Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə80/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   76   77   78   79   80   81   82   83   ...   98
AMEA-National Philosophy-2019


 Mifologiya məzmun  və  formaca  müxtəlif  olduğuna  görə  müxtəlif 

məqsədlərə xidmət etmışdir. Onun köməyi ilə insan kosmosu, ətraf aləmin 



831 

 

predmet və hadisələrini bəşəriləşdirməklə, canlılandırmaqla onlara anlaşılır, 



heyrət və həyacanlarını dəf edir, özünə təskinlik verir, pisi yaxşıdan ayırd 

edə  bilir.  Mifologiyada  keçmiş,  gələcək  və  indi  uzlaşdırılır.  Onun  vasitəsi 

ilə  bu  və  ya  digər  xalqın  kollektiv  şüuru  formalaşır,  nəsillərin  mədəni 

əlaqəsi  təmin  edilir,  cəmiyyətin  mənəvi  sərvətlər  sistemi  hifz  olunur, 

müəyyən davranış normaları təqdir edilir. 

Dünyanın  yaranması  və  cəmiyyətin  meydana  gəlməsi,  həyat,  ölüm  və  s. 

haqqında  vaxtı  ilə  mifologiyanın  irəli  sürdüyü  suallara  cavab 

axtarmaqda din və  fəlsəfə  başqa  yolu  seçirlər.  Mifin,  dinin,  incəsənətin, 

fəlsəfi  və  elmə  qədərki  təsəvvürlərin  əvvəllər  bir-birilə  culğalaşan  inkişaf 

yolları  zaman  keçdikcə  bir-birindən  fərqlənən  müxtəlif  istiqamətlərə 

çevrilir.  Ətraf  hadisələr  tədricən  insanlarda  daha  aydın  təsəvvürlər 

yaratmağa  başladıqca  dünyanın  mifoloji  izahatı  artıq  onları  qane  etmir. 

İnsan  təfəkkürünün  yaradıcılığa  doğru  inkişafı  yeni  mərhələyə  qədəm 

qoyur. Dünya və həyat haqqında mif və dinlə sıx əlaqədar, dinin ağuşunda 

əmələ gəlmiş ilkin fəlsəfi elməqədərki təsəvvürlər ictimai şüurun müxtəlif 

tipləri kimi formalaşır. 



Din dünyagörüşün elə bir formasıdır ki, burada dünyanın anlaşılması onun 

ikiləşdirilməsi prinsipi əsasında mümkün sayılır. Əbədi axirət dünyasına və 

hiss  üzvləri  ilə  bilavasitə  qavranılan  real  aləmə  bölünən  dünya  dində 

fövqaltəbii qüvvələrin fəaliyyətinin məhsulu kimi təqdim olunur. Dini şüura 

xas  olan  ən  mühüm  əlamət  fövqaltəbiiliyə,  fövqaltəbii  varlıqlarla  real 

obyektlər  arasında  fövqaltəbii  əlaqələrə,  real  obyektlərin  fövqaltəbii 

xususiyyətinə  inamdır,  etiqaddır.  Bu  mənada  mifologiya  ilə  dinin  ilk 

mənbələri sanki eynidir. 



Din forma  və  mahiyyətcə  olduqca  mürəkkəb  təbiətə  malikdir.  Ateizm 

tərbiyəsini  proqram  vəzifə  elan  edildiyi  sabiq  sosializm  quruculuğu 

şəraitində dinə birtərəfli, həm də yanlış təriflər verilmış, o, keçmişin zərərli 

qalığı elan edilərək kəskin tənqid hədəfinə  çevrilmişdir. Söz yox  ki, dinin 

bəşər  tarixində  rolu  ziddiyyətli  olmuşdur.  Sinifli  cəmiyyətlərdə  dini 

fanatizim, mövhumat hakim qüvvələr tərəfindən cəhalət aləti kimi istifadə 

edilmişdir.  Tarixən  bəlli  olan  saysız-hesabsız  müharibələr  dinin  bayrağı 

altında  aparılıb.  Lakin  dinə  qiymət  verilərkən  ondan  hansı  məqsədlər 

naminə  istifadə  olunmasını  deyil,  onun  həqiqi  məziyətlərini  və  necəliyini 

əsas götürmək lazımdır. 



Din mənəvi  mədəniyyətin  tərkib  hissəsi  kimi  ümumibəşər  sərvətlərin 

zənginləşməsi yolunda mühüm amildir. O, özünün ayin və mərasimləri ilə 

insanlar  arasında  məhəbbət,  xeyirxahlıq,  səbr,  əzablara  sinə  gərmək, 

paxıllıq,  nəciblik,  vicdan,  borc,  ədalət  və  s.  kimi  müsbət  keyfiyyətlərin 

aşılanmasına, mənəviyyatın zənginləşməsinə kömək edir. Din ilə fəlsəfənin 


832 

 

yaxınlığı  da  məhz  bundadır.  Onların  hər  ikisi  adamların  şüuruna  və 



davranışına təsir göstərən oxşar problemlərin həllinə səy göstərirlər. Lakin 

dünyagörüşün  müxtəlif  formaları  kimi  onların  aralarındakı  fərq  olduqca 

böyükdür. 

Din kor-koranə  inama,  etiqada,  fəlsəfə  isə  zəkaya,  elmə  əsaslanır,  öz 

müddəalarını  məntiqi  pasional  cəhətdən  subuta  yetirir.  Fəlsəfədə  insanın 

dünyada yeri və rolu nəzəri cəhətdən aşkarlanır. Xiristanlıq və İslam kimi 

dünya dinlərində dünyagörüşü məsələlərinin qoyuluşu və həlli Allahın adı 

ilə  bağlıdır.  Fəlsəfədə  isə  ayrı-ayrı  mütəfəkkirlərin  düşüncə  tərzi,  əqidəsi, 

həyati mövqeyi, istək və arzuları zamanın tələbinin ifadəsi kimi başlıca amil 

hesab  edilir.  Etiqada  əsaslanan  dindən  fərqli  olaraq  fəlsəfə  dünyagörüşün 

intellektual  cəhəti  ön  plana  çəkilir,  dünyanın  və  insanın  zəka  və  rasional 

bilik mövqeyindən anlaşılmasına artan tələbat ifadə olunur. Bunu fəlsəfənin 

predmeti və funksiyalarının şərhində daha aydın görmək olar. 

 

Ədəbiyyat

1. Mehdiyev Ramiz. Fəlsəfə. Dərs vəsaiti. Bakı, ―Şərq-Qərb‖, 2010 

2.Дебец Г. Ф., Левин В. Г., Трофимов Т. А. Антропологический материал как 

источник изучения этногенеза. СЭ, 1952, № 1. 

3.Əbülqazi  Bahadır  xan.  Şəcərei  –  Tərakimə  (Türkmənlərin  soy  kitabı).  B.: 

Azərbaycan Milli Ensiklopediyası, 2002, 145 s. 

4.Əlizadə R. Türk epos ənənəsində əcdad kultu. Türk Dünyası İncelemeleri Dergisi 

/ Journal of Turkish World Studies, Cilt: VIII, Sayı 1, Sayfa: 95-105, İZMİR 2008. 

5.Inan A. Еski türk dini tarihi. İstanbul, MЕB, 1976. 256 s. 

6.İsmayıl Rüstəm qızı M. Naxçıvan əfsanələri. Naxçıvan, Elm, 2008. 190 s. 

 

                                                                                                                 

Asya Əhmədova 

 

AZƏRBAYCANDA QADINLARIN MAARĠFLƏNMƏSĠNDƏ  



MÜQƏDDƏS NĠNA” GĠMNAZĠYASININ ROLU

 

 

Azərbaycanda  XIX  əsrin  ortalarından  başlayaraq  yüksəliş  mərhələsinə 



qədəm  qoyan  maarifçilik  hərəkatı  nəticəsində  ölkədə  bir  çox  nüfuzlu 

cəmiyyətlər yarandı. Belə bir zamanda ölkənin müxtəlif şəhərlərində qadın 

cəmiyyətləri  də  yaranmağa  başladı.  Bu  illər  Tiflisin  intellektual  mühitində 

yetişən  ziyalı  nəsli  qabaqcıl  maarifçilik  ideyalarının  Azərbaycanda 

yayılması istiqamətində fəaliyyətə keçdi. 

1848-ci ilin aprel ayının 30-da 

Tiflisdə fəaliyyət göstərən "Müqəddəs Nina" 

qadın  xeyriyyə 

cəmiyyətinin  eyniadlı  qadın  təhsil  idarəsi  Azərbaycanda 

fəaliyyətə  başladı. 

Cəmiyyətin  açmış  olduğu  rus  qız  məktəbi  2  il  fəaliyyət 


833 

 

göstərdikdən  sonra  30  may  1850-ci  ildə  maliyyə  imkanınının  tükənməsi 



səbəbindən  öz  fəaliyyətini  dayandırmalı  oldu.    

Bu  cəmiyyətin  üzvləri 

arasında 17 nəfər azərbaycanlı qadın var idi. Onlardan Fatma Əsədbəyova, 

Xədicə Haqverdiyeva, Gövhər Qurtqaşinskaya, Balaxanım Xandəmirova və 

başqalarını  göstərmək  olar.  Bu  cəmiyyət  ölkədə  qadın  hərəkatına  stimul 

verdi.  1850-ci  ildə  maarifçi  Dilbər  xanım  atası  Mirmahmudun  köməyi  ilə 

Şamaxıda, öz evində qız məktəbi açdı. Uzun illər fəaliyyətini davam etdirən 

məktəbdə  1863-cü  ilə  qədər  şəriət,  ana  dili,  nəğmə  və  s.  dərslər  tədris 

olunurdu.  Bunun  ardınca  1865-ci  ildə  İrəvan  quberniyasında  "Müqəddəs 

Ripsime" cəmiyyəti qızlar üçün məktəb açdı. Həmin məktəbdə də fəaliyyət 

göstərən  65  qızdan  42-si  azərbaycanlı  idi.  Beləliklə,  qabaqcıl  qadınların 

təşəbbüsü  ilə  1864-cü  ildə  Dərbənddə,  1872-ci  ildə  Zaqatalada,  1873-cü 

ildə isə Şuşada qız  məktəbləri açılır. O cümlədən, Bakıda 1874-cü ildə ilk 

qadın gimnaziyası fəaliyyətə başlayır.  

Bu 

məktəblərin 



içərisində 

Azərbaycanda 

milli-mənəvi 

dəyərlərin 

formalaşmasında  və  Azərbaycan  qadınları  arasında  maarifçilik  hərəkatının 

yaranmasında 

Müqəddəs  Nina‖  qız  gimnaziyasının  özünəməxsus  yeri  və 



rolu olmuşdur.  1874 cü ildə ―Müqəddəs Nina‖ xeyriyyə cəmiyyəti yenidən 

Bakıda  qız  məktəbi  açdı.   1895-ci  ildə  isə  müəssisəyə  gimnaziya  statusu 

verildi.  Gimnaziya öz fəaliyyətini 1918-ci ilədək davam etdirə bildi. 

 

Müqəddəs  Nina  qız  gimnaziyası  Gəncədə  də  fəaliyyət  göstərib. 



Gimnaziyanın binası 

 

1883-cü ildə Gəncənin ikinci hissəsində, ermənilərin 



və  qeyri  müsəlmanların  kütlə

vi  yaşadıqları  ərazidə,  "Qırmızı  kənd" 

adlandırdılan  yerdə  inşa  edilib  və  bu  da  əbəs  yerə  deyildi.  Çünki,  Çar 

Rusiyası  azərbaycanlıların  elmə  yiyələnməsinin  daim  əleyhidarı  olub  və 

əsasən  xristianların  (ermənilərin)  elm  almaları  üçün  çalışıb,  əsas  elm 

mərkəzlərini də məhz xristianlar (ermənilər) olan ərazilərdə inşa edib. 

Gimnaziyada 1885-ci ildən 1906-cı ilə kimi 334 rus, 506 erməni, 66 gürcü, 

21 alman, 19 yəhudi, 16 polyak, 4 ingilis, 3 yunan, 3 sarı xaldey, 3 aysori, 1 

avstraliyalı və bir osetin qızı təhsil aldığı halda, burda yerli xalqın cəmi 3 

nəfər  nümayəndəsi  oxuyurdu  ki,  onlar  da  dövrünün  zadəgan  insanlarının 

övladları  idilər.  Xan  qızı  Ziyadxanova  Zərnitac,  məmur  qızı  Həsənbəyova 

Dilruba, general qızı Novruzova Sayad. 

1906-cı  ildə  Gəncədə  ilk  dəfə  olaraq  Müsəlman  Qadın  Komitəsi  qadınlar 

arasında  xeyriyyə  marafonu  keçirir.  Bu  azsaylı  savadlanan  azərbaycanlı 

qadınlara  paralel  olaraq  onlarla  neft  milyonçusunun  arvadı,  qızı  evlərində 

ianə  məclisləri,  "bəyaz  çobanyastığı",  "sinidə  lentlər"  aksiyaları  keçirir, 

özləri  kimi  varlılardan  pul  yığıb  qadınlar  üçün  məktəblər,  savadsızlığın 

ləğvi məntəqələri açdırırdılar. "Bəyaz çobanyastığı" günlərində "Müqəddəs 

Nina" gimnaziyasının qızları rəmzi olaraq adi çobanyastıqlarını ağlasığmaz 


834 

 

yüksək qiymətlərə alır, yığılan pullar müsəlman qızların təhsilinə verilirdi.  



Beləliklə, böyük bir maarifçilik hərəkatının genişlənməsinə təkan verən bu 

hadisələr çoxlu sayda qadın ziyalıların yetişməsində önəmli rol oynayıb. Bu 

qadınlar cəmiyyətin müxtəlif sahələrində öz yerlərini almağa başlayıblar. 

"Müqəddəs  Nina"  gimnaziyasını  bitirən  qızlar  arasında  Hənifə  xanım  

Məlikova-Abayeva -Azərbaycanın ilk maarifçi qadınlarından biri olmuşdur. 

Gördüyü böyük işlərlə xalqımızın yaddaşında dərin izlər qoymuş bu fədakar 

qadın  5  may   1856-cı  ildə  Şimali  Qafqazda,  Nalçikdə  dünyaya  göz  açıb. 

Atası  balkarların  dörd  əsas  tayfasından  biri  olan  Abayevlərin  ən  şöhrətlisi 

olan Aslan bəy Abayev  onu təhsil almaq üçün Tiflisə ―Müqəddəs Nina‖ qız 

məktəbinə  göndərib.  O  zaman  müsəlman  qızların  xristian  ölkəsində  təhsil 

alması çox nadir hadisə idi.  

Azərbaycanın  görkəmli  maarifpərvər  ziyalısı  Həsən  bəy  Zərdabi  ilə  ailə 

həyatı  qurması  Hənifə  xanımın  həyatını  Azərbaycanla  bağlamışdır. 

Millətimizin  və  ailəsinin  yolunda  fədakarlıqlar  göstərmiş  bu  gözəl,  ziyalı, 

sədaqətli  və  dəyanətli  xanım  Azərbaycanın  ilk  maarifçi  qadınlarından 

olmuş, Həsən bəy Zərdabi ilə birlikdə  bütün ömrünü maariflənmə işinə sərf 

etmişdir.  Həsən  bəy  Zərdabi  1875-ci  il  iyulun  22-də  Azərbaycanda  türk 

dilində  ilk  qəzet  olan  ―Əkinçi‖ni  nəşr  etdirir.  Həsən  bəy  Zərdabiyə  tək 

həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olan Hənifə xanım 1875-1877-

ci  illərdə  Əkinçi  qəzetinin nəşrində  Həsən  bəylə  birlikdə   çiyin-çiyinə 

çalışmış,  çox  əziyyətlər  çəkmişdir.  Hənifə  Məlikzadə  1880-cı  ildən 

başlayaraq Həsənbəy Məlikovla birgə 16 il polis nəzarəti altında Zərdabda 

yaşamağa məcbur olarkən üzləşdiyi əzab-əziyyətlərə rəğmən orada qadınlar 

arasında  maariflənmə  işləri  apararaq  xalqa  fayda  vermək  üçün  əlindən 

gələni  əsirgəməyib.  Hənifə  xanım  və  Həsən  bəy  Zərdabda  yaşadıqları 

dövrdə  -  1881-ci  ildən  başlayaraq  öz  evlərində,  mənzillərində  pulsuz 

məktəb  açıb,  yerli  din  xadimlərinin  və  o  vaxtlar  Zərdabda  məskunlaşmış 

ermənilərin əlaltılarının təqib və təzyiqlərinə baxmayaraq, heç bir təmənna 

ummadan  insanlara  elm,  savad  öyrədiblər.  Hənifə  xanım  öz  mənzilində 

uşaqlara  dərs  deməklə  bərabər,  oba-oba,  ev-ev  gəzib  qadınlara  biçib-

tikmək,  yazıb-oxumaq  öyrədir,  rus  dilindən  nağıllar  tərcümə  edib  danışır, 

mənzil-mənzil  dolaşıb  uşaqları  peyvənd  edir,  ayrı-ayrı  obalarda  qadın 

məsləhətxanaları  təşkil  edirdi.  On  altı  ildən  sonra  onlar  yenidən  Bakıya 

qayıdırlar. 

Bakıda  ilk  qız  məktəbinin  yaradıcısı  kimi  tarixə  düşən  Hənifə  Məlikova 

1901-1905-ci  illərdə  Bakı  milyonçusu  Hacı  Zeynəlabdin  Tağıyevin  açdığı 

və  nizamnaməsini  Həsən  bəy  Zərdabi  hazırladığı  ilk  müsəlman  qız 

məktəbinin  müdiri  işləyib.  O,  1909-cu  ildən  1919-cu  ilədək  Bakı  şəhər 

dövlət  birinci  rus-tatar  qız  məktəbində  müdir  vəzifəsində  çalışıb. 


835 

 

Maarifçilik  tariximizdə,  dünyəvi  təhsilin  inkişafında  və  savadlı 



mütəxəssislərin yetişməsində bu məktəblərin böyük rolu olmuşdur. 

Hənifə  xanım  Azərbaycan  qadınlarının  taleyində  çox  mühüm  rol  oynayıb. 

1907-ci  ildə  Həsən  bəyin  ölümündən  sonra  da  bu  dəyanətli  xanım  ictimai 

işləri  davam  etdirib.  Bakıdakı  məşhur  ―Nicat‖  cəmiyyətinin  qadın 

bölməsinin  yaradıcılarından  biri  kimi  qadınların  tərəqqisi  yolunda  çox 

böyük işlər görüb. Belə ki, 1908-ci ildə Hənifə xanım Məlikova-Zərdabinin 

təşəbbüsü  ilə  Bakıda  ―Nicat‖  cəmiyyətinin  bir  şöbəsi  kimi  ―Bakı 

xanımlarının  ilk  təşkilatı‖  yaradılıb.  Bakı  milyonçularından  Murtuza 

Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə 

böyüyərək Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib. 

Adı Azərbaycan tarixinə ilk maarifçi qadınlardan biri kimi düşən, gördüyü 

maarifpərvər işlər sayəsində Azərbaycanda yetərincə tanınan, xalq arasında 

böyük  rəğbət  qazanan  Hənifə  xanımın  adı,  onun  maarifçilik  fəaliyyəti 

Zaqafqaziyanın  demokratik  dairələrində  də  məşhurlaşıb.  Cəhalətlə 

mübarizə aparan, tərəqqipərvər əməllərə təşəbbüs göstərən bu fədakar ziyalı 

xanımın  amalı  türk  qadınlarının  mədəni  səviyyəsini  bacardığı  qədər 

yüksəltmək idi. Hənifə xanım deyirdi: "Həyatımın məqsədi avam kütlənin, 

xüsusən  də  qadınların  hüquqları  və  istismara  qarşı  mübarizədə  türk 

qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır. Xoşbəxtəm 

ki, türk qadınının əsarətdən qurtarması üçün bütün üfüqlərin açıldığı dövrə 

kimi yaşamışam"(3). 

Hənifə  xanım 1920-1926-cı  illərdə  Azərbaycan  SSR  Xalq  Maarif 

Komissarlığında məsul vəzifədə işləmişdir.  

Yüksək insani keyfiyyətləri ilə xalqın dərin hörmət və ehtiramını qazanmış 

Hənifə  xanım,  Azərbaycanda  həyat  yoldaşı  haqqında  memuar  yazan  altı 

qadından  birincisidir.  Hənifə  xanım  1925-ci  ildə  həyat  yoldaşı  haqqında 

xatirələrini  çap  etdirib.  Onun  böyük  fəxrlə  qələmə  aldığı  bu  xatirələrdə 

Həsən  bəylə  birlikdə  xalqın  maariflənməsi  yolunda  necə  fədakarlıqla 

mübarizə apardığı əksini tapıb. 

Unudulmaz  maarifçi  xanım  Hənifə  Məlikova-Zərdabi  1929-cu  ildə  73 

yaşında  Bakıda  vəfat  edib.  Həsən  bəy  Zərdabi  kimi  onu  da  bütün  Bakı 

əhalisi son mənzilə dərin hüzn və ehtiramla yola salıb. Azərbaycan Mərkəzi 

İcraiyyə  Komitəsinin  sədri  Qəzənfər  Musabəyov  dəfn  mərasimində  çıxış 

edib:  ―Biz  bu  gün  ağsaçlı  ananı  son  mənzilə  yola  salırıq.  Onun  tərbiyə 

etdiyi,  təhsil  verdiyi  övlad  bir  deyil,  beş  deyil,  on  da  deyil  –  minlərlədir. 

Xalqımız  Hənifə  xanımın  elədiyi  xeyirxahlığı,  təmənnasız  yaxşılığı  heç 

vaxt unutmayacaq‖ (4). 

Hənifə  xanım  şəhər  qəbiristanlığında  dəfn  olunub,  sonralar  nəşi  Fəxri 

xiyabana - həyat yoldaşı Həsən bəy Zərdabinin məzarına köçürülüb.  


836 

 

―Müqəddəs Nina‖ məktəbini bitirənlərdən biri də Azərbaycan maatifpərvəri 



Firuzə  Vəkilovadır.  O,  1878-ci  ildə    Salyanda  anadan  olub.  Firuzə  xanım 

əslən  Qazax  mahalının  Salahlı  kəndindən  -  məşhur  Vəkilovlar  nəslindən 

olan  rus  ordusunun  polkovniki  Abbasqulu  bəy  Vəkilovun  qızı  idi.  O, 

Tiflisdə  Müqəddəs  Nina  Qızlar  Gimnaziyasını  bitirmiş,  rus  və  fransız 

dillərinə  mükəmməl  yiyələnmişdi.  Firuzə  xanım  teatrı,  musiqini  də  çox 

sevmiş, rus və Avropa ədəbiyyatına dərindən bələd olmuşdur. 

Azərbaycanın  məşhur  xanəndəsi  Məcid  Behbudovun  həyat yoldaşı, 

Azərbaycan  müğənnisi,  SSRİ  xalq  artisti  Rəşid  Behbudovun  anası  Firuzə 

Vəkilova  1927-ci ildə Bakıda vəfat edib. 

Ömrü boyu maarif və mədəniyyətin inkişafına çalışmış qadınlardan biri də 

Mədinə 

xanım 


Qiyasbəyli 

olmuşdur. 

O, 

1889-cu 


ilin 

aprelində Qazax qəzasının  Salahlı  kəndində  maarifpərvər Mehdi  ağa 

Vəkilovun ailəsində  dоğulmuş,  ilk  dini-dünyəvi  təhsilini  valideynlərindən, 

sonralar  isə  Tiflisdə  "Müqəddəs  Nina"  pedaqоji  məktəbində  almışdır. 

Mədinə  xanım  daha  sonra  1905-ci  ildə  birillik  pedaqoji  kursu  bitirmiş, 

müəllimlik şəhadətnaməsi almışdır. Təhsilini başa vurduqdan sоnra 1906-cı 

ildə 17 yaşlarında ikən doğma Salahlı kəndində – öz yaşadığı evdə birsinifli 

ilk  kənd  qız  məktəbini  açmış,  оrada  dərs  demişdir.  Qazax  və  Gədəbəy 

bölgələrində  məktəb  təşkil  etmiş  Mədinə  xanım  Qiyasbəyli  1918-ci  ildə 

Qazax qəzasında xalq məktəblərinin inspektoru olmuşdur. Bakıya köçəndən 

sonra  da  burada  yaşadığı  mənzildə  kurslar  təşkil  etmişdir.  Sonra 

azərbaycanlı  qızlar  üçün  Darülmüəllimat-qız  məktəbləri  üçün  ibtidai  sinif 

müəllimləri  hazırlayan  ilk  pedaqoji  təhsil  ocağını  yaratmışdır.  1920-33-cü 

illərdə  Bakı-Darülmüəllimatının  müdiri, Bakı ali  məktəblərinin  rus  dili 

müəllimi  оlmuş,  Bakıda  orta  məktəblərdə,  Kənd  Təsərrüfatı  İnstitutunda 

müəllimlik  etmiş,  milli  pedaqоji  kadrlar  hazırlamışdır. O,  "Şərq  qadını" 

məcmuəsinin təsisçilərindən  biri  və  müəllifi  idi.  "Şərq  qadını"  jurnalının 

yaradıcılarından  biri  kimi  savadsızlığa  qarşı  mübarizəyə  qoşulmuşdur. 

Mədinə  xanım  həmçinin  də  tərcüməçilik  fəaliyyəti  ilə  ardıcıl  məşğul 

olmuşdur.  Rus  oxucuları  üçün  M.S.Ordubadinin  "Dumanlı  Təbriz", 

Əbülhəsənin  "Yoxuşlar"  romanı  və  başqa  ədiblərin  bəzi  əsərlərini 

azəricədən  ruscaya  tərcümə  etmişdir.  Səməd  Vurğun  A.S.Puşkinin 

"Yevgeni Onegin" mənzum romanının poetik tərcüməsi üzərində çalışarkən 

onun tövsiyələrindən bəhrələnmişdir.  

Mədinə  xanım  Qiyasbəyli 1936-cı  ilin  dekabrında  Azərbaycanda  Sovet 

Hakimiyyəti  qurulandan  sonra  da  musavatçı  mövqeyində  qalıb  Sovet 

Hökumətinə  qarşı  öz  ətrafına  əksinqilabi  ruhda  gəncləri  yığmaqda,  

əksinqilabi-millətçi  təşkilatın  üzvləri  R.Axundov,  B.Çobanzadə  ilə  əlaqə 

saxlamaqda günühlandıraraq həbs olunmuş və 45 yaşlı maarifpərvər ziyalı 


837 

 

xanım  Azərbaycan  SSR  XDİK  Xüsusi  Üçlüyün  1937-ci  il  26  sentyabr 



tarixli  qərarı  ilə    1937-ci  il  sentyabrın  28-də  gecə  saat  1.25  dəqiqədə 

güllələnmişdir.  Mədinə  xanım  Qiyasbəyli  haqqında  çıxarılmış  ədalətsiz 

hökm 24 avqust 1956-cı ildə Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri 

üzrə  Məhkəmə  Kollegiyası  tərəfindən  ləğv  edilmiş  və  ona  bəraət 

verilmişdir.  

Tiflisdəki  "Müqəddəs  Nina"  gimnaziyasını  bitirən  maarifpərvərlərdən  biri 

də  İncəsənət  Xadimi və Azərbaycanın  ilk qadın  pianoçularından  olmuş 

Xədicə Qayıbovadır.  24 may 1893-cü ildə Tiflisdə dünyaya gəlmiş Xədicə 

Qayıbovanın 

atası 


torpaq 

idarəsində 

çalışan 

və Tiflisin 

məşhur ruhanilərindən  olan  Osman  bəy  Müftizadə,  anası  isə   XIX  əsrdə 

burada  məskunlaşan tatar əsilli Terequlovlar  ailəsinə  mənsub  Züleyxa 

xanım idi. Atası qızına mükəmməl təhsil vermək arzusunda idi. Ona görə də 

bütün  imkanlarından  istifadə  edərək  onun ―Müqəddəs  Nina‖  Qızlar 

məktəbinə  daxil  olmasına  nail  olur.  Xədicə  xanım  burada orta  təhsillə 

yanaşı,  eyni  zamanda  mükəmməl fortepiano təhsili  də  alır.   Ancaq  atası, 

bacısı  və  qardaşını  vərəmdən  itirən  Xədicə  xanımın  təhsili  yarımçıq 

qalır. 1911-ci ildə buradan ayrılan 18 yaşlı Xədicə xanım  ailə həyatı qurur 

və  sonrakı  bir  neçə  ildə  qadınlar  üçün  nəzərdə  tutulan rus-müsəlman 

məktəbində dərs deyir. Xədicə xanım 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya 

köçür. Sovet  ordusunun Bakını  işğal  etməsindən  sonra Azərbaycan  SSR 

Xalq  Təhsil  Komissarlığında  Şərq  musiqisi  şöbəsinə  rəhbər  təyin  edilir. 

Musiqiçinin təşəbbüsü ilə «Qısamüddətli Şərq musiqi kursları» təşkil edilir, 

uşaq  xoru  yaradılır.  Onun  təşəbbüsü  və  birbaşa  iştirakı  ilə  Azərbaycanlı 

qadınları üçün musiqi-dram studiyası yaradılmışdır. O illərdə qurulan Şərq 

konservatoriyasının  banilərindən  hesab  olunan  Xədicə  xanım fortepianoda 

ifa  etdiyi klassik muğam əsərləri  ilə  qısa  zamanda  şöhrət  qazanır. 

İsmailiyyədə 

baş 

tutan 


konsertlərdə 

çıxış 


edən 

Xədicə 


xanıma H.Z.Tağıyevin  xüsusi  hörməti  varmış.  Hətta  H.Z.Tağıyev  ona 

üstündə  öz  şəkli  olan  servis  və  çox  qiymətli  briliant  qaşlı  üzük  də 

bağışlayıbmış.  Şərq  və  Avropa  musiqisinin  gözəl  bilicisi  kimi  o, 

respublikanın mədəni həyatında fəal iştirak edib, Ü.Hacıbəyov, R.M. Qliyer 

(sovet  bəstəkarı),  Bülbül,  H.  Sarabski,  M.L.Presman,  L.Rudolf,  L.Ab, 

Q.Primov  kimi  sənətkarlarla  əlaqə  saxlamış,  Azərbaycan  musiqi 

folklorunun toplanmasında böyük rol oynamışdır.  

Xədicə 


Qayıbova  

1927-1931-ci 

illərdə 

Azərbaycan 

Dövlət 

Konservatoriyasının   bəstəkarlıq     fakültəsində  təhsil  almışdır. 1927-ci  il 



tarixli məşhur çıxışında: "Qadın istərsə, başarar, nail olar. Tək gərək savad 

və  maarif  üçün  çalışmaqdır.  Mən  vətənimin  qızlarına  sonsuz  etimad 

edirəm" –söyləmişdi (6). 


838 

 

1933-cü ildə Xədicə xanım əks-inqilabçılıqda ittiham  olunaraq həbs edilir. 



Ancaq lazımi qədər dəlil olmadığından 3 ay sonra sərbəst buraxılan Xədicə 

xanım  çox  keçmədən  öz  peşəkar  fəaliyyətinə  davam  etdirir. 1934-cü 

ildə Azərbaycan Dövlət Konservatoriyasının tədqiqat heyətinə daxil olur və 

Azərbaycanın musiqi mirasının araşdırılması ilə vəzifələndirilir. 

17 mart 1938 tarixində həyat yoldaşı Rəşad Qayıbovun əksinqilabi-millətçi 

təşkilatın üzvü kimi həbs olunmasından qısa müddət sonra Xədicə xanım da 

həbs edilir. 1938-ci il aprelin 28-ə kimi Xədicə xanım müstəntiq tərəfindən 

9  dəfə  dindirilmiş, Azərbaycan  SSR XDİK-in  Xüsusi  Üçlüyünün 1938-ci 

il 19  oktyabr tarixli  qərarına  əsasən  Qayıbova  Xədicə  xanım  Osman  qızı 

Türkiyə  konsulluğu  ilə  əlaqəsinə  və  casusluq  fəaliyyətinə  görə  əmlakı 

müsadirə  edilməklə  güllələnməyə  məhkum  edilmişdir.  Cəza  1  həftə  sonra 

Bakıda  icra  olunmuşdur. Məhkum  olduğu  illərdə  eyni  hücrədə  qaldığı 

Sultanməcid  Əfəndiyevin  xanımı  Zivər  xanım  Əfəndiyeva  sonrakı  illərdə 

xatirələrində  qeyd  edir  ki,  hər  kəs  Xədicə  xanımın  sürgün  ediləcəyini 

düşünürdü.  Ancaq  bilinməyən  bir  səbəbdən  15  dəqiqəlik  bir  məhkəmə 

prosesi güllələnmə əmrilə başa çatdı. 

Azərbaycan  SSR Ali  Məhkəməsi  cinayət  işləri  üzrə  Məhkəmə 

Kollegiyasının 14  fevral 1956-cı  il  qərarına  əsasən  Xədicə  xanım 

Qayıbovaya bəraət verilmişdir.  

Ayna  Sultanova 1895-ci  ildə  indiki Şabran rayonunun Pirəbədil kəndində 

doğulub. 1912-ci  ildə  Bakıda  "Müqəddəs  Nina"  gimnaziyasını  bitirib  və 

həmin  məktəbdə  dərs  deyib. 1917-1918-ci  illərdə  bolşeviklərlə  sıx 

əməkdaşlıq  edib, 1918-ci  il  Mart  soyqırımı zamanı  bolşevik  mövqeyini 

dəstəkləmişdir. 

Ayna  Sultanova  və  həyat  yoldaşı H.Sultanov mart  qırğınından  az 

sonra Stepan  Şaumyanın  rəhbərliyi  ilə  yaradılmış kommuna ilə  sıx 

əməkdaşlıq edib və Azərbaycanda sovet rejimi qurmaq uğrunda çalışmışlar. 

O, Bakı 


Kommunasının 

süqutundan 

sonra Azərbaycan 

Xalq 


Cümhuriyyəti əleyhinə  fəaliyyətini  davam  etdirmiş  və Həştərxana gedərək 

Müsavat hakimiyyətini yıxıb, yerində kommunist sistemli bir ölkə qurmaq 

üçün bolşeviklərə yaxından köməklik göstərmişdi. Bu dövrdə A.Sultanova 

Rusiya  Kommunist  Partiyasının  Həştərxan  Quberniya  Komitəsi  müsəlman 

bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə 

komissarlıqda  maarif  şöbəsinin  müdiri  olmuşdu.  1919-cu  ilin  avqustunda 

Moskvaya  Y.Sverdlov  adına  kommunist  universitetində  oxumağa 

göndərilmiş,  eyni  zamanda  RSFSR  Xalq  Xarici  İşlər  Komissarlığında 

Yaxın Şərq şöbəsinin katibi işləmişdir. 

A.Sultanova XI  Qırmızı  Ordu Azərbaycana  daxil  olduqdan  sonra  Bakıya 

qayıtmış  və Azərbaycan  Kommunist  Partiyasının  Mərkəzi  Komitəsi 


839 

 

aparatında  qadınlar  şöbəsinin  təlimatçısı,  fəhlə  və  kəndli  qadınlar  şöbəsi 



müdirinin  müavini,  sonra  müdiri  vəzifələrində  çalışmış, 1923-cü  ilin 

noyabrında təsis olunmuş "Şərq qadını" jurnalının ilk redaktoru olmuşdur. 

"Şərq  qadını"  jurnalının  nəşrə  başlaması  Azərbaycanda  qadın  hərəkatı 

tarixində  əlamətdar  hadisə  oldu. Bu  jurnal  Şərq  aləmində  qadın  azadlığı 

uğurunda mübarizə aparan, qadınlar arasında azadlıq ideyalarını yayan ilk 

qadın jurnalı olmuşdur. "Şərq qadını" adlanan bu jurnalın adı  1938-ci ildə 

dəyişdirilərək  "Azərbaycan qadını "adlandırılıb. 

A.Sultanova   1930-1937-ci  illərdə  Azərbaycan  SSR  xalq  maarif 

komissarının  müavini,  maarif  komissarı  və  bir  qədər  sonra  ədliyyə 

komissarı və digər vəzifələrdə çalışmışdır.  

İctimai-siyasi  xadim, Azərbaycan  SSR-nin  Maarif  Xalq  Komissarı, "Şərq 

qadını" jurnalının  redaktoru,  Azərbaycan  tarixinin  ilk  qadın  naziri,  Xalq 

Ədliyyə  Komissarı  və  Ali  Məhkəmə  sədri  Ayna  Sultanova  siyasi 

fəaliyyətinin  böyük  bir  qismi  Azərbaycanda  Sovet  hakimiyyətinin 

möhkəmləndirilməsi olmuşdur. 

Müəyyən  müddətdən  sonra  yeni  qurulmuş  rejimin  onun  uğrunda  çalışdığı 

rejim  olmadığını  görmüş,  Stalinlə  görüşüb  şikayətlərini  bildirmək 

üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə 

dəstəsinin  müşayiəti  ilə  Bakıya  gətirilmiş,  istintaq  zamanı  çox  alçaldılmış 

və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 

iyul tarixli hökmü ilə ən yüksək cəzaya - güllələnməyə məhkum edilmişdir. 

Onun  qardaşı Qəzənfər  Musabəyov və  həyat  yoldaşı Həmid  Sultanov  da 

1938-ci  ildə  repressiyaya  məruz  qalmış  və  xalq  düşməni  kimi 

güllələnmişlər. 

14 iyun 1902-ci ildə Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan 

olmuş  Zivər  xanım  Məmmədova  da  ilk  orta  təhsilinə  yeddi  yaşında 

―Müqəddəs  Nina‖  qızlar  gimnaziyasında  başlamışdır.  O,  Şərqin  ilk 

heykəltəraş  qadını  idi.  Zivər  xanım  1924-cü  ildə  Bakı  Ali  Rəssamlıq 

Məktəbini  bitirmişdir.  O,  bir  müddət  S.D.  Erziya  və  P.V.  Sabsayın 

emalatxanasında  çalışmışdır.  Zivər  xanım  portret  ustası  kimi  tanınmış  və 

zəngin  bir  qalereya  yaratmışdır.  O,  hələ  tələbəlik  illərində  Hüseynqulu 

Sarabskinin büstünü yaratmış, sonralar isə Məhsəti Gəncəvinin, Nizaminin 

əsərlərinə  illüstrasiyalar  işləmişdir.  1930-40  illərdə  yaratdığı  Ə.Əzimzadə, 

H.Sarabski,  M.Əzizbəyov,  Sovet  İttifaqı  Qəhrəmanı  İ.Süleymanov,  Bəsti 

Bağırova və başqalarının büst-portretləri, Ü. Hacıbəylinin heykəli ən yaxşı 

işlərindəndir. Zivər xanımın yaratdığı ilk qadın təyyarəçilərindən olan Leyla 

Məmmədbəyova və  pambıqçı  Bəsti  Bağırovanın büst  əsərləri  dövrünün 

gözəl heykəltəraşlıq nümunələrindəndir. O, kiçik plastika əsərləri və tətbiqi 

sənət nümunələri də yaratmışdır.  


840 

 

Zivər  xanım  həmdə  gözəl  skripka çalırdı. Hətta  Üzeyir  Yacıbəyov öz 



sevimli skripkasını ona bağışlamışdır. Sənətkar dəfələrlə Üzeyir Hacıbəyov 

obrazına müraciət etmiş, böyük ustadın bir neçə variantda büst və heykəlini 

yaratmışdır.  O,  görkəmli  pedaqoqun  mühazirələrinin  dinləyicisi  olmuş, 

bəstəkarın  1922-ci  ildə  yaratdığı  və  rəhbərlik  etdiyi  Dövlət  Simfonik 

Orkestrində skripka çalmış, 1923-cü ildə ―Arşin mal alan‖ operettasının ilk 

tamaşasında  əsas  ifaçılardan  olmuşdur.  Zivər  xanım  1924-cü  ildə  Həbib 

Məmmədovla ailə qurmuş və  iki övladı olmuşdur. O, görkəmli Azərbaycan 

heykəltəraşı Tokay Məmmədovun  anasıdır.  

Zivər  Məmmədova  sevimli  müəllimi  Əzim  Əzimzadənin obrazınada 

müraciət etmişdir. Həmin abidə Fəxri xiyabanda Əzim Əzimzadənin məzarı 

üzərindədir.  Zivər  Məmmədova  milli  heykəltaraşlıq  sənətimizin  ilk 

yaradıcılarından  sayılır.  O,  Azərbaycan  mədəniyyətinin,  ədəbiyyatının, 

musiqisinin  inkişafında  mühüm  xidmətləri  olan  insanların  bədii  obrazları, 

daşlaşmış  surətlərini  yaratmağa  böyük  əmək  sərf  etmişdir.  Zivər 

Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat etmişdir.  

XIX  əsrin  ikinci  yarısından  başlayaraq  yaranan  məktəblərdə  qadınların 

savadlanması  artıq  XX  əsrin  əvvəllərində  Azərbaycanın  mədəni,  ictimai, 

siyasi  həyatında  özünü  göstərmişdir.  XX  əsr  dünyada  olduğu  kimi 

Azərbaycanda  da  qadınların  rolunun  cəmiyyətdə  artması  ilə  yadda  qalıb. 

Dünya  mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi 

dəyərlərinin  formalaşmasında  və  inkişafında  qadınlarımızın  böyük  rolu 

olub.   


Azərbaycan  qadını  XX  əsrdə  -  istər  Xalq  Cumhuriyyəti  dövründə, 

istərsə  də  sovet  hakimiyyəti  illərində  yaradılan  imkanlardan  xalqın, 

dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin