Məchul (passiv) növ şəkilçiləri müasir türk dillərinin hamısı üçün
eynidir: -l, -ıl, -il, -ul, -ül. Bununla yanaşı, -n, -ın, -in, -un, -ün şəkilçiləri də
məchul növ funksiyasını yerinə yetirə bilir ki, bu daha çox sonu «l» ilə
bitən fellərə qoşulur: salındı, yolundu, döyüldü, yazıldı. A.M.Şerbak «n»
elementini «l»-nın dissimilyativ variantı hesab edir
1
. Qaqauz dilində məc-
hul növdən bəhs edən L.Pokrovskaya qeyd edir ki, çox vaxt məchul və qa-
yıdış növlər o qədər bir-biri ilə qaynayıb-qarışmış olur ki, bunları ayırmaq
çox çətin görünür: ayrılma:, azalma:
2
.
Məchul növ fellər, adətən, təsirli fellərdən yaransa da, oğuz qrupu dil-
lərdə bunun əksinə olan hallara da təsadüf edilir: Bu məsələyə bir də qayı-
dılacaq (Azərb.); Arabaylan zor qediliy (qaqauz); Sahipsiz odaya girilmez
(türk); Akşama evə dönüləjək (türkmən).
Türkoloqlaran K.Zaleman, V.Banq,
3
A.Şerbak və başqaları məchul növ
göstəricisi -ıl
4
-ın mənşəyini ol köməkçi felinə bağlayırlar ki, bu bizə də
uyğun görünür
4
.
M.Kaşğari «Divan»ında məchul növün -ık
4
, -sık
4
göstəriciləri də möv-
cuddur: Koy bölükdü – qoyun bölündü, Ol ər bilsikdi – O kişi bilindi
5
.
Qayıdış növ şəkilçiləri məchul növün göstəriciləri ilə eyni olsa da,
tədqiqatçılar arasında ümumi fikir belədir ki, bu növün əsas formantı -n, -
ın
4
-dır. Ümumtürk abidələrinin dilində və M.Kaşğari lüğətində bu forma
daha aktivdir: ol saçın tarandı, ol yarmakın alındı, bəg məni oğul tutundu
və s
6
. Burada qayıdış növ göstəricisi kimi -ık
4
variantı da mövcuddur: ər
acıkdı, ton kirikti, kılıc tutuktu
7
.
Q.Kazımov qayıdış növ göstəriciləri sırasında -ıl
4
, -ın
4
, -l, -n ilə yanaşı,
-ıx, -ik, -ux, -ük, -ş şəkilçilərini də qeyd edir
8
. M.Mirzəliyevaya görə, -sık
4
şəkilçisi felin növlər üzrə diferensiallaşması başa çatandan sonra -ıx//-ık
forması alaraq yalnız qayıdış növü bildirməyə yönəlmişdir
9
.
1
Щербак А.М. (Глаголь.)Göstərilən əsəri, s.108.
2
Покровская Л.А. Грамматика гагаузского языка. Москва, Наука, 1964, с.173.
3
Щербак А.М. (Глаголь.), Göstərilən əsəri, s.107-108.
4
Banq W. Vom Köktürkischen zum Osmanıschen – IV, Berlin, 1921,s.1-26.
5
Kaşğari Mahmud. Divan. II c.s.143, 144, 231, 232.
6
Yenə orada, II c.s.71, 165.
7
Yenə orada, II c.s.143, 239.
8
Kazımov Q.Müasir Azərbaycan dili. (Morfologiya) Bakı,Elm və Təh-
sil,2010,s.197-199.
9
Мирзалиева М. Категория залога в современном Азербайджанском языке и
смежные явления. АКД, Баку, 1976, с.16-17.
|