Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə8/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Birincisi, sosial sferaya daxil olan sahələri xarakterizə edən göstəricilərlə həyat səviyyəsini səciyyələndirən əsas göstəricilər eyniyyət təşkil edir;
İkincisi, sosial sferaya daxil olan sahələr əsasən xidmət sahələrini əhatə edir;
Üçüncüsü, bu sahələr məcmu halda maddi və mənəvi dəyər yaradaraq, insan potensialının inkişafında əhəmiyyətli rol oyna-yır;
Bunlardan başqa, sosial sferaya daxil olan sahələr ölkənin mil-li və iqtisadi təhlükəsizliyinin təmin olunmasının zəruri tərkib hissələri kimi çıxış edir. Ona görə də sosial sfera milli və iqtisadi təhlükəsizliklə sıx bağlıdır. Sosial sferada meydana çıxan təhlükə birbaşa və dolayısı ilə milli iqtisadiyyata təsir edir. Deməli, milli iqtisadiyyatın təhlükəsizliyi sosial sferanın təhlükəsizliyindən ası-lıdır. Bu baxımdan sosial sferanın təhlükəsizliyinin təmin olun-ması istənilən iqtisadi sistemin qarşısında duran ən zəruri prob-lemlərdən hesab olunur. Ona görə də inkişaf etmiş ölkələrdə sosial sahələrin inkişafına xüsusi diqqət yetirilir.
Sözsüz ki, sosial təhlükəsizliyin təmin edilməsi üçün, iqtisadi mühitlə yanaşı, sosial mühit də yaradılmalıdır. Əks təqdirdə iqti-sadi inkişafın dayanıqlığı qeyri-mümkün olar və sonda ölkə iqtisadiyyatı ciddi təhlükə ilə qarşılaşa bilər.
Burada sosial mühit dedikdə - insanı əhatə edən ictimai, maddi və mənəvi şərait, onun mövcudluğu və fəaliyyətinin məcmusu başa düşülür. Əlbəttə burada sosial mühit dar mənada işlədilir və bilavasitə insan həyatı ilə bağlı olan sahə və qrupların fəaliyyəti, onların inkişafına yaradılan şərait kimi şərh olunur. Unutmaq lazım deyil ki, cəmiyyətdə baş verən bütün hadisələr (təbii hadisələr istisna olmaqla) məhz insanın əməyinin, biliyinin, bacarığının, dünyagörüşünün, mədəniyyətinin və s. nəticəsi olaraq meydana çıxır. Bu bilik, bacarıq, dünyagörüşü isə sosial sferaya daxil olan xidmət (elm, təhsil, mədəniyyət, səhiyyə və s.) sahələrində formalaşır və inkişaf edir.
Sosial sferaya daxil olan sahələrin əhəmiyyəti ilə bağlı yuxa-rıda qeyd olunan fikirlərə əsaslanaraq demək olar ki, indiki bazar münasibətləri şəraitində sosial sferanın inkişaf imkanlarının mü-əyyənləşdirilməsi, bütün əhali üçün sosial xidmətlərin əlçatan olmasının təmin edilməsi vacibdir.
Dünya təcrübəsi göstərir ki, sosial sfera və iqtisadi fəaliyyət sahələrinin bir-biri ilə münasibətlərinin formalaşdırılması hər bir ölkənin milli və tarixi adət-ənənələrindən, dövlət quruluşundan, inkişaf səviyyəsindən, dövlət tənzimlənməsi mexanizmindən asılı olaraq bu və ya digər dərəcədə bir-birindən fərqlənir. Lakin bu fərq heç də sosial sfera anlayışının mahiyyətini, qarşıya qoyduğu məqsəd və vəzifələri dəyişmir. Məlumdur ki, sosial sferaya daxil olan sahələrin son məqsədi əhalinin rifahının yaxşılaşdırılmasına xidmət göstərməkdən ibarətdir.
Bildiyimiz kimi, insan iqtisadi və sosial münasibətlərin mər-kəzində dayanır və bu sosial sferanın əhəmiyyətini durmadan artı-rır. Artıq inkişaf etmiş ölkələrdə sosial sfera təkcə əhaliyə göstərilən sosial xidmətlərin yaxşılaşdırılmasıına deyil, eyni zamanda iqtisadiyyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.
Qeyd edək ki, xidmət sferasına iqtisadisosial xidmət sahələri daxildir. Bəzi inkişaf etmiş ölkələrdə istehsal olunan UDM-də xidmət sferasının xüsusi çəkisi 70%-ə çatır. Ümimiyyətlə, ABŞ və inkişaf etmiş Avropa dövlətlərində istehsal olunan ÜDM-də xidmət sahələrinin payı 50-70% arasında dəyişir. Bu göstəricinin tərkibində sosial xidmət sferası mühüm yer tutur. İnkişaf etmiş ölkələrdən fərqli olaraq, inkişaf etməkdə olan ölkələrdə xidmət sferanın iqtisadi artımda birbaşa iştirakı zəifdir. Bu da həmin ölkələrdə sosial sferanın zəif inkişafından xəbər verir.
Sosial sferanın inkişafı isə ilk olaraq əhalinin maddi və mənəvi istehlak tələbinin müəyyənləşdirilməsini zəruri edir. Çünki insanın (şəxsin) iqtisadi təbiəti onun tələbatından (maddi və mənəvi) başlayır və bu tələbatın, xüsusilə mənəvi tələbatın təmin edilməsində sosial sfera müstəsna dərəcədə müsbət rol oynayır.
Beləliklə, sosial sferanın iqtisadiyyatı elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə, turizm, sosial təminat, mənzil-kommunal təsərrüfatı və digər sahələrdə yaranan iqtisadi münasibətlər sistemini tədqiq edir. Bu münasibətlərin səmərəliliyi isə sosial rifahın təmin olunması prosesində əmələ gəlir.
Ümumiyyətlə, sosial sahələr əhalinin sağlam yaşaması, peşə və ixtisasa yiyələnməsi, istirahət etməsi, gələcək perspektivləri və sairlə bağlı xidmətlərin göstərilməsinə maddi, mənəvi və fiziki imkanlar yaradır. Məsələn, səhiyyə insanların sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması, təhsil insanların biliklərinin artırılması və məşğulluğunun təmin edilməsi imkanlarının genişləndirilməsi, idman insanların fiziki sağlamlığının möhkəmləndirilməsi, sosial təminat müxtəlif kateqoriyadan olan insanlara (əlil, kimsəsiz, yoxsul və s.) xidmət göstərilməsi, mədəniyyət insanların mənəvi ehtiyaclarının ödənilməsi, istirahət etməsi, mənzil-kommunal təsərrüfatı isə insanların yaşayış şəraiti ilə bağlı xidmətləri həyata keçirir.
Bütün yuxarıda sadalananlar sosial sferanı iqtisadiyyatın inki-şafında vacib amilə çevirir və onun dövlət tərəfindən tənzim-lənməsinin zəruri olduğunu göstərir.
Cəmiyyətin inkişaf tarixinin təhlili göstərir ki, bazar iqtisadiyyatının həddən artıq liberallaşması sosial problemlərin meydana çıxmasına və cəmiyyətdə qaçılmaz ziddiyyətlərin meyadana gəlməsinə səbəb olmuşdur. Bu ziddiyyətlər zaman-zaman yığılaraq sinfi mübarizə və inqilablar yolu ilə cəmiyyəti sosial sabitlikdən məhrum etmiş, cinayətkarlığın artımına şərait yaratmışdır. Nəticədə meydana çıxan problemlər (inflyasiya, işsizlik, cəmiyyətin sosial təbəqələşməsi, yoxsulluq və s.) iqtisadi və sosial sahədə tənəzzül dərinləşmiş və bu sahədə dövlət tənzimlənməsi zəruri amilə çevrilmişdir.
Baş verən tarixi inkişaf prosesi nəticəsində əhalinin gəlirlərinin dövlət tənzimlənməsinin minimal standartları yarandı, iş qabiliyyətindən məhrum olanların, işsizlərin, sosial cəhətdən həssas qrupların sosial təminatı sistemi inkişaf etdi. Sosial münasibətlərin dövlət tənzimlənməsinin zəruriliyi sosial “yönümlü bazar iqtisadiyyatı” kimi səmərəli iqtisadi sistemin formalaşmasına zəmin yaratmışdır.
Hazırda sosial yönümlü bazar iqtisadiyyatı sisteminin formalaşdığı ölkəmizdə də, sosial sferanın fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Bu həm birbaşa, həm də dolayı yolla həyata keçirilir. Birbaşa tənzimləmə dedikdə qanunvericilik bazasının yaradılması, dolayı yolla tənzimləmə dedikdə isə müxtəlif iqtisadi metodlardan (kreditlərin verilməsi, vergi güzəştləri və s.) istifadə olunması nəzərdə tutulur. Bu isə əhalinin sosial müdafiəsinin dövlətin himayəsində olması deməkdir. Bu öhdəlik Azərbaycan Respublikası Konstitusiyasında da öz əksini tapmışdır. Kostitusiyanın “Sosial inkişaf və dövlət” adlı 16-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki: “Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”. Həmin maddənin 2-ci bəndində isə qeyd olunur ki: “Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur”.
Beləliklə, sosial sferaya daxil olan sahələrin (sosial institutların) yaradılması və inkişafı, əhaliyə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi cəmiyyətin tərəqqisinin əsasını təşkil edir.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin