yaxınlaşmasına mane olur, onların arasında ziddiyyət salmağa çalışırdılar. Uzun
Həsən isə bu diplomatiyaya lazımi əhəmiyyət vermir, Türkiyənin iştirakı olmadan Avropa ölkələri ilə bilavasitə
ticarət əlaqələrini möhkəmləndirməyə çalışırdı. Təsadüfi deyildi ki, Uzun Həsən osmanlılara qarşı mübarizə
aparan Qaraman bəyliyi, Kipr krallığı və Rodos feodal dövləti ilə də sıx əlaqə saxlayır, həmin ölkələri öz
başçılığı altında Sultana qarşı atatürk koalisiyasında birləşdirməyə çalışırdı.
Ağqoyunluların Qərblə-Şərq arasındakı ticarətdə vasitəçilik edən Venesiya respublikası ilə əlaqələri
daha geniş idi. 1463-cü ildən 16 ilə qədər davam edən (1463-1479) Venesiya-Türkiyə müharibəsinin başlanması
bu əlaqələrin müntəzəm şəkilə düşməsinə səbəb oldu. 1463-cü il dekabrın 2-də Venesiya respublikasının
senatında Osmanlı Türkiyəsinə qarşı Ağqoyunlu dövləti və Qaraman bəyliyi ilə ittifaqa girmək haqqında xüsusi
məsələ müzakirə edilmiş, Venetsiya dojunun məsləhəti ilə bu məqsədlə iki missiya yaradılmışdı.
Venesiya hökumətinin elçiləri 1471-ci ilin payızında Uzun Həsənin sarayına gəldilər. bunların
içərisində Katerino Zeno, İosafat Barbaro, Ambroco Kontarini və başqaları var idi. 1472-ci ildə Katerino Zeno
Uzun Həsənin düşərgəsində Polşa və Macarıstan diplomatları ilə görüşdü.
1475-ci il mayın 30-da A.Kontarini İtaliya katolik monaxı Lüdviqlə görüşdü. Aparılmış diplomatik
danışıqlar göstərdi ki, Ağqoyunlu dövləti osmanlılara qarşı mübarizədə Avropa ölkələrinin etibarlı müttəfiqi ola
bilər.
Uzun Həsən atatürk koalisiyasının yaratmaq üçün öz elçiləri İsaq, Xoca Mirak, Hacı Məhəmməd, Həsən
Əzən və Murad bəyi Avropa ölkələrinə, xüsusən Venesiyaya, Roma, Almaniya, Polşaya göndərir və danışıqlar
aparırdı. Venesiya diplomatlarının sıfır qeydlərində onlarla birlikdə Moskva, Neapol, Roma, Burqundiya,
Macar, Çex və Polşa elçilərinin də Uzun Həsənin sarayında olduqları göstərilirdi.
Təbrizdə Venesiya hökuməti ilə aparılan danışıqlar nəticəsində 1472-ci ilin yazında Türkiyə əleyhinə iki
dövlət arasında hərbi ittifaq bağlandı. Müttəfiqlərin müvafiq planına görə 1472-ci ilin yazında Uzun Həsən
Osmanlı Türkiyəsi üzərinə hücuma keçməli idi. Istedadlı Ağqoyunlu sərkərdəsi Mirzə Yusif xanın başçılığı
altında 12 minlik qoşun Ərzincandan Qaraman istiqamətində irəliləyərək bir sıra parlaq qələbələrdən sonra
Aralıq dənizi sahillərinə çıxdı. Lakin burada Uzun Həsənin ordusu üçün silah və artilleriya mütəxəssisi gətirməli
olanlar Venesiya gəmiləri ilə rastlaşmışdı.
Venesiya respublikası Uzun Həsənin qələbəsindən və Türkiyənin ağır vəziyyətindən istifadə edərək
əvvəlcədən razılaşdırılmış hərbi planın əksinə olaraq, gizli surətdə İstanbuldakı səfirlərinin vasitəsilə, dinc yolla
Türkiyədən ticarət üstünlüyünü qoparmaq ümidi ilə rəqib tərəflə diplomatik danışıqlar apardı və beləliklə də
müharibənin bütün ağırlığını Ağqoyunlu dövlətinin üzərinə düşdü. Bununla da II Mehmet öz rəqiblərini bir-
birindən ayırdı.
Hərbi kəşfiyyatın köməyi ilə Ağqoyunlu qüvvələrinin çox hissəsinin hələ Toqqatdan geri qayıtmadığını
və hərbi əməliyyata Uzun Həsənin başçılıq etmədiyini öyrənən. Osmanlı Sultanı şahzadə Mustafanın başçılığı
altında Ağqoyunlulara qarşı 80 min nəfərlik qoşun göndərdi. Nəticədə Ağqoyunlu süvariləri Beyşehir
yaxınlığında türklər tərəfindən məğlub edildilər, Qaraman osmanlılar tərəfindən fəth edildi.
Qışın düşməsi ilə bağlı hər iki tərəf hərbi əməliyyatları dayandırdı. Sultan II Mehmet öz elçisi ilə Uzun
Həsənə məktub göndərərək, 1473-cü ilin baharında Ağqoyunlulara qarşı hücuma keçəcəyini bildirdi. Sultan
əmin idi ki, Qaramanın tutulması ilə Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə əlaqəsi kəsilmişdir. Venetsiya ilə
əldə olunmuş gizli razılaşmaya əsasən Türkiyə qərbdən hücum almayacağına təminat almışdı.belə ki, Venetsiya
doju Venetsiya ilə Ağqoyunlular arasında Türkiyəyə qarşı imzalanmış müqavilənin mətnini türk diplomatlarına
göstərməklə Uzun Həsənə xayanət etmişdi. Odur ki, Sultan Osmanlı dövlətinin bütün hərbi qüvvələrini
Ağqoyunlulara qarşı çevirmək qərarına gəlmişdi.
Osmanlı Sultanı 1473-cü ilin baharında güclü artilleriyanın müşayiət etdiyi ordu ilə Ərzincana tərəf
hərəkət etdi. II Mehmet Uzun Həsənin Venesiyadan göndərilmiş odlu silahları almaq üçün Qaraman
istiqamətində hücuma keçəcəyini bildirdi. (Əslində Venetsiya Uzun Həsəni növbəti dəfə aldatmışdı). Iki
qorxulu düşməni Aralıq dənizi sahilində birləşməyə qoymamaq üçün Sultan Uzun Həsəni Anadolunun elə
64
şərqindəcə əzmək istəyirdi. Ərzincanda Uzun Həsən sultana qarşı tədbirlər görmüşdü. Ağqoyunlu hökmdarı
düş-mən qüvvələrini əlverişsiz təbii şəraiti olan yerdə haqlamaq üçün irəli buraxdı. Osmanlılar Fəratın sağ sahili
ilə Malatiyaya qədər irəlilədilər. Burada, çayın sol sahilində Ağqoyunlu qüvvələrinin mövqe tutduğu aydın
oldu.
Beləliklə, o dövrün bir-birilə rəqabət aparan iki məşhur türk sərkərdəsi Uzun Həsən və sultan II Mehmet
öz qoşunları ilə Fərat sahillərin-də qarşı-qarşıya dayandılar. Uzun Həsən keçmiş döyüş təcrübələrindən istifadə
edərək, oğlu Uğurlu Məhəmmədin başçılıq etdiyi əsas qüvvələr Fəratın sahilində pusquda qoydu, başqa bir atlı
dəstə isə hücum edə-edə Fəratı keçməli idi. Düşmən bu dəstəyə hücum etdikdə onlar geri çəkilməli, düşmən
qüvvələrini Fəratın sol sahilinə çəkməli və Uğurlu Məhəmmədin qoşunları onları mühasirəyə almalı idilər.
Uzun Həsənin bu hiyləsi baş tutdu. 1473-cü il avqustun 1-də Uzun Həsənin seçdiyi düzgün döyüş taktikası
nəticəsində Ağqoyunlu süvariləri Türkiyə qoşununun zərbə qüvvəsini aldadıb Fəratın sol sahilinə keçirdilər və
Malatiya döyüşü adlanan bu vuruşmada Türkiyə qoşunlarının zərbə qüvvəsi məhv edildi.
Bu məğlubiyyət osmanlı qoşununda intizamın pozulmasına və böyük ruh düşkünlüyünə səbəb oldu.
Qələbə ümidini itirən Osmanlı sultanı döyüşdən sonra öz zabitlərindən birini sülh bağlamaq üçün Ağqoyunlu
hökmdarının yanına göndərdi. Lakin Uzun Həsən II Mehmetin sülh təklifini rədd etdi.
Malatiya vuruşmasından on gün sonra, yəni 1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri
Ərzincanla, Ərzurum arasındakı Üçağızlı dərəsi adlanan yerdə II Mehmetin qoşunlarını qabaqladılar. Döyüşün
planına görə həm qarşıdan, həm də cinahlardan hücum edən Ağqoyunlu atlıları Türkiyə qoşununu qəflətən
yaxalamalı, onu dərədən düzə çıxmağa qoymamalı idi. II Mehmetin qoşunu geri çəkildikdə isə onu Uzun
Həsənin özünün başçılıq etdiyi süvarilər qarşılamalı idi.
Uzun Həsənin məqsədini başa düşən II Mehmet bütün diqqəti ön cəbhəyə verdi və Otluqbel döyüşü
osmanlıların qələbəsi ilə qurtardı.
Otluqbeli məğlubiyyəti ilə Ağqoyunlu dövlətinə ağır zərbə vuruldu. Ağqoyunlu dövləti Uzun Həsənin
öz rəqibləri üzə-rində bir-birinin ardınca əldə etdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ərazicə genişlənmiş
və müvəqqəti güclənmiş-di. Bu dövlətin mövcudluğu onun apardığı qəsbkarlıq müharibələrinin nəticəsi ilə sıx
bağlı idi. Xarici dövlətlərlə toqquşmalardakı kiçik bir uğursuzluq belə ölkə daxilindəki narazı qrupların mərkəzi
hakimiyyətə qarşı fəallaşmasına səbəb oldu və Ağqoyunlu dövlətinin süqutunu sürətləndirirdi. İri feodalların,
xüsusilə hərbi köçəri əyanların mərkəzi hakimiyyətə qarşı mübarizəsi canlandı.
II Mehmet Otluqbeli döyüşündən sonra Avropa dövlətləri ilə əlaqələrini genişləndirməyə xüsusui fikir
verən Ağqoyunlu dövlətinə qarşı növbəti müharibəyə hazırlaşırdı. O, Xorasan hakimi Hüseyn Baykaraya
məktub yazaraq Ağqoyunlu dövlətini aradan qaldırmaq üçün iki tərəfdən hücuma keçməyi təklif etmiş, lakin
cavab almamışdı. Buna görə də sultan atasına qarşı qiyam qaldırmış və məğlub olmuş Ağqoyunlu hökmdarının
oğlu Uğurlu Məhəmmədi İstanbulda böyük təntənə ilə qarşıladı, qızı Gövhərxan sultanı Uğurlu Məhəmmədə
ərə verdi. Bu izdivacdan Uğurlu Məhəmmədin Gödək Əhməd adlı bir oğlu oldu. II Mehmet Uğurlu
Məhəmmədi bir qədər hərbi qüvvə ilə Sivasa Azərbaycan-Türkiyə sərhədinə hakim təyin etdi. II Mehmet bu
izdivacla Ağqoyunlu hökmdarının ölümün-dən sonra sülalə qohumluğu vasitəsilə Azərbaycan taxtına sahib
olmaq niyyətində idi.
Ağqoyunlu hökmdarının apardığı aramsız müharibələr dövlətin iqtisadi özülünü sarsıtmış, daxili
ziddiyyətləri son həddə çatdırmışdı. Xalq kütlələri dövlətin xarici siyasətindən narazı idilər. Çünki müxtəlif
ölkələrlə aparılan bu müharibələrin əsas ağırlığı ilk növbədə onların çiyinlərinə düşürdü. Ağır vergi və
mükəlləfiyyətlərdən, habelə feodal özbaşınalıqlarından əziyyət çəkən kəndlilərdən tutmuş sənətkarlara, xırda
tacirlərə və şəhər əhalisinə qədər hamı narazılıq edirdi.
Buna baxmayaraq, Osmanlı imperiyasının Avropadakı düşmənləri Ağqoyunlu dövlətinin Türkiyəyə
qarşı müharibəyə qızışdırmağa və onu Uzun Həsənin əli ilə boğmağa çalışırdı. Ağqoyunlular Misir sultanlığı ilə
münasibətləri səhmana sala bilmədilər ki, bu da onların qüvvəsinin iki hissəyə parçalanmasına səbəb oldu.
Təsadüfi deyildi ki, Misir sultanı Uzun Həsənin Türkiyə əleyhinə ittifaq bağlamaq təklifini qəbul etmədi və
Ağqoyunlu hökmdarına qarşı onun oğlu Uğurlu Məhəmmədə hərbi qüvvə ilə yardım göstərdi. Türkiyənin
əleyhinə olmalarına baxmayaraq, Gürcü knyazları da Türkiyəyə qarşı Ağqoyunlu hökmdarı ilə əlbir hərəkət
etməkdən boyun qaçırdılar. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş etdi, Tiflis və Qori, eləcə də
ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal olundu. Uzun Həsənin gürcü hakimi VI Baqratla
bağladığı sülhə görə (1477), Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına
düşdü. Ağqoyunlu hökmdarı gürcü knyazlarından 16 nün dukat bac alaraq sərkərdə Xəlil bəy Bəktaşini Tiflisə
canişin təyin etdi və Təbrizə qayıtdı.
Uzun Həsən Gürcüstan səfəri zamanı hərbi qüvvələrin mühüm bir qismini Misir sultanlığına qarşı
göndərmişdi. Ağqoyunlular 1477-ci ildə Amid və Urfa (döyüşlərində) yaxınlığında məmlüklər üzərində parlaq
qələbə çaldılar, Urfa Ağqoyunluların əlinə keçdi.
Uzun Həsənin ölümündən sonra, Yaqub Mirzənin dövründə (1478—1490) Ağqoyunlu ordusu
Süleyman bəy Bican oğlunun başçılığı altında 1480-ci ildə osmanlıları məğlub etdi. Türkiyə sultanı II Bəyazid
(1482-1512) sülh təklif etməyə məcbur oldu. Beləliklə, Misir və Osmanlı sultanları nəinki Cənubi Qafqazı heç
65
Azərbaycanı işğal edə bilmədilər.
Yaqub Mirzə Uzun Həsənin siyasətini davam etdirərək Şirvanla dostluq əlaqələrini saxlayırdı.
Şirvanşah Fərrux Yasarın qızı ilə evlənərək bu əlaqələri daha da möhkəmləndirdi. Lakin atasının Səfəvilərin
Ərdəbil hakimiyyətinə olan müsbət meylini qoruyub saxlamadı. Çünki getdikcə qüvvətlənən bu hakimliyi o özü
üçün təhlükə hesab edirdi. Ona görə də Ərdəbil hakimliyi ilə də Ağqoyunlular arasında ziddiyyət başlamış və
bu çox tezliklə hərbi-siyasi qarşıdurmanı şərtləndirmişdi.
Ağqoyunlu dövlətinin qüdrəti və nüfuzu nəinki Avropa dövlətlərini, habelə Şərqdə Teymurilərin və
Misir Sultanlarının, Şimalda Rusiyanın diqqətini cəlb edirdi. Rus çarı III İvan Qızıl Ordaya qarşı mübarizə
aparmaq üçün Ağqoyunlularla ittifaq bağlamağa çalışırdı. Mənbələrdə III İvanın Ağqoyunlu dövlətinə
göndərdiyi 200 nəfərlik elçilik, Uzun Həsənin Polşa kralına göndərdiyi üç məktub haqqında maraqlı
məlumatları qoruyub saxlamaqdadır. Bütün bunlar qısa, lakin keşməkeşli tarix yaşamış Ağqoyunlu dövlətinin
beynəlxalq əlaqələrinin konturlarını müəyyənləşdirməyə imkan verir.
Dostları ilə paylaş: |