İstək-arzu forması göstəricisi kimi oğuz qrupu dillərdə -a//-ə, qıpçaq
və karluq qrupu dillərdə -ğay formalaşmışdır. Bəzi türkoloqlar birinci for-
manın (-a) ikincidən törədiyini iddia etsələr də
3
, bu mülahizəyə qarşı du-
ranlar da çoxdur; -ğay şəklini indiki
4
və gələcək
5
zaman göstəricisi sayanlar
da kifayət qədərdir.M.Kaşğari «Divan»ında istək-arzu formasının -sa//-sə
arxetipi də geniş işlənmiş, həm də adlara qoşulmuşdur: kağunsadı –qovun
istədi, ətsədi-ət istədi, atsadı-atmaq istədi, açsadı-açmaq istədi.
Oğuz qrupu türk dillərində istək-arzu formasının fellərə qoşulmasında
diqqəti çəkən əsas fərq qaqauz dilində III şəxsdə bu morfemin yoxluğudur:
alam, alasın, alsın.
«Növ kateqoriyası göstəriciləri, inkişaf və formalaşma tarixi»adlı
3-cü bölmədə felin qrammatik növləri və növ göstəricilərindən bəhs edilir.
Türk dillərində növ kateqoriyası haqqında söylənən elmi mülahizələri geniş
təhlil süzgəcindən keçirən M.Mirzəliyeva bu kateqoriyanı belə xarakterizə
edir: «Növ kateqoriyası subyektin hərəkətin icrasında rolunu müəyyən edən
və xüsusi şəkilçilərlə reallaşan qrammatik münasibətin ifadə formasıdır»
6
.
Türk dillərində felin növ kateqoriyası çox ümumi bir anlayış olub, bir
neçə kateqoriyanı özündə birləşdirir.
Növ şəkilçilərinin sözdüzəldici, yoxsa sözdəyişdirici olması məsələ-
sində yekdil fikir olmadığını nəzərə alan Y.Seyidov çox tutarlı bir arqu-
mentlə bu mübahisəyə son qoymağa çalışmışdır: «Əgər növ şəkilçiləri
sözdüzəldici şəkilçidirsə, o halda «felin növləri» adlı qrammatik kateqorii-
ya yoxdur və deməli, qrammatika kitablarında belə bir kateqoriya verilmə-
məli idi»
7
.
1
Erculasun Ahmet B. Kaşğari Mahmudda -sā/-se eki. Türk dili bilgisi. 1995, sayı
521, s.449-455.
2
Rəhimov M.Ş. Azərbaycan dilinin XIV-XVIII əsrlərə aid yazılı abidələrində
indiki və gələcək zamanların ifadəsi. «Dilçilik» məcmuəsi». Bakı, 1957, s.24-32.
3
Eyvazova R. Kişvərinin dili. (Morfoloji xüsusiyyətlər). Bakı, Elm, 2005, s.124.
4
Əskər Ramiz. M.Kaşğari və onun «Divani-lüğat-it-türk» əsəri. Bakı, MBM, 2008,
s.269.
5
Kaşğari Mahmud. Divanü-lüğat-it türk. I c. s.302-303, 305.
6
Мирзалиева М. Категория залога в современном Азербайджанском языке и
смежные явления. АКД, Баку, 1976, с.9.
7
Seyidov Y. (Morfologiya.) Bakı, 2010, s.197-199.