Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə65/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   61   62   63   64   65   66   67   68   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
67 
Müasir  Azərbaycan  ədəbiyyatında  roman-pyesin  əla-
mətlərini İlqar Fəhminin «Akvarium» (2006) əsərində tap-
maq olar, hansı ki, daha çox teatr romanı kimi məşhurdur. 
Romanın  süjet  xətti  bir  insanın  taleyi  ətrafında  qurulur, 
hansı ki, bütün arzularına qırx yaşlarında çatır, ancaq «ak-
varium»dakı zindana qalib gəlmək gücündə deyil. Akvari-
um baş qəhrəmanın  yerləşdirildiyi  məhdudlaşdırıcı mənə-
vi-məkan  kimi  çıxış  edir,  harada  ki,  lal  balıqla  müqayisə 
edilir. Müəllif mümkün süjet xətlərindən  istifadə edir: bir 
tərəfdən, azadlıq və müstəqillikdən imtina edən uğurlu in-
sanın yolu; digər tərəfdən, harmoniya və gözəllik, azadlıq 
və xeyirxahlıq dəyərlərinə əsaslanan xəyali tale. 
Postmodern romanların süjetində digər romanlarda ol-
duğu kimi təqlid və əkstəqlid özünü göstərir. Təqlid özünü 
ən  çox  roman-silsilə  və  roman-davamda  (söhbət  başqa 
müəlliflərin bədii əsərlərinin  «davamı»  və  ya «ardı» kimi 
yaradılmış əsərlərdən gedir) janr qarışıqlığı çox yönlü xü-
susiyyətində özünü daha qabarıq göstərir. Nəticədə roman-
silsilələrin  hissələri  bir-birilərindən  janr  konstruksiyaları 
baxımından fərqlənə bilərlər. Bu roman-davama münasibət 
də ədalətlidir. 
Bədii nəqlin göstəricilərindən biri oxucu tərəfindən ro-
man məzmununun gerçəklik kimi qəbul edilməsidir ki, bu 
da təqlid və ya əkstəqlid (antitəqlid)  bədii üsulları ilə əla-
qəlidir. Təqlid yalnız süjetə deyil, həmçinin «janr əlamət-
ləri»nə toxunur. Təqlid yalnız bir epoxanın əsərində deyil, 
həmçinin zaman və ya coğrafi bölgülərdə də mümkündür. 
Ədəbiyyatda çox nadir hallarda rast gəlinən əkstəqlid (an-
titəqlid) kimi hala da rast gəlmək mümkündür. 
Əsərin  süjet  xətti  bir  uydurma,  ya  obyektiv  antitəqlid 
edən bədii gerçəkliyin yaranmasında iştirak edir. Janr təq-



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin