Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə75/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   71   72   73   74   75   76   77   78   ...   98
AMEA-National Philosophy-2019


299). 

Ruhdan  danışarkən  göstərilməlidir  ki,  hər  bir  insanın  ruhu  sırf fərdi  feno-

mendir. O, özündə həmin şəxsiyyətin təkrarolunmaz xüsusiyyətlərini təşkil 

və ifadə edir. Qədim təsəvvürlərə görə ruh yaranmır. O, əbədi mövcuddur. 

Özü  də  ruh  xarici  aləmdən  və  insan  bədənindən  tam  azaddır.  Onun 

müstəqil,  öz  həyatı  vardır.  Ruh  insanın  fikirləri,  hissləri  və  arzularının 

daşıyıcısı və səbəbidir. Lakin ruhun bu cür izahı kifayət deyildir. Çünki nə 

qədər  sehrli  olsa  da  ruh  insanın  təbii  imkanları,  tərbiyəsi,  təhsili, 

cəmiyyətdə yeri və ümumi mədəniyyəti ilə əlaqədə formalaşıb inkişaf edir. 

Bu  mənada  hər  bir  insanın  ruhu  məhz  ona  məxsus  olan  xarakteri, 

temperamenti, davranış  manerasını ifadə edir.  Onun məzmununda  fikirlər, 

arzu və istəklər, iradi keyfiyyətlər vardır. Bu unikallığı ilə yanaşı ruh bütün 

insanlara  xas  olan  keyfiyyətdir.  Odur  ki,  bütövlükdə  insan  ruhu  haqqında 

danışmaq mümkündür. 

İnsanın  şüuru  öz  daxili  məzmununa  görə  mürəkkəb  və  çoxsəviyyəli  xa-

rakter daşıyır. O, bütöv bir sistemdir. Bu sistemin daxilində bir-birilə qanu-

nauyğun əlaqələrdə olan müxtəlif elementlər və tərəflər vardır. 

Şüurun  tərkibində  mənlik  şüuru  çox  mühüm  yer  tutur.  Bəzən  belə  fikir 

söylənilir  ki,  mənlik  şüuru  şüurdan  kənarda,  onunla  yanaşı  mövcuddur.  

Filosoflar  yazır  ki,  mənlik  şüuru  şüurun  daxilində  onun  yüksək  səviyyəsi 

kimi çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin, mənafe və 

məqsədlərinin  öyrənilməsinə  yönəlir.  Başqa  sözlə  bu  halda  insanın  daxili 

aləmi  şüurun  obyekti  kimi  çıxış  edir.  Beləliklə,  mənlik  şüuru  insanın  öz 


785 

 

hərəkətlərini,  hissləri  və  fikirlərini,  davranış  motivlərini,  mənafelərini, 



cəmiyyətdə öz yerini başa düşməsidir. 

İnsanın  öz-özünə  maraq  göstərməsi  təzə  məsələ  deyildir.  Vaxtı  ilə  Sokrat 

"öz-özünü  dərk  et!"  şüarını  elan  etmişdi.  Bu  çağırışı  o,  öz  fəlsəfi 

dünyagörüşünün çıxış nöqtəsi hesab edirdi. 

Özünü  dərk  etmək  və  özü  haqqında  fikirləşmək  yalnız  insana  məxsus 

keyfiyyətdir.Filosoflar hər bir insanın "Mən"ində ən azı üç obrazı ayırır: a) 

insan  hazırkı  vəziyyətdə  özünü  necə  qavrayır;  b)  o, öz  "Mən"inin idealını 

necə təsəvvür edir; s) onun "mən"i başqalarının gözündə necə görünür (12, 



s.174). 

İnsanın öz-özünü dərk etməsi onun fəaliyyətinin və inkişafının nəticəsidir. 

Özünüdərk şüurun inkişafının xeyli dərəcədə sonrakı dövrünün məhsuludur. 

Mənlik  şüurunun  formalaşması  şəxsiyyətin  qüvvələrinin  və  bütövlüyünün 

artması, müstəqil subyekt kimi qərarlaşması gedişində baş verir. 

Mənlik şüurunda insan öz şüurunun, hərəkətlərinin və ünsiyyətinin subyekti 

kimi özünü başa düşür. Əgər şüur başqa bir obyekt haqqında bilikdirsə, on-

dan  fərqli  olaraq  mənlik  şüuru  insanın  özü  haqqında  bilikdir.  Vaxtilə 

Hegelin dediyi kimi o, bir növ həm özünü, həm də başqalarını aşkar edən 

mənəvi işıqdır. 

Mənlik  şüuru  insanın  özünə  kənardan  baxa  bilmək  qabiliyyəti  ilə  bağlıdır. 

O, insana öz şüur aktlarına tənqidi yanaşmaq imkanı verir. Bu o deməkdir 

ki, subyekt öz daxili dünyasına aid olan hər şeyi, kənardan daxil olanlarla 

müqayisə edir, onlardan fərqləndirməklə öz daxilini daha dərindən öyrənir. 

Mənlik şüurunun formalaşması və inkişafı ictimai mahiyyət kəsb edir.Bu o 

deməkdir  ki,  hər  bir  şəxsin  mənlik  şüuru  başqaları  ilə  ünsiyyətdə,  onların 

verdiyi  qiymətləndirici  münasibətlərlə  ayrılmaz  əlaqədə  yaranır.  Digər 

tərəfdən  hər  bir  insanın  hərəkət  və  davranışlarına  müəyyən  tələblər  və 

normalar  qoyulur.  Mənlik  şüuru  onları  nəzərə  almaqla  və  onlara  müvafiq 

formalaşır. 

İnsan, onun varlığı, mənşəyi, həyatının mənası, ölümü və ölməzliyi ilə bağlı 

məsələlər də filosoflarımızı maraqlandırır və bu barədə orijinal fikirlər irəli 

sürür.  Hazırda  insan  probleminə  çoxalmaqda  olan  diqqəti  filosoflar 

aşağıdakı səbəblərlə əlaqələndirir. Hər şeydən əvvəlmüasir ictimai inkişafda 

insanın  rolu  durmadan  artır.  O,  sosial  proseslərə  və  bütövlükdə  dünyanın 

gedişatına güclü təsir göstərir. Digər tərəfdən müasir eimi-texniki tərəqqinin 

törətdiyi  nəticələr  baxımından  insan  ilə  texnika  arasındakı  münasibətlərə 

yeni  tərzdə  yanaşmaq  tələb  olunur.  Nəhayət,indi  bəşəriyyətin  rastlaşdığı 

qlobal problemlər insanın varlığını təhlükə altına alır. Deməli onların həlli 

də insan ilə sıx bağlıdır. 

Fəlsəfə,  filosofların  fikrincə,  insanı  öyrənən  konkret  elmlərdən  (iqtisadi 


786 

 

nəzəriyyə,  sosiologiya,  psixologiya,  təbabət,  biologiya  və  s.)  fərqli  olaraq 



ona  bütöv  bir  tam  kimi  yanaşır.  Müasir  dövrdə  insanı  öyrənən  bu  xüsusi 

elmlər böyük nailiyyətlər əldə etmişlər. Lakin onlar öz predmetlərinə uyğun 

olaraq  insanın  bu  və  ya  digər  səpkisinə  diqqət  yetirirlər.  Buna  görə  də 

həmin  məlumatlar  əksərən  birtərəfli  xarakter  daşıyır.  Odur  ki,insanı 

kompleks və hərtərəfli öyrənməyə tələbat və ehtiyac yaranır. Bu vəzifə isə 

fəlsəfənin  öhdəsinə  düşür.  O,ümumnəzəri  və  dünyagörüşü  elmi  olmaq 

etibarilə  insan  haqqındaki konkret  elmləri  bir  növ  inteqrasiya  edir.  Fəlsəfə 

insanı  kompleks  və  hərtərəfli  təhlil  edir.  Beləliklə  də,  insanı  öyrənən 

konkret elmlərin dar çərçivəsini, məhdudluqlarını aradan qaldırmağa imkan 

verir. 


İnsan  nədir  sualına  cavab  verərkən  filosoflarımız  bildirir  ki,  insan  ən 

mürəkkəb və sirli obyektlərdəndir. Onun mahiyyətinin izahında hələ də bir 

çox  məsələlər  aşkar  olunmamış  qalır.  İnsanın  mahiyyəti  kainat  qədər 

sirlidir.  Bu  mənada  onun  öyrənilməsini  bitmiş  hesab  etmək  olmaz.  Elm 

onun dərinliklərinə nüfuz etdikcə açılmamış qatların çox olduğu daha aydın 

görünür (5). Odur ki, insanı tam öyrənmək üçün bir ömür kifayət deyildir.  

Modernləşməyə  münasibət  bildirən  filosoflarımızın  fikrincə,  modernləşmə 

sistemli  şəkildə  ictimai  həyatın  bütün  sahələrində  baş  verən  mürəkkəb  və 

uzunmüddətli sosial dəyişikliklər prosesidir. O, cəmiyyətdə siyasi, iqtisadi, 

sosiomədəni,  sosial-psixoloji,  ailə-məişət  sahələri  ilə  yanaşı,  dünyagörüşü 

və  ictimai  şüurda  baş  verən  mühüm  dəyişiklikləri  əhatə  edir.  Əslində, 

modernləşmə müasir dövrün hadisəsi deyil, o bəşəriyyətin inkişafının bütün 

dövrlərində  bu  və  ya  digər  şəkildə  təzahür  etmişdir.  Yəni  modernləşmə 

paradiqması  nəzəri  cəhətdən  yeni  ideyalarla,  nəzəri-metodoloji 

yanaşmalarla  zənginləşərək  inkişaf  edir.  Bütövlükdə,  modernləşmə 

nəzəriyyəsi  hər  bir  konkret  ölkənin  daxili  inkişaf  amillərinin  nəzərə 

alınmasına, dövlətin inkişafını təmin edən sosial dəyişikliklərin və təkamül 

prosesinin  müəyyənləşməsinə  yönəlməlidir.  Bu  sahənin  tədqiqatçıları 

modernləşmə proseslərində siyasi, iqtisadi elitanın rolunun danılmaz olduğu 

iddialarına  xüsusi  diqqət  yetirirlər.  Yəni  Hantinqtondan  başlayaraq,  bu 

sahəyə  aid  fikir  sahibləri  modernləşmənin  ―aşağıdan‖  həyata  keçirilməsini 

mümkün  saymırlar.  Modernləşmənin,  yeniləşmənin,  bütövlükdə,  inkişafın 

əldə  edilməsi  üçün  siyasi  elita  öz  ölkəsinin  iqtisadi,  siyasi,  mədəni 

xüsusiyyətlərini  dərindən  bilməlidir,  ən  əsası  isə,  bunları  nəzərə  almaqla 

dəyişikliklərin həyata keçirilməsini reallaşdırmağa çəhd etməlidir (6). 

Azərbaycanda  A.A.Bakıxanov,  M.Ş.Vazeh,  İ.Qutqaşınlı  ilə  başlayan 

maarifçilik  hərəkatı  M.F.Axundzadə  və  H.Zərdabi  ilə  davam  etdirilmiş, 

daha  sonra    C.Məmmədquluzadə,  S.Ə.Şirvani,  N.Vəzirov,  Ə.Haqverdiyev, 

N.Nərimanov, 

S.S.Axundov,  Ü.Hacıbəyov,  Z.Marağalı,  İ.Talıbov, 



787 

 

F.Köçərli,  İ.Musabəyov,  S.Qənizadə,  R.Əfəndiyev  Ə.Hüseynzadə, 



Ə.Topçubaşov,  Ə.Ağaoğlu,  M.Rəsulzadə,  M.Məmmədzadə,  N.Yusifbəyli 

və  digər  ziyalılarla  davam  etdirilmişdir.  Bu  mənada  dövrün  ictimai-siyasi 

görüşlərinin ideya mənbəyini milli və bəşəri dəyərərin vəhdəti təşkil edirdi. 

Və tarix də təsdiq etdi ki, modernləşməyə, yeniləşməyə aparan yol da məhz 

bu  vəhdətin  necə  reallaşdırılmasından  asılıdır.  O  dövrün  ziyalıları  Avropa 

demokratik  təcrübəsini,  qabaqcıl  ideyaları  mənimsəyərək,  Azərbaycan 

reallığına  tətbiq  etməyə  cəhd  göstərmişlər.  Yəni  bu  ziyalılar  öz 

fəaliyyətlərini yalnız ənənələrlə, milli zəminlə məhdudlaşdırmamışlar, onlar 

dünya mədəniyyəti səviyyəsinə çatmağın yollarını aramışlar. 

Qeyd  etmək  lazımdır  ki,  bir  milli-ideoloji  hərəkat  olaraq,  maarifçilik 

Azərbaycanda  milli  ideyanın  formalaşmasında  misilsiz  rol  oynamışdır.  Bu 

baxımdan  akademik  Ramiz  Mehdiyevin  milli  ideyanın  təşəkkülünü 

mərhələlərə  bölməsi,  mahiyyətcə  hadisəni  ətraflı  izah  edir.  Akademikin 

fikrincə,  milli  ideyanın  təşəkkülünün  birinci  mərhələsi  1828-1875-ci  illəri 

əhatə  edir.  Rusiya-İran  müharibəsindən  sonra  Azərbaycanın  şimal 

hissəsinin  ərazisi  Rusiya  imperiyasının  tərkibində  qalmış,  burada 

azərbaycanlıların  tədricən  həmrəy  olması  prosesi  başlanmışdır.  O  dövrdə 

Azərbaycan  cəmiyyətinin  qabaqcıl  hissəsi  hələ  fars  və  ərəb  ruhanilərinin 

təsiri  altında  idi.  Bununla  bərabər,  məhz  həmin  dövrdə  milli  realist  ədəbi 

məktəb formalaşmağa başlayır. Bu məktəbin səpdiyi milli oyanış toxumları 

sonrakı onilliklərdə cücərmişdir (6). 

İndustrial,  postindustrial  və  informasion  cəmiyyət,  vətəndaş  cəmiyyəti  və 

hüquqi dövlət konsepsiyalarını, etik problemləri ətrafı təhlil edərək maraqlı 

fəlsəfi  fikirlər  irəli  sürən  Azərbaycan  filosofu  İlham  Məmmədzadə 

qloballaşma barəsində yazır: ―Qloballaşma milli dövlətlərə meydan oxuyur. 

Dünya iqtisadiyyatının və maliyyəsinin inteqrasiyası milli dövlətlərin qəbul 

etdiyi  qərarların    əhəmiyyətini  azaldır.  Əgər  əvvəllər  dövlət  sərhədləri 

hakimiyyətin  siyasi  və  iqtisadi  səlahiyyəti  daxilində  idisə,  indi  dövlət 

getdikcə  daha  çox  ümumdünya  iqtisadiyyatına  cəlb  edilir,  dünya  miqyaslı 

iqtisadi prosesdən asılı vəziyyətə düşür. Transmilli korporasiyaların (TMK) 

iqtisadi  qüdrəti  suveren  dövlətlərin  çoxunun  ümumi  daxili  məhsulu  ilə 

müqayisə  edilir.  Hər  hansı  bir  ölkənin  nəzarətindən  kənarda  olan 

beynəlxalq  maliyyət  sistemi  öz  şərtlərini  irəli  sürür.  Beynəlxalq 

münasibətlərin transmilliləşməsi nəticəsində iqtisadi həyat fəal şəkildə ayrı-

ayrı  dövlətlərin  sərhəddindən  kənara  çıxır.  Tənzimlənməsində  hər  bir 

dövlətin maraqlı olduğu təsərrüfat məkanı dövlətlərin öz qanuni ərazilərinə 

uyğun gəlmir. Dünyanın siyasi və iqtisadi xəritələri çox hallarda bir-birinə 

uyğun gəlmir, milli suverenlik isə getdikcə əvvəlki məzmununu itirir.  

Ərazi üzərində nəzarətin qismən itirilməsi və bununla əlaqədar milli dövlət 


788 

 

funksiyalarının  həmin  dövlətin  fövqündə  duran  beynəlxalq  qurumlara  və 



onların  arxasında  duran  qüvvələrə  keçməsi  vətəndaş  cəmiyyətinin  bütün 

təşkilat  sistemini  prinsipcə  kökündən  dəyişir.  Dövlət  aparatı  ictimai  həyat 

qaydaları və normalarını işləyib hazırlamaq sahəsində nəzarəti qismən itirir, 

beynəlxalq  hüquq  normaları  aparıcı  rol  oynamağa  başlayır.  Qlobal 

qaydaların  formalaşdığı  bir  şəraitdə  milli  dövlətçilik  ikiqat  təzyiqə  məruz 

qalır  –  yuxarıdan  beynəlxalq  və  fövqəltəşkilatlar,  aşağıdan  lokal  bölgə 

strukturları.  İndiki  vaxtda  siyasi  dünya  milli  mədəniyyətlər  çərçivəsindən 

kənara  çıxsa  da,  çox  hallarda  vahid  siyasi  məkana  çevrilsə  də,  sosial-

mədəni fərqlər hələ də qalmaqdadır və vahid informasiya meydanında bir-

biri  ilə  toqquşurlar.  Böyük  dünya  dinləri  nəhəng  regionları  əvvəlki  kimi 

birləşdirir, hərəsi özünün xristian, müsəlman, hind-buddist, konfutsi-buddist 

dünyasını  yaradır.  Sosial-mədəni  və  dini  fərqlər  çox  vaxt  siyasi  dialoqa 

mane olur, siyasi münaqişələrdə bayraq kimi istifadə olunur.  

Yuxarıda  deyilənlər  zamanın  reallığı  olsa  da,  qloballaşma  prosesi    milli 

dövlətlərin  ənənəvi  funksiyalarının  keyfiyyətcə  dəyişməsinə  və 

məhdudlaşmasına,  beynəlxalq  və  transmilli  təşkilatların  isə  daha  da 

güclənməsinə  gətirib  çıxarır.  Bu  prosesdə  müasir  informasiya 

texnologiyasının rolu həlledicidir (8, s.13). 

XX  əsrin  ikinci  yarısından  qloballaşma  proseslərinin    genişlənməsi, 

informasiya  texnologiyalarının,  kütləvi  kommunikasiya  vasitələrinin   

inkişafi,  habelə  elmi  tədqiqatlarda  yeni  metodoloji  yanaşmaların  – 

sinergetika, diskurs və s. kimi yanaşmaların yayılması ilə fəlsəfi-intellektual 

məkanda  yeni  təfəkkür  tipi  qərarlaşmağa  başladı.  Elmi  rasionallığın    tipi 

filosofun  fəaliyyətini  daha  geniş  rakursda  götürərək  obyekt  haqqında 

biliklərimizin təkcə tədqiqat vasitələrindən və əməliyyatlardan deyil, alimin 

həm  elmdaxili,  həm  də    sosial  oriyentasiyasından    da  asılı  olduğunu 

vurğulayır. 

Klassik  elmin  cəmiyyətə  verdiyi  töhfələrin  yeri  nə  qədər  böyükdürsə  də, 

postneoklassik  ideya  və  fikirlərin  meydana  gəlməsi  və  cəmiyyətin 

xidmətinə  verilməsi  böyük  aktuallıq  kəsb  edən  mühüm  məsələdir.  Çünki 

postneoklassik elm klassik elmdən  qidalanaraq yeniliyi təbliğ edir,  bunun 

həticəsində  bir  sıra  köhnəlmiş  ideya  və  fikirlər  tarixin  arxivinə  verilir.  

Bunun  üçün, yəni postneoklassikanın tam inkişafı və cəmiyyətdə öz yerini 

tapması, yeni-yeni fikirlərlə cilalanması üçün  müəyyən zaman lazımdır.  

Bu  gün  postneoklassik    elmin  problemlərinə  həsr  olunmuş  çoxlu  sayda 

əsərlər  işıq  üzü  görməkdədir.  Postneoklassik  elmin  xüsusiyyətlərinə  bu 

sahənin  tanınmış  mütəxəssisi  görkəmli  Azərbaycan    filosofu  Ə.S.Abasov 

aşağıdakıları  aid edir: a)  təbiətin  mexanizm  yox,  bütöv  bir  orqanizm  kimi 

qavranılması,  -  bu,  biosfer,  ekosistem  (ekologiya)    kimi  anlayışlarda  öz 


789 

 

əksini  tapır;  b)  elmi  və  texnoloji  mənimsənin  obyektinə  mürəkkəb, 



özinkişafda olan sistemlərin  daxil olması və bunun nəticəsi olaraq  qeyri-

zorakılıq  hərəkət    strategiyalarının  aktuallaşması;  d)  həqiqət  və 

mənəviyyatın    bir-biri  ilə  ayrılmaz  bağlılığı  ideyasının  irəli  sürülməsi. 

Ə.S.Abasov  bildirir  ki,  rasionallığın  postneoklassik  tipinin  meydana 

gəlməsi,  təbii  ki,  fəlsəfi  təfəkkür    tərzinə  yenidən  baxılması  məsələsini  də 

aktuallaşdırdı.  Bu,    fəlsəfi  diskussiyaların  əsas  mövzularından  birinə 

çevrildi,  bu  diskussiyalardan  elmi  zəkanın  əxlaqla  birləşdirilməsinin 

mümkünlüyü, elmi-texniki tərəqqinin humanistləşdirilməsi, dünyanın yeni, 

qeyri-xətti  mənzərəsinin  olması    haqqında    fəlsəfi-dünyagörüşü    nəticələr 

əldə edildi. Artıq danılmaz fakt olmuşdur ki, xətti modellərə arxalanmaqla 

müasirliyin  bir  çox  problemlərini  həll  etmək  mümkün  deyil.  Sosial  və 

iqtisadi  elmlərdə,  siyasətdə  və  humanitar  elmlərdə    çalışan  mütəxəssislər 

dərk  edirlər  ki,  bəşəriyyətin  əsas  problemləri  də  qloballığı,  mürəkkəbliyi, 

qeyri-xəttiliyi ilə seçilir. O,  verballığın  3 növünü ayırd edir:1. Monoloq  -  

başqasının fikrini nəzərə almamaq. 2.  Dialoq -  müsahibin dünyagörüşünü  

və    ideyalarını  qəbul  etmək.  3.  Poliloq  -    müzakirədəki  iştirakçıların 

dünyagörüş  və ideyalarının  çox obrazlılığına diqqət yetirərək qəbul etmək. 

Həmin növlərə uyğun olaraq  Ə.S.Abasov  aşağıdakı  təsnifatı əsaslandırır: 

1. Monoloq -  klassik fəlsəfə  və elm. 2.  Dialoq -  qeyri-klassik fəlsəfə və 

elm. 3. Poliloq – postneoklassik  fəlsəfə və  elm (9, s.50). 

Buna  görə  də  Ə.Abasov  postneoklassik    fəlsəfəni    Azərbaycan  filosofları 

üçün    terraincognito  adlandırmagın  düzgün  olmadığını  və  onların 

bəzilərinin  idrakın  bu  istiqamətində    uğurlu  tədqiqatlar  apardığını  yazır. 

Bununla  bərabər    filosof  qeyd  edir  ki,  bu  tədqiqatların  hamısı  nəzəri 

xarakter  daşımır  və  fəlsəfənin,  elmin,  Azərbaycan  cəmiyyətinin  praktik 

reallıqları ilə uzlaşmır. (10, s.15). 

Görkəmli Azərbaycan filosofu Ə. Abbasovun  sistem yanasma, sistemlilik 

və  butövlük  problemi,  mürəkkəb  sistemlər  nəzəriyyəsi,  mürəkkəblik 

fəlsəfəsi,  sinergetika,  optimum  fəlsəfəsi,  idarəetmənin  sinergetik  fəlsəfəsi, 

tənqidi sinergetik təfəkkür və açıq cəmiyyət konsepsiyaları, postneoklassik 

epistemologiya, milli maraqlar və milli ideologiya, azərbaycançılıq ideyası, 

insan haqları və ictimai rəy, intellektual resursların idarə olunması və insan 

kapitalı,  yeniləşən  cəmiyyətdə  iqtisadi,  siyasi  və  sosial  institutların 

transformasiyası,  ictimai  meqatrend  problemi,  geosiyasi  fəlsəfə  və  dünya 

nizamı  problemləri,  bəşəriyyətin  inkisaf  nəzəriyyəsi  üzrə  tədqiqatlar  onun 

yaradıcılıgının əsas istiqamətləridir. Onun orijinal yaradıcılığı qnoseoloji və 

məntiqi  zəminlərin,  metodoloji  yanasmaların,  akseoloji  məqamların 

dürüstlüyü,  tamlığı  və  evristliyi  ilə  fərqlənir.  Bu,  filosofun  böyük 

məsuliyyətinin,  vətənpərvərliyinin,  xalqına  və  bəşəriyyətə  sonsuz 


790 

 

məhəbbətinin,  haqqa  və  ədalətə  vurğunlugunun  məhsuludur.  Professor 



―Milli fenomenlərin dərki və şərhində adekvat epistemologiya zərurəti‖adlı 

məqaləsində  ―millət‖,  ―milli  ideya‖,  ―milli  ideologiya‖,  ―milli  maraqlar‖ 

kimi  cəmiyyətin  və  dövlətin  taleyində  fundamental  əhəmiyyətə  malik  olan 

fenomenlər haqında yazır: ― ... ortada yekdil qəbul edilmiş, qərarlaşmış fikir 

yoxdur.  Nəzəri  pərəkəndəlik,  ümumi  bir  məxrəc  üzərində  vahidliyi  təmin 

etməyən  fikir  müxtəlifliyi  isə,  bütün  hallarda,  praktiki  işlərin  gedişinə, 

ictimai  proseslərin  cərəyanına  mənfi  təsir  göstərməyə  bilməz.    Bugünün 

özündə də bir çoxları belə vəziyyəti, əfsuslar ki, demokratiyanın təzahürü, 

hətta  təntənəsi  hesab  edirlər.  Unudurlar  ki,  millətin  və  dövlətin 

müqəddaratına xidmət etməli olan fundamental kateqoriyalar hansısa dəbə 

(qlobal  olsa  da  belə!)  qurban  verilməməlidir.  Ümumiyyətlə,  həqiqi 

demokratiyaya  xidmət  dəbə  qulluqla  bir  araya  sığmır.  Demokratiyaya, 

xalqın,  millətin  və  şəxsiyyətin  suverenliyinə  aparan  yol  ağıldan, 

təfəkkürdən  keçir.  Hələ  vaxtilə  Akvinalı  Foma  deyirdi:  ―Hər  bir  azadlığın 

kökü  zəkadadır‖.  Beləliklə,  məntiqi  olaraq,  deyə  bilərik  ki,  mühüm 

kateqoriyalara  yetirilən  ziyanlar  bilavasitə  dəbin  özündə  və  ona  qulluqda 

(köləlikdə)  deyil,  problem  təfəkkürdə,  əqli  durumda  yuva  salmış  xəta  və 

nöqsanlardadır.  O  cümlədən  –  barəsində  söhbət  gedən  kateqoriya-

fenomenlərə  koqnitiv  fəzada  yararlı,  yəni  tarixi  situasiyaya  və  sosial 

zamana, elmi tələb və meyarlara, reallıq və məntiq dəqiqliyinə cavab verən 

qnoseoloji  zəminlərin  və  metodoloji  yanaşmaların  yoxluğunda,  yaxud  da 

gücsüzlüyündədir.  Bütövlükdə,  özündə,  zəruri  olaraq,  aksioloji  məqamları 

da ehtiva edən epistemoloji sistemin olmaması və yaxud yararsızlığı nəinki 

ictimai  inkişaf  və  sosial  rekonstruksiya  üçün  əhəmiyyətli  olan  bugünkü 

problemlərin  həllini  qəlizləşdirir,  həm  də  keçmişi  dəyərləndirməkdə  və 

gələcəyi müəyyənləşdirməkdə maneə törədir, səhflərə yol açır. 

Ola  bilsin  ki,  bir  çox  bioloji,  fiziki,  kimyavi,  riyazi  və  sair  obyekt-

fenomenləri    təhlil  edib  öyrənmək  üçün  başqaları  tərəfindən  ortaya 

qoyulmuş və bir növ ümumi sərvətə çevrilmiş məhsuldan, yəni epistemoloji 

bazadan  qədərincə  bəhrələnmək  olar  (bunu  tarixi  praktikanın  özü  də 

təsdiqləyir!), lakin, fikrimcə, milli səciyyə daşıyan, daha dəqiq desək, milli 

mahiyyəti  ifadə  edən  və  bilavasitə  bu  mahiyyətin  xidmətində  dayanan 

fenomenlərin  tədqiqində  ―öz  epistemologiyamız‖  olmalıdır,  başqalarından, 

―ümumi‖dən  bəhrələnmək  yalnIz  məhdudi  çərçıvədə  ola  bilər.  Əlbəttə  ki, 

belə  epistemoloji  arsenalın  yaradılmasında  dünyada  mövcud  olan  həm 

nəzəri,  həm  də  praktiki-təcrübi  sərvətdən  istifadə  vacibdir.  Burada  özünə 

qapılma  əvvəlcədən  nəyisə  yaratmaq  prosesinə  son  qoymaq  deməkdir. 

Yaradıcılıq  aktı,  kreativlik  yalnız  ətrafa,  mühitə  açıqlıq  vəziyyətində 

mümkündür.Ümumiyyətlə,  əqli  və  əməli  fəaliyyətin  dinamik  açıq  sistem 


791 

 

məzmun-mahiyyətində qurulması etibarlı inkişaf və tərəqqinin şərtidir. 



Bu  məntiqin  davamı  olaraq  deyə  bilərik:  milli  məzmun-mahiyyətli 

fenomenlərlə  bağlı  vəzifə  və  prioritetlər  bizim  araşdırmaların  qabaqçıl 

elmin  müasir  epistemologiya  sahəsində  əldə  etdiyi  səviyyəyə  müvafiqliyi 

kontekstindən  qavranılmalı  və  reallaşdırılmalıdır.  Yuxarıda  zərurətini 

göstərdiyim  ―öz  epistemologiyamız‖ın  yaradılması  prosesi  də  yalnız  bu 

zirvəyə  yaxınlığı,    doğmalığı  şərtilə  məhsuldar  və  faydalı  ola  bilər‖(11,  s. 



275-276). 

Milli fəlsəfəmiz günü-gündən inkişaf edir, yeni-yeni fikirlərlə cilalanır. Bu 

fəlsəfədə  irəli  sürülən  fikirlər  cəmiyyətin  inkişaf  vektoruna  uyğun  gələrək 

yeni-yeni  çalarlar  əldə  edir  ki,  bunun  müqabilində  əldə  olunan  biliklər 

sintezləşdirilir, fərqli baxışların təsiri altında daha da möhkəmlənir.  

 

Ədəbiyyat

1.Şükürov A. Fəlsəfə. Bakı, 2011. 

2.Abbasov  Ə.F.  Fəlsəfə  millətləşmənin  və  müstəqil  dövlətçiliyin  zəruri 

əsaslarındandır//Müasir fəlsəfə və Azərbaycan: tarix, nəzəriyyə, tədris. Toplu. Bakı, 

Elm, 2011, s. 6-7. 

3. İmani E.http://sizinyol.com/2017/02/milli-f%C9%zi-qeydl%C9%99rim/ 

4.www.elmarhussein.az    13.01.19 

5. www.redaktor az.  01.05.19 

4.Ramazanov F. və b. Fəlsəfənin əsasları. Bakı, 1997.  

5.Mehtiyev R. Fəlsəfə. Bakı, 2007. 

6.  Rüstəmova  A.  Azərbaycanda  milli  ideyanın  formalaşmasında  maarifçiliyin  və 

modernləşmənin rolu//http://xalqqazeti.com/az/news/politics/87510 

7. Hacıyev Z. Fəlsəfə. Bakı, Elm, 2012. 

8.Məmmədzadə  İ.  Qloballaşma  və  müasirləşmə  şəraitində  fəlsəfənin  aktuallığı  

haqqında. Bakı,  Təknur, 2013. 

9.Aбасов  А.С.  Монолог  классисизма,  диалог  неклассизма  и  полилог 

постнеклассизма.  /Müasir  fəlsəfə,  elm  və  mədəniyyət:postqeyri-klassik 

epistemologiya. Konfrans materialları. Bakı, Təknur, 2011 

10. Абасов А.С.  Вместо введения. /Müasir fəlsəfə, elm və mədəniyyət:postqeyri-

klassik epistemologiya. Konfrans materialları. Bakı, Təknur, 2011. 

11.  Abbasov.  Ə.F.  Milli  fenomenlərin  dərki  və  şərhində  adekvat  epistemologiya 

zərurəti//Müasir  fəlsəfə,  elm  və  mədəniyyət:  postqeyri-klassik  epistemologiya. 

AMEA  Fəlsəfə,  Sosiologiya  və  Hüquq  İnstitutunun  Müasir  fəlsəfə  problemləri 

şöbəsi. Respublika konfransının materialları. Bakı, Təknur, 2011, s.275-276. 

12. Rüstəmov Y. Fəlsəfənin əsasları. Bakı, Təknur, 2008. 

 

 



792 

 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin