102
Lakin, onu da qeyd etmək lazımdar ki, Cavad xanlığı XVIII əsrdə baş vermiş hadisələrlə ayaqlaşa
bilmirdi. Belə ki, Cavad xanlığı nə döyüşkən şahsevən koçəriləri ilə, nə də Qaradaq, Ərdəbil köçərilərinə qarşı
mübarizə apara bilmirdi. Tez-tez onların hücumlarına məruz qalan Cazad xanlığının möhkəm bir müttəfiqə
ehtiyacı var idi. O, belə bir müttəfiqi Fətəli xanın şəxsində görürdü. Beləliklə, yuxarıda göstərildiyi kimi, 1768-
ci ildən Cavad xanlığı Quba xanlığının vassalığanı qəbul etməli olmuşdur.
Muğanın Cavadla birlikdə Quba xanlığına birləşdiriməsini Fətəli xanın II Yekaterinaya göndərdiyi
məktubundan da aydın görmək olar.
Quba xanlığına birləşdiriləndən sonra Cazad xanlığı Fətəli xanın hərbi yürüşlərlərində fəal iştirak edir.
O, hətta 1769-cu ildə Şamaxıda Fətəli xana qarşı hazırlanmış bir sui-qəsdin qəsdin ləğv edilməsinə xüsusi
xidmət göstərmişdir..
Cavad xanı Quba xanın ən inanılmış adamlarından biri idi O, hətta Quba xanlığının gizli məclislərində
də iştirak etmək hüququnu qazanmışdı.
Şamaxı, Cavad xanlıqlarının va Muğanın Quba xanlığına birləşdirilməsini Fətəli xanın gələcək
planlarının həyata keçirilməsi işində böyük əhəmiyyəti olmuşdur,
Şamaxı və Cavad Azərbaycanın şimal və cənub xanlıqları üzərinə gələcəkdə olacaq yürüşlər zamanı əsas dayaq
nöqtəsi təşkil etməli idi.
Şamaxı xanlığı Quba xanlığına uzun sürən müharibələrin nəticəsində silah gücünə tabe edildiyi halda,
Cavad xanlığının birləşməsi isə tamamilə başqa xarakterdə olmuşdur. Yəni o, könüllü birləşmişdi.
Göründüyü kimi, XVIII əsrin ikinci yarısında Quba xanlığı Dərbənddan Cavada qadər Azərbaycanın
şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirilşdi. Qubalı Fətəli xan öz torpaqlarını genişləndirmək
uğrunda mübarizədə əsas eitibari ilə xırda və orta feodallara arxalanırdı.
Fətəli xanın siyasəti həm də fеodal ara müharibələrinə nifrət edən oturaq əkinçi əhali tərəfindən
müəyyən dərəcədə müdafiə olunurdu.
Tacirlər də Fətəli xanın belə xarici siyasətinə tərəfdar idilər. Çünki, onlar başa düşürdülər ki, ölkənin
qüvvətli bir hökmdar hakimiyyəti altında birləşməsi həm daxili, həm də xarici ticarətin inkişafı ücün geniş
imkan yaradar.
Bələliklə, XVII əsrin ikinci yarısında şimali-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi işində
Qubalı Fətəli xanın xüsusilə böyük xidmətləri olmuşdur.
XVIII əsrin ikinci yarısında feodal müharibələrinin qızğın bir dövründə və xarici vəziyyətin belə bir
gərgin vaxtında heç kəs Fətəli xan kimi bu cür qalibiyyət əldə edə bilməzdi. Fətəli xan bu müvəffəqiyyətilərə
ancaq öz bacarığı, zəkası və cəsarəti sayəsində nail ola bilmişdi. Ona görə də xalqımız onu sevir və adını
tarixlərlə iftixarla qeyd edir.
Doğrudur, Fətəli xan Azərbaycanı tam mənası ilə birləşdirə bilmədi, ancaq o, bu işdə ilk dəfə böyük bir
təşəbbüs göstərdiyindən onun fəaliyyəti mütərəqqi hesab olunur.
Bəzi tarixçilər onu bir zülmkar kimi qələmə verməyə çalışırlar. Fətəli xan həqiqətən də öz düşmənlərinə
qarşı qədar idi. Əgər onda bu sifətlər olmasaydı, onun xanlığı bu qədər geniş sahəyə malik ola bilməz və ya 20 -
yə qədər böyük, xırda feodalları itaətdə saxlamay bilməzdi.
O, belə hərəkət etməsəydi, xain və hiyləgər düşmənlər onu tezliklə aradan qaldıra bilərdilər. Fətəli xan
ehtiyatla dolandığından düşmənlərin düzəltdiyi sui-qəsd də baş tutmurdu.
Fətəli xan bəzi feodal hakimlərdən fərqli olaraq dini məsələlərə fikir vermirdi. O, yəhudi, sünni və şiə
məzhəblərinə mənsub olanların hamısı bir gözdə görür və akademik Qmelinin yazdığı kimi «sünniləri də şilərəi
sevdiyi qədər sevir. Hər ikisinə də meyl edir… Fətəli xanın rəftarına görə yaxın tanışlar onun bu məzhəblərə aid
olan qanunları qəbul etmədiyini təsdiq edirlər».
Fətəli xan Azərbaycan tarixində unudulmaz bir simadır. Azərbaycanın birləşdirməyə və müstəqil bir
dövlət yaratmağa təşəbbüs edən Şirvanşah İbrahim və Şah İsmayıl Səfəvi kimi məşhur dövlət xadimlərinin
sırasında qubalı Fətəli xanın da adı hörmətlə göstərilir.
Beləliklə, Fətəli xan Azərbaycanın Dərbənd, Bakı, Salyan, Şəki, Şirvan kimi mahallarını Quba ətrafında
birləşdirərək möhkəm və vahid bir Azərbacyan dövləti yarada bildi. Bundan başqa vaxtilə Dərbəndə tabe olan
Müşkür, Şabran, Beşbarmaq və Qazıqumux və Tabasaran hökmdarları, Talış və Gilan xanları, Avar, Şamaxı
feodalları Fətəli xana tabe oldular.
Cənubi Azərbaycanın Təbriz, Qaraba, və Ərdəbil kimi qüvvətli xanlıqları, Fətəli xanla hesablaşmalı
oldular. Beləliklə, Fətəli xan otuz illik mübarizə nəticəsində şimal-şərqi Azərbaycan torpaqlarını vahid bir
dövlət ətrafında birləşdirməyə müvəffəq oldu.
Dostları ilə paylaş: