1.6.1. Gəmini tərk etmək üzrə həyəcan. Ekipaj üzvlərinin həyəcan üzrə fəaliyyətlərə hazırlığı.
Gəminin onun ekipajı tərəfindən tərk etməsi üzrə qərar qəbul etmə hüququ müstəsna olaraq gəmi kapitanına
məxsusdur. Gəminin məhvinin qaçılmazlığına əmin olduqda, gəmi kapitanı sərnişinlərin xilas olunması üzrə bütün tədbirləri
gördükdən sonra ekipaj üzvlərinə gəmini tərk etməyə icazə verir.
Gəmini tərk etmək üzrə həyəcan gəmi kapitanı tərəfindən şəxsən və yaxud onun göstərişi ilə verilir. Onun siqnalı uca
səsli zəngin azı yeddi qısa və bir uzun səsini özündə təmsil edir. O, 3-4 dəfə deyilir və uca səsli gəmi rabitəsi üzrə həyəcanın
növü, toplanma yerləri və digər zəruri məlumatlar göstərilməklə səs ilə təkrarlanır. (SOLAS-74 Konvensiyasının qaydalarına
müvafiq olaraq yeddi qısa və bir uzun səsdən ibarət olan siqnal ümumgəmi həyəcanıdır, hansı üzrə ki, sərnişinlərin və ekipajın
toplanılması həyata keçirilir).
Gəminin tərk edilməsi üzrə ekipajın fəaliyyətləri bir sıra mərhələlərdən ibarətdir:
- insanları kollektiv xilasetmə vasitələrinə mindirmə yerində toplamaq;
- kollektiv xilasetmə vasitələrini suya endirilməyə hazırlamaq;
- insanları kollektiv xilasetmə vasitələrinə mindirmək;
- kollektiv xilasetmə vasitələrini suya endirmək və qəzaya uğramış gəmidən aralanmaq və ya digər üsullarla məhv
olan gəmidən insanları təxliyə etmək;
- hər ekipaj üzvünün kollektiv xilasetmə vasitəsində yeri və gəmini tərk etmək üzrə onun vəzifə borcları həyəcan
cədvəli ilə müəyyənləşdirilir. Cədvəldə xilasetmə vasitələrinin komandirləri və onların müavinləri, eləcə də ekipaj üzvləri
göstərilməlidirlər, hansıların ki, vəzifə borclarına daxildir:
- təxliyənin gedişatında nizam-intizamı təmin etmək;
- əlavə təchizatın və aşkaretmə vasitələrini gətirmək;
- kollektiv xilasetmə vasitələrini endirilməyə hazırlamaq və onları suya endirmək;
- qayığın mühərrikini işə salmaya hazırlamaq, onu işə salmaq
və onun işini təmin etmək;
- dənizdə sal və qayıqları idarə etmək;
64
- zərərçəkənlərə tibbi yardım göstərmək.
Bölmə və kayutlarda bağlanmış vəziyyətdə qalmış zərərçəkənləri və insanları istiqamətləndirmək, təxliyə etmək, keçidlərdə,
keçid körpücüklərində insanların hərəkət qaydasını saxlamaq və hərəkətin ümumi tənzimlənməsi üçün həyəcan üzrə cədvəldə
qayda-qanunun mühafizəsi və təhlükəsizlik qrupu nəzərdə tutulmalıdır.
Hər gəmi ekipajı gəmini tərk edən zaman uzlaşdırılmış fəaliyyətlərə hazırlanmalıdır. SOLAS-74
Beynəlxalq
Konvensiyası xilasedici qayıq və salların istifadəsi və onların təchizatı üzrə ekipaj üzvlərinin təliminin müddət və məzmununu
nizamlayır. Ekipajın hər bir üzvü gəmiyə gəldikdən sonra 2 həftədən gec olmayaraq təlim və təlimatlandırma keçməlidir.
Təlimatlandırma aşağıdakı sualları əhatə etməlidir:
- hava ilə doldurulan gəmi xilasetmə vasitələrinin fəaliyyətə gətirilməsi və istifadəsi;
- ağır hava və güclü dalğalanma şəraitlərində gəmi xilasetmə vasitələrinin istifadəsi;
- hipotermiyanın
problemləri, hipotermiya zamanı və digər hallarda ilkin yardım.
Hər ekipaj üzvü hər ay gəmini tərk etmə üzrə azı bir təlimdə iştirak etməlidir. Əgər ötən ay ərzində ekipaj üzvlərinin
25%-dən çoxu
belə təlimdə iştirak etməyibsə, o zaman gəmi limandan çıxdıqdan sonra 24 saat ərzində təlim keçirilməlidir.
Gəmini tərk etmə üzrə təlim aşağıdakı fəaliyyətləri əhatə etməlidir:
- həyəcan siqnalı vasitəsi ilə ekipaj və sərnişinlərin toplanış yerlərinə çağırılmasını, bundan sonra həyəcanlar üzrə cədvələ
müvafiq olaraq uca səsli gəmi rabitəsi üzrə gəmini tərk etmə qaydaları elan edilir;
- toplanış yerlərinə gəlməyi və həyəcanlar üzrə cədvəldə göstərilən vəzifə borclarının icrasına hazırlaşmağı;
- bütün ekipaj üzvlərinin və sərnişinlərin müvafiq surətdə geyinmələrinin yoxlanılmasını;
- xilasedici jiletlərin düzgün geyinilməsinin yoxlanılmasını;
- xilasedici qayığın endirməyə hazırlanmasını və onun
qismən endirilməsini;
- xilasedici qayığın mühərrikin işə salınmasını və işləməsini;
- kayutlarda bağlanmış vəziyyətdə qalmış müqəvvaların (manekenlərin) axtarışını və xilas
edilməsini;
- xilasetmə vasitələri üçün radioavadanlığın istifadəsi üzrə təlimatlandırmanı.
Mümkün olan qədər hər sonrakı təlim zamanı ardıcıllıqla müxtəlif xilasetmə vasitələri qismən endirilməlidir.
65
Hər xilasedici qayıq və hər növbətçi qayıq üç ayda azı bir dəfə, onlara təhkim olunmuş komanda ilə birlikdə gəmini
tərk etmək üzrə təlim zamanı suya endirilməli və suda manevr etməlidir. Bu cür təlimlər qorunan sularda və onların
keçirilməsi təcrübəsinə malik olan komanda heyəti üzvlərinin müşahidəsi altında keçirilməlidir.
Dostları ilə paylaş: