Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 1,1 Mb.
səhifə55/78
tarix02.01.2022
ölçüsü1,1 Mb.
#40819
1   ...   51   52   53   54   55   56   57   58   ...   78
Nizami-folklor

(Gəncəvi Nizami, 1962)

Sədərək kəndindən xeyli yuxarıda – keçmiş Ermənistan SSR-in Yeğeqnadzor (Paşalı) rayonunun Qovuşuq kəndi yaxın­lığında da Fərhadın adı ilə bağlı xeyli yer adları mövcuddur. Qovuşuqla Ələ­yəz kəndləri arasında Vəng adlandırılan qədim bir abidə var. Bu­raya yuxarı yaylaqlardan daşdan yonulub dü­zəldilmiş bir arx gəlir. Yaylaqla Vəngin arası sərt yamaclı dağ­lardır. Ən çevik heyvan – qatır belə buradan çətinliklə keçir. Çox təəssüf ki, arxın yonulmuş daşlarını söküb ətraf kəndlərdə dəyirman novları düzəldiblər.

El arasında gəzən əfsanəyə görə Vəng Şirinin sarayı ol­muş­dur. Yaylaqdan saraya gedib-gəlmək, süd daşımaq çətin ol­duğun­dan Fərhad Şirini təzə südlə təmin etmək üçün daş arxı çəkmişdir.

Şahbuz rayonunun kənd Şahbuz kəndi yaxınlığındakı əzə­mətli və möhtəşəm Şapur qalası da “Xosrov və Şirin” əsərindəki Şapuru xatırladır.

Naxçıvan Nizami Gəncəvinin əsərləri ilə bağlı rəvayət və əfsanələrin yayılması baxımından olduqca zəngin bir muzeyi xa­tırladır. Bu ərazidə yayğın olan əfsanə və rəvayətlərin müxtəlif variant və deyimlərini toplayıb Nizami Gəncəvinin yaradıcılı­ğının da təsirini nəzərə alaraq araşdırmağa ehtiyac duyulur.
QAYNAQLAR


  1. Araslı Həmid. (1942). Nizamidə xalq sözləri və xalq ifadələri, SSRİ EA Azərbaycan Filialının xəbərləri, sayı 8.

  2. Araslı Həmid. (1947). Nizami və Azərbaycan xalq ədə­biyyatı,

“Nizami Gəncəvi” məcmuəsi, Bakı.

  1. Axundov Ə. (1954). N.Gəncəvi və xalq yaradıcılığı, Azərbaycan SSR EA xəbərləri, sayı 2.

  2. Ələkbərov Səfər. (1978). “Folklorda estetik və əxlaqi fikirlər”, “Gənclik” nəşriyyatı, Bakı.

  3. Ələkbərov M. (1947). Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı, (avtoreferat), Bakı.

  4. Gəncəvi Nizami. (1962). Xosrov və Şirin, Bakı.

  5. Mübariz. (1938). Nizami yaradıcılığında Azərbaycan folklorunun təsiri, “Ədəbiyyat” qəzeti, 24 iyun.

  6. Paşayev Sədnik. Yanardağ əfsanələri, Bakı, 1976.

  7. Paşayev Sədnik.(1976). Nizami və folklor, Bakı.

  8. Paşayev Sədnik. (1983). Nizami və xalq əfsanələri, “Gənclik” nəşriyyatı, Bakı.

  9. Rəhimov Arif. (1980). Vayxırın izi ilə. “Ədəbiyyat və incəsənət” qəzeti, 1 fevral.

  10. Hüseyn oğlu Əli. (1984). Naxçıvanda N.Gəncəvinin əsərləri ilə səsləşən deyimlər. “Sovet Naxçıvanı” qəzeti, 15 fevral, sayı 43 (13781).



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin