Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə72/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   68   69   70   71   72   73   74   75   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Yerlik hal məkan mənası əsas olmaqla müxtəlif məna çalar-
larına malikdir:
— məkan bildirir; məs.: - Hayatımda (həyətimdə) xəşə otu 
əx’mişəm (Nax.); - Toyda ki davar aparılla beş dənə, on dənə, düə 
aparılla tay orda işki - mişki o vəxlər olmazdı (Təb.) və s.
— istiqamət bildirir; məs.: - Tabaxın içində qədərə əlini uzatdı 
(Q.); - O vəxlərdə bizim Tərbizdə televizion gəldi (Təb.) və s.
— zaman bildirir; məs.: - Keçmiş vaxtda şahların yanında 
ayqax olırdı (Nax.); - Bir-iki günnən so:ra onu biçəjəm, quru-
dajam qəşəx’, qışda verəjəm keçi, ulax yesin (Qaz.); - O illərdə 
əkinçılıx da iləmişəm (Təb.) və s.
— hərəkətin və ya əşyanın çıxış, yəni başlanğıc nöqtəsini bil-
dirir; məs.: - Şəhərdə gəlləm; - Davada sonra gəlləm (Laç.); - 
Orda gənə yəyax gedirix’ Bakiyə səmt (Tov.) və s.
— hal-vəziyyət bildirir; məs.:-Mən onı həmişə işdə-gücdə, əl-
ləşməkdə görmüşdüm (Şam.).
Yerlik hal təsirlik hal istisna olmaqla, digər halların mövqe-
yində işlənir və onların funksiyasını yerinə yetirir:
Yerlik hal adlıq hal mövqeyində; məs.: - Əjdər oxuyan vədədə 
(vaxt) tix’mişix’; - Eşitdiyim zamanda mən yol düşdüm (Qk); - O 
vaxtda mal da saxlardıx, qoyun da (Qaz.); - Pəhlivanın gejədə biri 
itdi (Br.) və s.
Yerlik hal yiyəlik hal mövqeyində; məs.: - Cəllad, gət filan 
öydə qapısına qırmızı çəhmişəm, bir bu cürə gəlin var gəti (Br.) 
və s.
qoşmalara əlavə olunur. Qoşmaların şəkilçi qəbul etməsi müstəqil 
söz statusunu tam itirməməsindən irəli gəlir. Bu xüsusiyyət qoş-
malardan hal şəkilçisinə keçidin ilkin dövrlərinə aiddir. Hal şə-
kilçisi qoşmaya əlavə olunmaqla, qoşmaların rolu zəifləmişdir; 
məs.: - Maşın geddi Ağca-bədi sarıya (İm.); - Ağajdan düşdim, 
işığ sarıya getdim; - Biz alverə gedməg istiyirüg Qarabağ tərəfə 
heyvan almağa (Sab.) və s. Cəlilabad şivəsində həm isimlər, həm 
də sarı qoşması yönlük hal şəkilçisi qəbul edir; məs.: - Bının dəs-
diri (kimi) getdi dəriyə sarıya və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin