Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
74
Demokratik prinsiplərə əməl olunması etik-gender
müs təvisində də öz dolğun əksini tapır. Sosioloq B.A.Reor-
donun yazdığı kimi, “kişi və qadının maraqlarına bərabər
şəkildə xüdmət etməyən strategiyalar sözün əsl mənasında
demokratik deyildir. Vətəndaşlar, habelə strategiyaları iş-
ləyib hazırlayanlar gender təhlilinə dair irəli sürülən bütün
strateji təklifləri necə təqdim etməyi və gender ədalətini hər
hansı bir strategiyasının ədalətliliyinin qiymətləndirilməsi
üçün əsas meyarlardan biri kimi daxil etməyi öyrənməlidir-
lər” (40: 52).
“Kişi və qadın strategiyalarının” mahiyyəti isə XX-
XXI əsrlərdə artıq yeni keyfiyyətlər əldə etməkdədir. İstər-
istəməz son yüzilliyin qarşısıalınmaz prosesləri, xüsusən
qloballaşma həyatın bütün sahələrinə nüfuz etməkdə, bir
çox əxlaqi “sədləri vurub dağıtmaqda”, öz şərtlərini diktə
etməkdədir.
Qloballaşma özünün bütün ziddiyyət və ağrıları ilə in-
sanların həyatına daxil olmaqdadır. Dünyada gedən müasir
inteqrasiyalar bir tərəfdən insanların həyat şəraitini yüksəl-
dirsə, digər tərəfdən problemlərin sayını artırır.
Lokal və irimiqyaslı müharibələrdə, münaqişə ocaq-
larında ən çox təhlükəyə məruz qalan, əzilən, məhv olan
əsasən qadın və uşaqlardır. İndi XXI əsrin ilk illərində orta
əsrlərdə olduğu kimi güclü dövlətlərin zəif və kiçik döv-
lətlərin üzərinə hücum etməsi adi, gündəlik məsələlərdən
birinə çevrilmişdir. Zorun hökmranlığı yenə də gündəmdə
qalmaqdadır. Qloballaşma prosesində bir növ tarixi-ənənə-
vi qaydada təsəvvür edilən sərhədlər “dəyişir”, elmi və in-
formativ mübadilənin radiusu genişlənir, dünyanın müxtə-
lif qitə və qütblərində yaşayan insanlar bir-biri ilə asanlıqla,
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
75
az qala heç bir məneə olmadan əlaqə qura bilərlər. Lakin
müasir urbanizasiya və qloballaşma heç də asanlıqla həyata
keçirilmir. Əxlaqi və adət-ənənələrin formalaşması bir neçə
ilin məhsulu kimi qiymətləndirilə bilməz. İnsan adətləri əs-
rlər, minilliklər boyu bərqərar olur. Müasir dövrün ən sə-
ciyyəvi cəhətlərindən biri odur ki, insani münasibətlərin da-
irəsi hədsiz dərəcədə genişlənmişdir. Dar standartlığı yeni,
ahəngdar, geniş münasibətlər əvəz etməkdədir.
Kompüterləşmə, kommunikasiya vasitələri, İnternet,
radio və televiziya, nümayiş etdirilən filmlər, çap olunan
kitab və jurnallar müxtəlif ölkələr arasında mənəvi körpülər
qurmuşdur. Mövcud əlaqələr insanların əxlaq və dünyagö-
rüşünə birbaşa təsir göstərir. Görkəmli sosioloqlardan biri-
nin qeyd etdiyi kimi, “qloballaşma o deməkdir ki, müəyyən
bir yerdə deyilənlər tezliklə bütün dünyaya məlum olur, bir
ölkədə yeridilən siyasət digərində böyük nəticələrə gətirib
çıxara bilər (47: 293). Əlbəttə qloballaşma haqqında danı-
şanda, xatırlatmaq lazımdır ki, müasir iqtisadi rəqabət, si-
yasi qərarların qəbulu, bir sözlə, çoxsaylı konfliktlərin həlli
bir çox hallarda qlobal əxlaqdan və yaxud başqa sözlə, qlo-
bal etikadan asılıdır. Qlobal etikaya cəhd artıq fəlsəfi-etik
təlimin başlıca cəhətlərindən biri olmuşdur. Fəlsəfə və etika
daim zəkaya ünvanlanmışdır; məhz buna görə də onlar hə-
mişə universal səciyyə daşımışdır. Həmin keyfiyyətlərinə
görə qloballaşmanın özü universal zəkaya cəhdin nəticəsi
kimi dəyərləndirilməlidir (213: 140).
Qloballaşmanın həyatın bütün sahələrinə nüfuzu kəs-
kin müzakirə, mübahisə və tənqidlərlə qarşılanır. Əslində,
qloballaşma heç də bütün hallarda insanlara, geniş mənada
cəmiyyətə təkcə xoşbəxtlik gətirmir. Və təəssüf doğuran
|