Hansı tərəfi ilə yuxarı olaraq üzməsindən asılı olmayaraq, sal təhlükəsiz istismar olunmalı və ya elə ləpəyə
davamlılığa malik olmalıdır ki, özbaşına asanlıqla bərpa olunsun və yaxud bir nəfər tərəfindən asanlıqla çevrilə bilsin.
1.5. Xilasedici salın və xilasedici qayığın təchizatı.
1.5.1. Sal və qayığın təchizatının komplekti.
Xilasedici salın və
xilasedici qayığın təchizatına salın və qayığın istismar vasitələri, həyatı təminedici vasitələr, siqnalizasiya
və diqqət cəlbedici vasitələr daxildir. Təchizat əşyaları elə yerləşdirilməlidir ki, gəmini tərk etmə üzrə fəaliyyətlərə maneçilik
törətməsin.
SOLAS-74 Konvensiyasının qaydaları xilasedici salın təchizat komplektinin üç variantını nəzərdə tutur:
SOLAS A PACK - məhdudiyyətsiz üzmə rayonu gəmiləri üçün;
SOLAS B PACK - sahilyanı üzmə gəmiləri üçün;
SOLAS C PACK - mühafizə olunan sularda üzən gəmilər üçün.
Salın qablaşdırıldığı konteynerin üzərinə müvafiq yazı yazılır.
Aşağıda göstərilən siyahı SOLAS A PACK komplektinə aiddir.
Xilasedici sal, uzunluğu azı 30m olan üzən xilasetmə
lininə bərkidilmiş xilasedici dairə ilə, xilasedici qayıq isə
- iki belə dairə ilə təchiz olunur.
Üzən lövbər paraşütə oxşar formada parçadan
hazırlanmış, təpəsində bir dəliyi olan konusvari
ləvazimatı özündə təmsil edir. Konusun enli sonluğunda
drektov - tros bərkidilmişdir, hansı ilə ki, o, salın və ya
qayığın arxasınca özünü saxlayır. Bort arxasına
Dostları ilə paylaş: