Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
163
lara qarşı zorakılığın qarşısının alınması və ləğv olunması
üçün tədbirlərin hazırlanması, qadınların və o cümlədən
qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunma-
sı (5: 59-60).
Azərbaycanın görkəmli filosofu R.Əzimova hərbi konf-
liktləri beynəlxalq qadağan mexanizmi ilə aradan götürülə
bilən zorakılıq forması kimi səciyyələndirərək aşağıdakıları
tövsiyə edir:
1) qadınların öz siyasi liderləri qarşısında əsasında
qonşulardan torpaq iddiası duran hərbi münaqişələrin ləğv
olunması tələbi qoymağa mənəvi haqqları var;
2) qonşu əraziləri işğal etmək məqsədi ilə başlanan
hərbi münaqişələr beynəlxalq birlik tərəfindən operativ da-
yandırılmalıdır;
3) biz tələb edirik ki, beynəlxalq birlik tərəfindən
təcavüzkarlığa başlamış ölkələrə siyasi və iqtisadi sanksi-
ya sistemi işlənib hazırlansın və bu sistem səmərəli işlək
mexanizmə çevrilsin;
4) XXI əsrdə təcavüzlə bağlı heç bir ən yüksək siyasi
motivə belə haqq qazandırılmasın, çünki bu, Yerin Həyatı
Enerjisinin məhvinə yönəlib (62: 26-27).
Betti A.Reardon müharibələr zamanı qadınların, hətta
kişilərin də ən iyrənc zorakılığa məruz qaldığını qeyd edir:
zorlama müharibənin müntəzəm strategiyasına, düşmənin
mənəvi alçaldılması və qarşı tərəf kimi çıxış edən kişilə-
rin rüsvay edilməsi vasitəsinə çevrilmişdir... Qadınlar bir
əmtəə vasitəsi, kişilərin malı, yaxud da zorlamanın üstün-
lük təşkil edən qüvvələrə bir mükafat kimi verildiyi müha-
ribə qəniməti hesab edilir. Zorlama hadisəsi çox zaman zo-
rakılığa məruz qalmış qadından daha çox müəyyən icmaya
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
164
və kişi qohumlara qarşı törədilmiş bir cinayət kimi nəzərdə
tutulur (40).
İşgəncə altında olan qadınlar çox zaman təbiət etibarilə
seksual səciyyə daşıyan dəhşətli ağrı və xəsarətə, kişilər də
həmçinin seksual zorakılığa məruz qalırlar. Həmin proses-
də onların psixoloji, bu da olmasa fiziki cəhətdən kişilikləri
əllərindən alınır, yaxud da onlar qadın simasına salınırlar,
yəni seksual baxımdan kölə vəziyyətində olan qadın rolu-
nun ifaçıları vəziyyətinə salınırlar. Bu kimi ləyaqəti alçaldan
gerçəkliklərin göstərilməsi vacibdir, çünki onlar müharibə
zamanı zorlama təqsirinin və seksual əsarətin olması faktını
nəzərə almağa kömək edir. Qadına nifrət ruhunda köklən-
miş cinayətkarlıq bu kimi vəhşiliklərə əsas insani ləyaqət və
şərəfin pozulması halları kimi yox, qadınlara müharibələrin
aparılması üçün zəruri hesab edilən vasitələr kimi istifadə
olunmaq və hərbi məqsədlərlə güclə götürülmək üçün sek-
sual xidmətlərin sosial baxımdan asılı təminatçıları şəklində
başlıca tətbiq mənbələri kimi baxırlar.
Zorakılığın ən yayılmış forması ailə-məişət zorakılığı-
dır. Məişət zorakılığı gözə çarpmayan, çox vaxt gizlədilən,
hətta onun qurbanı olan olan şəxsiyyət tərəfindən törə-
dilən ailədaxili iyrənc əməllərdəndir. Qadınlara münasi-
bətdə, məişətdə zorakılıq faktlarını aşkara çıxarmaq üçün
respublikada 19-60 yaşlı qadınlar arasında xüsusi tədqiqat
aparılmışdır. Sorğu 850 nəfər insan arasında aparılmışdır.
Respondentlərin 37 %-i zorakılıq faktlarını qeyd etmişlər.
“Zorakılığa tez-tezmi məruz qalırsan?” sualına, 8.3 % “tez-
tez”, 37 %-i “bəzən” cavablarını vermiş, 18.7 %-i cavab
verməyə çətinlik çəkmiş, 36 % isə sualı cavabsız qoymuş-
dur. Çox güman ki, suala cavab verməyənlər qorxduqlarına
görə zorakılıq faktlarını gizlətmişlər.
|