Azerbacan dialektologiyasi-2019. indd


Mənsubiyyətli birləşmələrdə yerdəyişmə



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə85/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   81   82   83   84   85   86   87   88   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Mənsubiyyətli birləşmələrdə yerdəyişmə. Şivələrdə mənsu-
biyyət ifadə edən birləşmələrin komponentləri bəzən yerini dəyi-
şir, yəni mənsub əşya əvvəl gəlir; məs.: - Bağa köçirdük, yatağda 
bir axsağ fərəmiz qaldı bizim (B.); - Qızı onın çox əxıllıdı; - Sözim 
mənim bi dənədi (Cəl.); - İqlimə bizim horda durmüymü? (Ş.); - 
İndi işi yaxşıdı onun ərinin; - Dümappağ pambığımız var bizim 
(Qaz.); - Payım var diynən mənim; - Çoxu gedirdi, heç geri gəl-
mirdi cəzası oyıdı oların (Bl.); - Qapılarını kilitdəmişəm üskü 
əvin (Şr.); - Əvi yıxılsın heyvan yəsinin (Ağc); - Cibinnən çıxartıb 
bir koz, bir belə tikə mis, bir dənə də aşığ koydu cibinə oğlanın 
(Zaq.); Yaxşı iyisi var boyananın (Ağd.)
Mənsbiyyətli birləşmələrdə komponentlərin yerdəyişməsini 
M.Kaşğari də göstərmişdir: - yüzi anınğ köglendi “onun üzündən 
kəklik çilləri çıxdı”; - emgek meninğ bilinğ “mənim əməyimi bi-
lin” (MK, II c., s.253, III c., s.372).
Bu xüsusiyyətə “Kitabi-Dədə Qorqud”da və klassiklərin əsər-
lərində də tez-tez rast gəlmək mümkündür; məs.: - Dünlügi altun 
ban evinə babamın işvən girmiş; - Anası oğlanıŋ böylə degəc Qa-
zanıŋ əqli başından getdi; - Gördü (kim) oğlanıŋ ala gözlü qırx 
yigidi qırılmış, bədöy atı oğlanın oxlanmış yatır (KDQ, s.59, 
74); - Qapısı xəzinənin gördü açılmış (Dastani-Əhməd Hərami, 
s.26);-Köhnə təqvimim mənim bietibar oldu yenə (Nəsimi, s.29);- 
Dügməsini yaxanun əlüm şəşər isə (Q.Bürhanəddin, s.56);- Demə 
kim yox Kişvərinin könlidə mehrim mənim (Kişvəri, s.302);- 
özününkünü açer, görərgün, eləjə lil ater-duror (Qaz.) və s.
Mənsubiyyət bu şəkildə ifadə olunarkən onun kəmiyyəti birin-
ci tərəfdəki əvəzliklərlə bildirilir. -lar, - lər şəkilçisi qəbul etdikdə 
isə ikinci tərəfin - yəni mənsub şəxsin və yaxud əşyanın çoxluğu 
aydın olur. Ki nin xarakteri və onun yaratdığı mənalar tədqiqatçı-
lar arasında mübahisəyə səbəb olmuş, hələ tam elmi həllini tap-
mamışdır. Alimlərin bəzisi ki ni leksik, digərləri isə qrammatik 
şəkilçi hesab edirlər. Fikrimizcə, - ki sözə əlavə olunarkən leksik 
məna- nı dəyişdirmir, mənsub əşyanın adını əvəz edir. Buna görə 
ki nin formadüzəldici şəkilçi hesab edilməsi məqsədəuyğundur.
Türkologiyada, eləcə də Azərbaycan dilçiliyində ki dən bəhs 
edən alimləri üç qismə ayırmaq olar. Alimlərdən M.A.Kazımbəy, 
P.M.Melioranski, A.M.Şerbak, N.K.Dmitriyev, N.P.Dırenkova, 
N.A.Baskakov, L.A.Pokrovskaya, K.M.Musayev, M.Şirəliyev, R.
Rüstəmov və Ə.Xəlilov mənimki, səninki, onunki, bizimki, sizin-
ki, onlarınkı formalarını yiyəlik şəxs əvəzlikləri adlandırmışlar. 
Məsələyə ikili münasibət göstərən alimlər də var. A.N.Kononov 
və M.Hüseynzadə ki vasitəsilə əmələ gələn formadan həm əvəz-
lik, həm də mənsubiyyət kateqoriyasının ifadə vasitəsi kimi bəhs 
etmişlər (160, s.27; 52, s.153). Sonra məsələyə münasibət dəyiş-
miş, ki vasitəsilə yaranan forma yiyəlik əvəzliyi deyil, mücərrəd 
mənsubiyyət bildirən vasitə kimi şərh olunur (149, s.23; 78, s.44; 
62, s.22).
İstər ədəbi dil, istərsə də dialektoloji materiallardan aydın olur 
ki, ki yalnız şəxs əvəzliklərinə deyil, digər nitq hissələrinə də artı-
rılır; məs.: - Mövünki əlhəddə olur (Nax.), - Kişinki də başmağıdı 
beyduran vaxtda (Ş.), - İki gün bir günortada xanın çörəyi xaraf 
oldu, çovanınkı qaldı (Qaz.), - Təzədən kiççix’ qızınkını çıxarder, 
öz barmağına keçirer (Tov.) və s.
Bundan başqa, - ki şəkilçisi şivələrimizdə yerlik halda olan 
isim və əvəzliklərə də əlavə olunur; məs.: - Kətdə taxıl yuarı-
dakınnan yaxşı ulacağ (Qb.); - Bizim düyələr nə qədər yesə də 
İmrandakılara çatmaz (Zər.) və s. Nümunə- lərdən aydın olur ki, 
sözə yiyəlik məzmunu verən - ki deyil, ondan əvvəl sözə əlavə 


156
157
Yerdəyişmə hadisəsi yalnız tərcümə əsərlərində deyil, başqa abi-
dələrdə də qeydə alınmışdır. Burada məntiqi vurğunun rolunu da 
qeyd etmək lazımdır. Yerdəyişmə məna fərqi yaratmasa da, ifadə 
tərzi də eyni deyildir. Buna tarixən mövcud olmuş qədim xüsu-
siyyətin şivələrdəki izi kmi yanaşmaq daha doğrudur.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin