Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə109/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   105   106   107   108   109   110   111   112   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-sınız
4
ədəbi dil forması, - sız isə onun sadələşmiş danışıq va-
riantıdır. Türk dillərinin uzun inkişaf dövrlərində bu şəkilçi az 
işlənsə də, tərkibi dəyişməmiş, sabit qalmışdır. Yazılı abidələrdə 
şəkilçinin ədəbi dil forması deyil, danışıq variantı çox işlənmiş-
dir:...ərən (küç alp.) ərsiz atınız Urı bəğsiz “İgidlər igidisiniz, Adı-
nız - Urı bəysiz” (Yenisey, 26-cı abidə, ön tərəf, 3-cü sətir);-Dedi 
axirət xatunısız bu gün (Əsrarnamə);- Nə yigitlərsiz, - deyübən 
sorələr (S.Fəqih, s.129).
sınız
4
şəkilçisinin tərkibi sən//sın əvəzliyindən və arxaik kə-
miyyət şəkilçisi -z, - dan ibarətdir. - sın, -san, - sıq, - suv türk 
dillərinin fonetik qanunauğunluqlarına görə variantlardır. Sibir 
türklərinin dilində - z elementinin əvəzinə - r işlənir ki, bunu 
da N.K.Dmitriyev z-nın variantı adlandırır (150, s.12). Qazax, 


204
205
Qədim yazılı abidələrdə - dır şəkilçisi bütün şəxslərdə qey-
də alınmışdır; məs.: kuladurman “gülürəm”, aladırsız “alırsınız” 
(XIV əsr “Kitab ət-töhfə…) (154, s.16).
T.Hacıyev Azərbaycan ədəbi dilinin milliyəqədərki dövrü 
üçün bu cür morfoloji paralelliyi kütləvi hesab edir və bunun iki 
səbəbini göstərir: “…faktların müəyyən qismi xalqın ünsiyyətinə 
xidmət edən canlı Azərbaycan dilinə məxsusdur, XIII-XVI yü-
zilliklərdə yaşayan, danışan azərbaycanlıların nitqidir. Bir qismi 
isə ancaq ədəbi səviyyədə işlənir, yalnız yazıda fəaliyyət göstərir; 
bunlar Azərbaycan xalq dilinin yox, bütövlükdə qohum dillərin 
seçi- lmələridir - türkologiyada “türki” adlanıb yazısı olan bir çox 
türk dilləri üçün ümumi sayılan ədəbi dilin əlamətləridir… xalq 
danışığındakından o vaxt kənara çıxılır ki, yerli variant şerin poe-
texnik ölçülərinə, məsələn, vəzn tələbinə sığışmır - məsələn, eyni 
misrada həm - dürür, həm də - dür: hökmdürür və fərmanıdır 
işlənir” (44, s.37-38).
N.A.Baskakovun fikrincə, tarixən hər üç şəxsdə turur forması 
işlənmiş (men tuba kiji turur man, sen tuba kiji turur sın, ol tuba 
kiji turur, pis tuba kiji turur bis, sler tuba kiji turur sler, olor tuba 
kiji turur), sonra düşmüş və ya ixtisar şəkilləri meydana çıxmışdır 
(119, s.72). Müasir Tuva dilində turur forması düşmüş, hər üç 
şəxsdə izi qalmamışdır; məs.: men tuba kiji men, sen tuba kiji sın, 
ol tuba kiji. Müasir noqay dilində isə bütün şəxslərdə “turur”un 
ixtisar şəkli - dır öz əksini tapmışdır: məs.: men noqaydır men//
man, sen noqaydır sen//sın, ol noqaydır (116, s.63). Bu xüsusiy-
yət türkmən dilində və şivələrində də müşahidə olunur: alıpdı-
rın, alıpdırsın, alırdır, qelipdiris, qelipdirsiniz, qelipdirler (200, 
s.371).
Beləliklə, aydın olur ki, birinci və ikinci şəxslərdə turur və 
onun müxtəlif formaları düşmüş, xəbərlik əsasən şəxs əvəzlikləri 
ilə ifadə olunmuşdur. Üçüncü şəxsdə isə şəxs əvəzliyi ardıcıl iş-
lənməmiş, - dur//tur şəkilçisi müasir türk dillərində saxlanmış və 
şəxs şəkilçisi yerini tutmuşdur. O(l) əvəzliyindən - dır şəkilçisinə 
keçidin səbəbi isə müəyyən olunmamışdır. Məsələyə aydınlıq 
adamdilə, kişidilə, qo:mdilə (Təb.), babadıla, nənədilə, əmidilə, 
qoruxçudula, üzümçüdülə (Zb.) və s.
Üçüncü şəxsdə işlənən - dır
4
şəkilçisinin mənşəyi digər şəxs-
lərin qrammatik əlamətindən fərqlənir. Alimlərin əksəriyyətinin 
fikrincə, - dır
4
(şivələrdə - 
4
) şəkilçisi mənşə etibarı ilə durur//
turur, - dur//tur “durmaq” feilindən törəmişdir (89, s.168; 75, 
s.48; 198, s.26). Bununla bağlı türkoloji ədəbiyyatda fikir müxtə-
lifliyi vardır. N.Hacıyevaya görə, turur forması er//erür “olmaq” 
feili sifətindən əmələ gəlmişdir (137, s.5). N.K.Dmitriyevin fi-
kirincə, - dur şəkilçisi “tur” köməkçi feilindən əmələ gəlmiş, 
sonra ahəngin təsiri ilə digər varinatlar meydana çıxmışdır. Türk 
dillərinin əksəriyyətində ilkin forma indiki-gələcək zamanda tur 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin