(Ensar Aslan, səh. 33)
Möhürbənddə “Mədh etdiyin dilbər” deyilsə də, yəni şeirin qadına həsr edildiyini söyləsə də beldə “Çiftə tabanca”dan, belinə almalı biçağın yaraşdığından və s. söz açılır. Bunlar da kişi geyiminin əlamətləri sayılır. Gözünür o dövürdə Türkmən qızları da kişilər kimi, tapanca, qılınc gəzdirirlərmiş.
UCUNDAN
Pərişan eyləmə yar siyah zülfün,
Sərdə zülf-i pərişanım ucundan.
Aləm yanmaz, mən yanarım nədəndir?
Mənim də yandığım sənin ucundan!
Busə üçün yanaqları yarılır,
Ol səbəbdən məndə kövsər darılır,
Pərdələnir, mah üzünə sərpilir,
Halqa düşər zənəxdanın ucundan!
Hər yana xəbərlər getdi sevdiyim,
Cəfa kar eylədi cana sevdiyim,
Şimdi mürvətmidir sinə, sevdiyim,
Yana İrfan bu sevdanın ucundan.
Dostları ilə paylaş: |