237. "Şəvahidüt-tənzil": Cabir rəvayət edir: Allahın elçisi (s) Fatiməni (ə) dəvə dərisindən hazırlanmış libasda, əl dəyirmanında un hazırlayarkən gördü. Ona buyurdu: "Ey Fatimə! Axirət (nemətlərinin) şirinliyi xatirinə, dünyanın çətinlikləri qarşısında dözümlü ol."
Elə bu zaman aşağıdakı ayə nazil oldu: "Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!1"2 238. İmam Sadiq (ə): Allahın peyğəmbəri (s) Fatimənin (ə) yanına gəldikdə, onu dəvə dərisindən hazırlanmış libasda, uşağına süb verə-verə əl dəyirmanında un üyüdən halda gördü. Onu bu halda görən Peyğəmbərin (s) gözlərindən yaş axdı və buyurdu: "Qızım, dünyanın acısına (çətinliklərinə) dözməklə, axirətin şirinliyini qazanmağa üçün tələs." Ardınca Allah-təala bu ayəni nazil etdi: "Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!3"4 239. "Əl-Mənaqib": Cabir ibn Abdullah Ənsari rəvayət edir: Peyğəmbər (s) Fatiməni (ə) dəvə dərisindən hazırlanmış libasda, uşağına süb verə-verə əl dəyirmanında un üyüdən halda gördü. Peyğəmbərin (s) gözlərindən yaş axdı və buyurdu: "Qızım, dünyanın acısına (çətinliklərinə) döz ki, axirətin şirinliyini dadasan."
Fatimə (ə) buyurdu: "Ey Allahın rəsulu! Allahın mənə verdiyi nemətlərə görə ona həmd-səna söyləyir və şükürlər edirəm." Elə bu zaman Allah-təala bu ayəni nazil etdi: "Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!1"2 240. "Müsnədi-ibn Hənbəl": Ənəs rəvayət edir: Bir gün Bilal sübh azanını söləməkdə gecikdi. Peyğəmbər (s) ona buyurdu: "Nə üçün gecikmisən?"
Cavab verdi: Fatimənin yanında idim, onun əl dəyirmanda un hazırladığını, uşağının isə ağladığını gördüm. Ona dedim: İstəyirsənsə, mən əl dəyirmanında un hazırlayım, sən də, uşağı sakitləşdir. Ya da ki, mən onu sakit edim, sən isə un hazırla.
O, buyurdu: Mən u.ağı sakitləşdirsəm daha yaxşı olar.
Elə buna görə də azan söyləməyə gecikdim.
Peyğəmbər (s) buyurdu: "Sən ona mərhəmət göstərmisən, Allah da sənə mərhəmət göstərsin!"3