Allerqologiya 1 Allerqoloji kabinetdə mütləq nə olmalıdır?


) Aşağıdakı xəstəliklərdən hansında restriktiv növlü tənəffüs pozulması gözlənilir?



Yüklə 1,64 Mb.
səhifə251/338
tarix28.12.2021
ölçüsü1,64 Mb.
#14636
1   ...   247   248   249   250   251   252   253   254   ...   338
842) Aşağıdakı xəstəliklərdən hansında restriktiv növlü tənəffüs pozulması gözlənilir?
A) Bronxiolit

B) Mukovissidoz

C) Bronxial astma

D) Miasteniya qravis

E) Bronxoektaziya
Ədəbiyyat: Denklik test sınaqları N5. 2 mərhələ, 2010
843) 24-yaşlı xəstə sefaklor (sefalosporin qrupundan antibiotik) qəbul edir. 1 həftədən sonra xəstədə temperaturun yüksəlməsi, məxmərək və qızılcayabənzər səpgilər, hər iki diz oynaqlarında artralgiya, limfa düyünlərinin böyüməsi (generalizə olunmuş) qeyd olunur. Xəstədə ən ehtimal edilən diaqnoz nədir?
A) İnfeksion mononukleoz

B) Revmatizm

C) Zərdab xəstəliyi

D) Hemorragik vaskulit

E) Limfoqranulematoz
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
844) 38 yaşlı müntəzəm şəkildə atenolol qəbul edən qadını arı sancıb. 5 dəqiqə ərzində anafilaksiya əlamətləri inkişaf edib. Klinikaya daxil olarkən xəstədə arterial hipotoniya, generalizə edilmiş övrə və stridor qeyd olunur. Xəstəyə adrenalin təyin edilib, amma arterial hipotoniya qalır. Xəstəyə ən uyğun preparat hansıdır?
A) β2-adrenergik aqonist aerozol formasında

B) adrenalin aerozol formasında

C) venadaxili qlukaqon

D) venadaxili aminofillinin yeridilməsi

E) venadaxili ürək qlikozidləri
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004 Terapiya (ingilis dilindən tərcümə edilmiş) A.Q. Çuçalinin redaktəsi ilə. Moskva, 1996 s.805-67.
845) 56-yaşlı kişi allergik rinitə görə həkimə gəlib. Anamnezində yanaşı xəstəliklərdən prostat vəzinin xoşxassəli hiperplaziyası var. Ambarda çalışır, yük maşınlarına yükün daşınmasının operatorudur. Bu xəstənin müalicəsinə uyğun hansı preparatdır?
A) Xlorfeniramin

B) Klemastin

C) Feksofenadin

D) Difenhidramin

E) Hidroksizin
Ədəbiyyat: CASE FILES: Family medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 6.3
846) Anamnezində bronxial astma olan xəstə. Əvvəl aparılan ağciyərlərin funksional testləri mülayim dərəcəli obstruksiya aşkar edib. Xəstə inhalasion kortikosteroid və ehtiyac olanda qısa təsirli β2-aqonist qəbul edir; buna baxmayaraq, həftədə 3-4 dəfə gecələr öskürəkdən oyanır. Xəstə üçün ən yaxşı növbəti addım hansıdır?
A) Leykotriyeninhibitorlar

B) Uzun müddət təsir edən β2-aqonistlər

C) Antirefluks müalicə

D) Oral steroidlər

E) Teofillin
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.1
847) Piylənməsi olan 50-yaşlı bronxial astma xəstəsini ara-sıra dispepsiya və gecə öskürəyi narahat edir. Səhərlər ağzında turş hissi ilə oyanır. Müntəzəm qaydada inhalasion kortikosteroid və qısa təsirli β2-aqonist qəbul edir.Sizin ən düzgün nöbəti addımınız hansıdır?
A) Oral kortikosteroidlərin qısa kursu

B) Omeprazolun başlanması

C) Allergik desensitizasiyanın başlanması

D) Döş qəfəsi rentgenoqrafiyası

E) 24 saatlıq ezofageal PH monitoringi
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 35.4
848) 25-yaşlı oğlan streptokokk mənşəlli faringitə görə əzələ daxilinə penisillin alır. Oğlan temperaturun aşağı olması və boğaz ağrısına görə poliklinikaya müraciət edir. Sağlam görünür və başqa dərman qəbul etmir. 20 dəqiqə ərzində, üzün şişkinliyi və tənəffüs məhdudluğundan şikayət etməyə başladı. Xəstə boğulur və qorxan kimi görünür. Ürəyin vurğu sayı 130/dəq., AT 90/47mm c.s., tənəffüs səthidir, sayı 28/dəq. Üzü və dodaqları şişkin, gözlərini şişkinlikdən gücnən aça bilir. Auskultasiyada diffuz fitverici xırıltılar, çoxsaylı urtikar (övrə) qalxan zədələnmələr görünür. Təcili yardım çağırılır. İlk növbədə xəstəyə nə yeridilməlidir?
A) Adrenalin vena daxilinə

B) Suprastin vena daxilinə

C) Adrenalin əzələ daxilinə

D) Ürək qlikozidləri vena daxilinə

E) Prednizolon vena daxilinə
Ədəbiyyat: CASE FILES: Internal medicine third edition. Eugene C. Toy, John T.Patlan. Copyright © 2009. Case 48


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin