Sülügən (surik) və ya texniki piy sürtülmüş əski ilə bükülmüş paz və ya
tıxacı 4 metrdən az olan dərinlikdə dəliyin tutulması zamanı istifadə etmək tövsiyə
edilir, çünki suyun hidrostatik təzyiqinin onları dəlikdən vurub çıxarma təhlükəsi
mövcuddur. Dəliklərin etibarlı tutulması üçün, paz və tıxacların sonuclarını
düzəldərək dayaqlı taxta lövhə vasitəsilə onları təsbit etmək lazımdır.
Dostları ilə paylaş: