Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 254,08 Kb.
səhifə22/67
tarix12.10.2023
ölçüsü254,08 Kb.
#154255
1   ...   18   19   20   21   22   23   24   25   ...   67
Az rbaycan diL V N tq m D N YY T M vzu 1 az rbaycan diL V N

MÖVZU 11
DURĞU İŞARƏLƏRİ

Durğu işarələri düzgün yazıb oxumağa, fikri kiçik fasilələrlə başqalarına-oxuyub yazanlara çatdırmağa xidmət edir. Şifahi nitqdəki intonasiya, səs ahənginin müxtəlif çalarda dəyişməsi, tonun alçalması və ya yüksəlməsi yazıda durğu işarələri ilə tənzimlənir, nitqin məzmununa danışanın daxili hiss, həyəcanının ifadəsinə yardımçı olur, yazıya aydınlıq, dürüstlük və dəqiqlik gətirir. Durğu işarələri yazılı nitqdə nəzərdə tutulmuş fikir rəngarəngliyini, hissi halları, psixoloji vəziyyətləri və fikrin üslubi, emosional-estetik çalarlarını nəzərə çarpdırmaq vəzifəsini yerinə yetiri. Deməli, durğu işarələri dilin qrafik vasitəsi kimi şifahi nitqin intonasiya cizgilərini göstərməyə xidmət edir. Durğu işarələri insanın ümumi savadının və qismən nitq mədəniyyətinin əsas əlamətlərindəndir. Durğu işarələri yazılı nitqi oxucunun aydın və asan başa düşməsinə xidmət edir. Durğu işarələrini qoymadan mətni hissələrinə ayırmaq, onun məzmununu başa düşmək çətin olur. Durğu işarələrinin öz yerində işlədilməsi yazanın istəyi ilə deyil, dilin tarixən formalaşmış qanunauyğunluqları ilə bağlıdır. Durğu işarələri funksiyasından asılı olaraq aşağıdakı hallarda işlədilir:


1. Nöqtə: a) Adi intonasiya ilə deyilən bütün növ cümlə növlərindən (nəqli, adlıq, şəxssiz, qeyri-müəyyən şəxsli, ümumi şəxsli, cüttərkibli, təktərkibli, tabeli və tabesiz mürəkkəb cümlələrdən, söz cümlələrdən, bəzi məqamlarda əmr cümlələrindən və s.) sonra: - Sabir satirik şairdir. Bina tikilir. Məşqdən sonra dərsə gəlsinlər. b) Ad və ata adlarının qısaltma formalarından sonra: M.F.Axundzadə, S.S.Axundov, Ü.Hacıbəyli. c) Və sair, və ilaxır, və başqa, və bu kimi sözlər ixtisarla yazıldıqda: və s., və i.a., və b., və b.k.
2) Vergül: a) Həmcins üzvlər arasında: Stolun üstündə kitab, dəftər, qələm vardı. b) Tabesiz və tabeli mürəkkəb cümlələrin tərkib hissələri arasında: Uşaq ağlayırdı, çünki anası evdə yox idi. Zəng vurulmuşdu, dərs başlanmışdı, koridorlarda heç kəs gözə dəymirdi. c) O, bu əvəzlikləri mübtəda vəzifəsində olub ardınca isim, sifət, sayla ifadə edilən söz işlədilərsə: O, kitabı götürdü. O, gözəl qızı uzaqdan tanıdı. Bu, onun dostudur. ç) Ara söz cümlənin əvvəlində gəldikdə ondan sonra; cümlənin ortasında gəldikdə hər iki tərəfdən, cümlənin sonunda gəldikdə isə ondan əvvəl: - Əlbəttə, mən dərsi öyrənmişdim. Mən dərsi, əlbəttə, öyrənmişdim. d) Hətta, ələlxüsus, habelə, baxmayaraq sözləri ilə xüsusiləşən cümlə üzvündən əvvəl: O gecikmişdi, hətta zəng vurulandan xeyli sonra gəldi. e) Cümlənin əvvəlində gələn xitabdan sonra; cümlənin ortasında gələn xitabdan əvvəl və sonra, xitab cümlənin sonunda gəldikdə isə ondan əvvəl: Adil,sən axşam harada idin? Adətdir, ay oğul, gələni qarşılayarlar.

Yüklə 254,08 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin