Pyezoelektrik verijilər
Əgər müəyyən kristallardan müəyyən şəkildə kəsilmiş lövhələrə mexaniki qüvvə təsir edərsə, o halda onun tərəflərində elektrik yükləri yaranacaqdır. Deməli, bu tip çeviriciyə generator ölçmə çeviricisi kimi baxıla bilər. Əksinə, elektrik sahəsi lövhənin həmin tərəflərinə təsir edərək kristalı deformasiya etdirir. Birinji hadisə pyezoelektrik effekti, ikinji isə əks – pyezoelektrik effekti adlanır.
Bu xassələrə malik olan jisimlər pyezoelektriklər adlanır. Pyezoelektrik effekti kvars, turmalin, titanat – barium və s. kristallarda alınır.
Pyezoelektrik həssas elementlər tez dəyişən proseslərə nəzarət etməyə imkan verirlər, belə ki, elektrik yükləri praktiki olaraq ətalətsiz yaranır.
Dostları ilə paylaş: |