Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
100
ratik prinsiplər əsasında həll olunur. Bu məsələlər daim
sosioloqları düşündürməkdədir. Artıq “dövlət üçün adam”
konsepsiyasını, “dövlət adam üçün” konsepsiyası əvəz edir.
A.N.Arininin dediyi kimi, yalnız belə bir əvəzləmədə cə-
miyyət öz insanlarının səsini eşidər, öz vətəndaşının qayğı-
sına qalar (161 : 48).
Kompleks gender yanaşmanın metodologiyası iqtisadi
və sosial hüquq şurasında (ECOSOC) 1997-ci ildə hazır-
lanmışdır. Kompleks gender yanaşmasının əsasında sosi-
al ədalət faktoru, insan hüququ, kişi və qadın bərabərliyi
və inkişafın stimullaşdırılması prinsipi dayanır. Sənəddə
göstərildiyi kimi, bütün sahələrdə, o cümlədən iqtisadiy-
yatda inkişafın rəhnini hər bir sosial qrupun maraq və
tələbatlarının düzgün istiqamətləndirilib istifadə olunması
təşkil edir.
Kompleks gender yanaşması gender bərabərliyinin
qlobal strategiyası BMT-nin qadınların vəziyyəti ilə bağlı
1995-ci ildə Pekində keçirdiyi dördüncü konfransın materi-
allarında geniş əks olunmuşdur. Həmin sənədin “Qadınlar və
iqtisadiyyat” fəslinin 164-cü paraqrafında kompleks gender
yanaşmasının əsas məsələləri xüsusilə vurğulanmışdır.
Müasir dünyada gedən mürəkkəb proseslərin təhlili
göstərir ki, iqtisadi və siyasi sahələrdəki inteqrasiyaların
mahiyyəti heç də ilk baxışda göründüyü kimi sadə deyildir.
Ən böyük problemlər isə iqtisadiyyat və ticarət siyasəti ilə
bağlıdır. Qlobal iqtisadiyyatın restrukturizasiyası nəticəsin-
də milli dövlətlərin sosial siyasətində və əmək bazarında
əsaslı dəyişikliklər yaranır. Belə ki, milli dövlətlərin iqtisa-
di və siyasi suverenliyinin aşağı səviyyəyə enməsi təsirsiz
ötüşüb keçmir. Iren van Staveren həmin problemə toxu-
Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
101
narkən yazır ki, belə bir şəraitdə sosial təhlükəsizlik özü-
nün son həddinə çatır. Milyonlarla kasıb adamın - kişi və
qadınların vəziyyəti daha da ağırlaşır, onlar özlərinin əsas
həyati tələbatlarını ödəməkdən məhrum olurlar.
1920-ci illərdə ingilis filosofu və riyaziyyatçısı Bertran
Rassel boşanma haqqında yeni mülahizələr irəli sürdü. O,
təklif edirdi ki, mövcud ənənələr və mövcud qanunlar bo-
şanmaya “öz prizmasından” yanaşmalıdır. Belə ki, qanun
boşanmaya icazə verməli, ənənə isə qadağa qoymalıdır.
Özlüyündə maraqlı görünən bu ideyanın tətbiqi o qədər də
asan deyildir. Ailənin möhkəm əsaslar üzərində dayanma-
sında maariflənmə işi daha səmərəli nəticələr verir. Daha
dəqiq desək, ailə quran tərəflərin səviyyəsi çox şeyi həll
edir. Yuri Rürikovun belə bir fikri ilə razılaşmalı oluruq
ki, mədəniyyət - ailədə uğurlu nəticə üçün ən yaxşı yoldur.
Ona görə də ailə problemlərinin həlli üçün ən yaxşı yolları
axtarıb tapmaq lazımdır (236 : 232).
Adi məişət ənənələrində və bir çox tədqiqat əsərlərində
adətən qadınların sosial statusu arxa plana çəkilir, əvəzin-
də onun fiziki-anatomik keyfiyyətləri qabardılır. Bu cəhətə
diqqət yetirən Z.Freyd vaxtilə “qadının biloloji faciəsi”
anlayışını işlətməli olmuşdur. Əsl mahiyyətdə isə, kişi və
qadın “başlanğıcı” arasındakı fərqin bünövrəsini patriarxal
mühitdə əsrlər boyu yaranıb formalaşmış baxışlar təşkil
edir. Məhz patriarxal mühit “maskulinləşmiş” kişiyə qa-
dınlara nisbətən daha böyük azadlıq verir. Mədəniyyətin
bu tipi (patriarxal tip) iki cins arasında münasibətləri əv-
vəlcədən müəyyənləşdirir. Məhz həmin tip prinsipial bölgü
aparır. Rus filosofu T.A.Klimenkovanın dediyi kimi, bu tip
mədəniyyət kişiyə, məsələn adam öldürməyi, zorakılıq et-
məyi, cinayət törətməyi və s. rəva bilir (200: 137).
|