Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Bir cizgili dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə, 5-ci vərəqin bir üzü və 6-cı vərəqin hər iki üzü qara karandaşla yazılmışdır. Vərəqlər qara karandaşla nömrələnmişdir. Əsər 2-ci vərəqdən başlanır. Əsərin adı heç bir yerdə qeyd olunmamışdır. Əlyazmanın ilk 1-22 və 29-cu vərəqlərinin hər iki üzü, 30-cu vərəqinin isə bir üzü bənövşəyi mürəkkəblə bu (/), (X) şəkildə pozulmuşdur. 7-ci ( hər iki üzü) və 13-cü (bir üzü) vərəqlər boş saxlanılmış, lakin o da bu (/) şəkildə pozulmuşdur. Dəftərin sonundakı vərəqlər kəsilmişdir. Əsər üzərində bənövşəyi mürəkkəb və qırmızı karandaşla təshih işi aparılmışdır. Natamamdır.
Əlyazmanın 1-ci vərəqində isə «Oyunbazlar»12 əsəri verilmişdir. Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Cizgili dəftər vərəqinin hər iki üzünə bənövşəyi mürəkkəblə yazılmış və sonradan bu (/) şəkildə pozulmuşdur. Üzərində təshih işi aparılmışdır.
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər qalın cildli, cizgili dəftər vərəqlərinin hər iki üzünə bənövşəyi mürəkkəblə, 29-31-ci vərəqlər isə qara karandaşla yazılmışdır. Vərəqlər qara karandaşla nömrələnmişdir. Əlyazmanın əvvəlindən 2, sonundan 8 vərəq, mətn boyu isə bəzi səhifələr boş saxlanılmışdır. 20-22 vərəqlərdə Azərbaycan dilində latın əlifbası ilə sözlər vardır. Natamamdır.
III
Azərbaycan dilində ərəb əlifbası ilə avtoqraf. Yazılış tarixi və harada yazıldığı qeyd edilməmişdir. Əsər pərakəndə saya vərəqlərin bir üzünə bənövşəyi mürəkkəblə yazılmışdır. Vərəqlər nömrələnmişdir. Səliqəsizdir. Vərəqlər bir-birini tamamlamadığı üçün məzmun ardıcıllığı pozulmuşdur. 2-ci və 8-ci vərəqlər yarımçıqdır. Əsər üzərində bənövşəyi mürəkkəblə təshih işi aparılmışdır. Natamamdır. Əsərin əvvəli yoxdur.