S S a a l l i i d d ə ə Ş Ş ə ə r r i i f f o o v v a a
64
rilmiş süjet xətti postmodernizm üçün səciyyəvi xarakter
daşıyır.
Modelləşdirilmiş süjet xəttini Anarın «Ağ qoç, qara
qoç» romanında müşahidə edirik. Anarın «Ağ qoç, qara
qoç» romanında modelləşdirilmiş süjet xətti fantastik və
alleqorik formada Azərbaycanın üç müxtəlif yol ilə inkişaf
perspektivlərinin açıqlanmasıdır. Roman müəllif tərəfin-
dən «utopik və antiutopik nağıllar» adlandırılmışdır. Nağıl
süjeti isə əsərdə təkrarlanmayır, postmodern ədəbiyyata
xas olan modelləşdirilmiş süjet xətti özünü göstərir. Əsər-
də Azərbaycanın sırf islamçı, rus kommunist və ya qərb
dəyərlərinə söykənərək gələcəyə addımlamasının müxtəlif
nəticələri göstərilir. Bu üç yol arasında mövcud fərqlər və
eyniliklər oxuculara çatdırılır. Məhz romanda təsvir olu-
nan bu üç zonadakı dəyişikliklər oxucunu «hadisələr bəs
necə olmuşdur?» kimi düşünməyə vadar edir. Hadisələrə
nəzər salan oxucu, onlar arasındakı dəyişiklikləri həm gə-
ləcəkdə baş verə biləcək hadisələr kimi, həm də real
gerçəklik kimi qəbul edir.
Modelləşdirilmiş süjet xəttini yazar Şərif Ağayarın
«Haramı» romanında müşahidə etmək olur. Romanın üç
süjet xətti ilə inkişaf etdiyini görürük: əsərin əsas hadisələ-
rini əks etdirən mətn (Rüstəmin Haramı ilə bağlı həyatı),
on iki əhvalat (Səməndərin qoçaqlıqlarını əks etdirən əh-
valatlar) və yeddi günü təsvir edən gündəlik (Rüstəmin
gündəliyi). Təsvir edilən bu hadisələrin iki üslubda (bədii
və publisistik) qələmə alınması romanın üslub qarışıqlığın-
dan danışmağa əsas verir. Detektiv xətt və pornoqrafik ele-
mentlərdən xali olmayan roman müxtəlif üslubların birləş-
məsi kimi ənənəvi romanlardan fərqlənir. Rəqəmlərin mə-