Ali təhsil ocaqları iş dünyasının ehtiyacını qarşılaya bilmirlər


POLŞA  UNİVERSİTETLƏRİ  İLƏ  ƏLAQƏLƏR  GENİŞLƏNİR



Yüklə 12,1 Mb.
Pdf görüntüsü
səhifə33/70
tarix02.01.2022
ölçüsü12,1 Mb.
#2500
1   ...   29   30   31   32   33   34   35   36   ...   70
POLŞA  UNİVERSİTETLƏRİ  İLƏ  ƏLAQƏLƏR  GENİŞLƏNİR


23

331 İyul  2014

NDU XƏBƏRLƏRİ

  İyunun  əvvəlində  Türkiyə  Cümhuriyyətinin 

paytaxtı  Ankara  şəhərində  Qafqaz  Universitetlər 

Birliyinin .   "Qafqazın gələcəyində enerjinin rolu: 

region  ölkələrinin  həmrəyliyi"  mövzusunda  IV 

konqresi keçirilmişdir. Qafqaz Universitetlər Birli-

yinin sədri, Ərdahan Universitetinin rektoru, pro-

fessor Ramazan Qorxmazın sədrliyi ilə  keçirilmiş 

konqresdə Türkiyə və Azərbaycanın dövlət və hö-

kumət nümayəndələri ilə yanaşı Türkiyə universi-

tetlərinin,  İran  İslam  Respublikasının  Təbriz 

Universitetinin, Gürcüstanın Axalsx Universiteti-

nin və NDU-nun rektorlarları da iştirak etmişlər. 

NDU-nun  rektoru,  professor  Saleh  Məhərrə-

mov konqresdə çıxış edərək, iki qardaş ölkə arasın-

da sarsılmaz dostluq əlaqələrinin inkişafında elm, 

təhsil  sahəsində  əməkdaşlığın  əhəmiyyətindən, 

NDU-nun Türkiyənin əksər universitetləri ilə çox-

illik  səmərəli  tərəfdaşlığından  danışmışdır.  Qeyd 

edilmişdir ki, Naxçıvan Dövlət Universiteti 2013-

cü ilin may ayından etibarən Türkiyə Respublikasındakı universitetlərlə digər ölkələrdəki universitetlər arasında 

tələbə və müəllim mübadiləsini nəzərdə tutan Mövlanə Mübadilə Proqramında da uğurla təmsil olunur. 

67 universitet rektorunun iştirak etdiyi  konqresdə bölgənin və region universitetlərinin ictimai elmlər, tibb 

elmləri və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunmuşdur. 

Konqresdə  13  universitet  Qafqaz  Universitetlər  Birliyinin  tərkibinə  daxil  edilmişdir.  Naxçıvan  Dövlət 

Universiteti  ilə  Türkiyə  Cümhuriyyətinin  Kastomonu  Universiteti,  Cümhuriyyət  Universiteti,  Yakın  Doğu 

Universiteti,  Çankaya  Universiteti,  Ərzurum  Texniki  Universiteti  və  digər  universitetləri  arasında  Mövlanə 

Mübadilə Proqramı ilə bağlı  protokol imzalanmışdır. 

S. Məhərrəmov Qafqaz Universitetlər Birliyinin “Ədəbiyyat 2014” mükafatlandırma mərasimində də iştirak 

etmişdir.  

Qafqaz  Universitetlər  Birliyinin  növbəti  konqresinin  İran  İslam  Respublikasının  Təbriz  Universitetində 

keçirilməsi nəzərdə tutulur.   




Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin