Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə20/28
tarix26.12.2016
ölçüsü9,57 Mb.
#3541
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
Sevənləriniz heç zaman  

sizi  unutmayacaq

u

 



    

XXI əsrin informasi-

ya 

texnologiyalarının  

inkişaf istiqamətləri 

içərisində müxtəlif növlü, tipli 

məzmunlu sənədləri mühafizə 

edən elektron informasiya daşı-

yıcılarının hazırlanması, sistem-

ləşdirilməsi, mühafizəsi və şəbə-

kə rejimində uzaq məsafədən 

istifadəsi vacib yer tutur. Bütün 

bu istiqamətlər kompleks şəkildə 

elektron kitabxanaların yara-

dılmasında və elektron kitabxa-

na-informasiya təminatının təş-

kilində öz əksini tapır.  Elektron 

kitabxanalar  tarixən mövcud 

olan şəbəkə kitabxana-informasi-

ya xidmətinin yeni metod, vasitə 

və texnologiyalar baxımından 

məntiqi davamıdır. Elektron ki-

tabxanalar superaçıq informasiya 

sistemləridir.

Əsaslı 


kitabxanamız 

universitet  rəhbərliyinin 

diqqət  və  qayğısını  daim 

hiss  edir.    Kitabxana 

müasir  informasiya  tex-

nologiyaları  ilə  təchiz 

edilmiş,    müasir  tələblərə 

cavab  verən  İRBİS-64 

avtomatlaşdırılmış  kitab-

xana-informasiya  sistemi 

(AKİS) ilə təmin edilmiş-

dir.  İRBİS-64  AKİS-nin 

kitabxanamızda  tətbiqinə 

2010-cu ilin aprel ayından  

başlanılmışdır.  Bu  sistem 

kitabxanamızın beynəlxalq informasi-

ya məkanına daxil olmasınının, dünya 

standartlarına uyğun elektron kitabxa-

nanın və elektron kataloqunun yaradıl-

masınının,  təhsil  və  elmi  tədqiqatlar 

üçün  əsas  amil  olan  və  bütövlükdə 

cəmiyyətin  inkişafına  birbaşa  təsir 

edən  elektron  mənbələrindən  sərbəst 

istifadə  olunmasının  təminatçısıdır. 

Bu  sistem  imkan  verir  ki,  biz  öz 

zəngin  kitab  fondumuzu,  həmçinin 

alimlərimizin  elmi  fəaliyyətlərinin 

nəticəsi  olan  kitab  və  jurnalları, 

məqalələri  dünya  istifadəçilərinə 

təqdim  edək  və  eyni  zamanda  dünya 

kitabxanalarının  zəngin  kitab  fon-

dundan  müəllim  və  tələbələrimizin 

istifadə etməsinə də şərait yaradaq.

Hazırda  kitabxanamızda  IRBİS-64 

sisteminin  “Komplek ləş dirmə”,  “Ka-

taloqlaşdırma”,  “Oxucu”,  “Kitab  ve-

rilişi”  və  “Administrator”  modulları 

üzrə fəal iş gedir. “Elektron Kataloq” 

modulu  kitabxana  fondunun  elektron 

versiyasının,  yəni  elektron  kataloqu-

nun  yaradılmasını  həyata  keçirir.  Bu 

modul  üzrə  elmi  kitabxanamızda  çox 

ciddi iş gedir. Artıq tibbi ədəbiyyatın 

çox  böyük  bir  hissəsi:  20  000  adda 

azərbaycan, türk, rus, ingilis dillərində 

olan  kitablar elektron kataloquna da-

xil edilmışdır. Həmçinin 10. 100 qəzet 

məqaləsi və 17. 000 jurnal məqaləsi də 

elektron kataloqunda öz əksini tapmış-

dır. Qeyd edə bilərik ki, latın qrafikalı 

və  kiril  qrafikalı  Azərbaycan  dilində 

olan    bütün  ədəbiyyat,  həmçinin 

Heydər Əliyev fondu tərəfindən kitab-

xanamıza hədiyyə edilmiş çoxlu sayda 

yeni  tibbi  ədəbiyyat,  ulu  öndərimiz 

Heydər  Əliyevə  və  Prezident  İlham 

Əliyevə  həsr  edilmiş  kitablar  artıq 

elektron  kataloqunda  öz  əksini  tap-

mışdır.  Bu kataloqda ən qədim kitab 

XIX  əsrin  əvvəllərində  çap  olunmuş 

kitabdır.  

Elektron  kataloq  kitabxana  fondu-

nun “güzgüsüdür” desək səhv etmərik.  

Bu  kataloq  vasitəsilə  istifadəçilərə 

uzaq  məsafədən  operativ  informasiya 

xidməti  göstərmək,  həmçinin  fondun 

idarə  olunmasını  həyata  keçirmək 

mümkündür.  Elektron  kataloq  bibli-

oqrafik  informasiya  bazasının  daha 

etibarlı  qorunmasına  şərait  yaradır 

və istifadəçinin ona zərər yetirməsini 

praktiki olaraq qeyri mümkün edir. 

Kitabxananın 

İnternetdə 

yerləşdirilmiş 

elektron 

katalo-

qu  dünyanın  istənilən  nöqtəsindən 

istifadəçiyə  kitabxanamızın  fondu  ilə 

tanış  olmağa,  lazımi  ədəbiyyat  axta-

rışını aparmağa və tapılmış ədəbiyyatı 

sifariş etməyə, ədəbiyyatın elektron va-

riantı olduqda isə, onu əldə etməyə im-

kan verir.  Universitet əməkdaşlarının 

elmi  əsərlərinin,  dərsliklərin,  dərs 

vəsaitlərinin  tammətnli  elektron  ver-

siyalarını  yaradaraq  daha  səmərəli 

elektron  xidməti  həyata  keçirmək, 

kitabxanamızı  ən  qabaqcıl  elmi  in-

formasiya  mərkəzinə  çevirmək    qar-

şımızda  duran  vacib  işlərdəndir.  Biz 

bütün fəaliyyətimizi və gücümüzü bu 

istiqamətə  yönəldərək  mühüm  işlər 

görməyə çalışırıq.

Elektron  kataloq  kitabxanalararası 

biblioqrafik informasiya mübadiləsini 

təmin etməklə yanaşı, həm də hər bir 

kitabxananın “imicini” formalaşdırır.

Kitabxananın  yüksək  nüfuza  və 

reytinqə  malik  olması  üçün  elektron 

kataloq  zəngin,  dolğun    məlumat  ba-

zasına və mükəmməl axtarış aparatına 

malik olmalıdır. Məhz bununla kitab-

xana  coğrafi  uzaqlıqdan,  yerləşdiyi 

məkandan  asılı olmayaraq özünə dün-

yanın istənilən yerindən istifadəçi cəlb 

edərək xidmət göstərə bilər.

Bu xidmət istifadəçi sifarişini uzaq 

məsafədən yerinə yetirməklə kitabxa-

nalararası elektron sənəd mübadiləsini 

də təmin edir. 

Elektron kitabxanalar müasir dövrün 

əsas tələbi olub, cəmiyyətin informasi-

yalaşdırılmasında,  elmi-ədəbiyyatın 

təbliğində  və  əldə  edilməsində  mü-

hüm rol oynayırlar. O, uzaq məsafədən 

oxuculara  daha  dolğun  informasiya 

xidməti  göstərərək,  bu  xidmətin  za-

man  və  məkandan  asılılığına  son  qo-

yur. Elektron kitabxanalar informasiya 

mübadiləsi sistemlərinin, virtual infor-

masiya  mühitinin  yaradılmasına,  dis-

tan təhsilin inkişafına, cəmiyyətin peşə 

və  ümumi  mədəniyyət  səviyyəsinin 

artmasına  xidmət  göstərirlər.  Onun 

vasitəsilə oxucular dünyanın istənilən 

nöqtəsindən  24  saat  müddətində  ki-

tabxananın  informasiya  bazasından 

istifadə edə bilirlər.

Müasir  dövrdə  ən  operativ  infor-

masiyanı əldə etmək üçün internetdən 

istifadə əvəzsiz sayılır. Elmi informasi-

ya təminatını isə  elektron kitabxanalar 

daha çox təmin edirlər. Müəllim, tələbə 

və ya elmi işçi, əlavə vaxt itkisinə yol 

vermədən,  istədiyi  kitabı,  məqaləni, 

informasiyanı,  olduğu  məkandan  ası-

lı  olmayaraq,  internetə  yerləşdirilmiş 

Elektron  Kitabxanaya  daxil  olmaqla 

əldə  edə  biləcəkdir.  Elektron  Kitab-

xana həm də kitabxana fondunun qo-

runub  saxlanılmasına  xidmət  edir. 

Xüsusilə nadir və bir nüsxədən ibarət 

olan kitablar, internetdə öz əksini tapa-

raq, ələ verilmədən, çox sayda tələbatçı 

tərəfindən  eyni  zamanda  istifadəsinə 

şərait yaradılır.

Hazırda 


kitabxanamızda 

bu 


istiqamətdə  çox fəal işlər gedir.


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin