Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti


Dərmanlamadan sonra aparılan təhlükəsizlik tədbirləri



Yüklə 458,42 Kb.
səhifə21/112
tarix09.04.2022
ölçüsü458,42 Kb.
#55039
1   ...   17   18   19   20   21   22   23   24   ...   112
TTT — копия

4.Dərmanlamadan sonra aparılan təhlükəsizlik tədbirləri

4.1. Kimyəvi mübarizə işləri qurtardıqdan sonra pestisid qalığının təmizlənməsi üçün çiləyici aparatlar hazırlıq işlərinin aparıldığı stasionar dərman qarışdırma meydançasında yuyulmalıdır.

4.2. Aparılan kimyəvi mübarizələr haqqında məlumat işdən sonra təsərrüfatda xüsusi jurnalda qeyd olunmalı və təsərrüfat rəhbəri tərəfindən imzalanmalıdır.

4.3. Pestisidlərlə iş bitdikdən sonra fərdi mühafizə vasitələri təmizlənməlidir. Əlcəyi əldən çıxarmadan su ilə yumaq, eynəyi, respiratoru, çəkməni, kombinezonu çıxarmaq, sonra əlcəyi yuyub çıxarmaq lazımdır. Fərdi mühafizə vasitələrini soyunduqdan sonra əllər və üz mütləq sabunla yuyulmalı, ağız su ilə yaxalanmalı, imkan daxilində duş qəbul edilməlidir.

4.4. Hər istifadədən sonra respiratorun rezin üz hissəsi, qırışıqlı borusu və mühafizə eynəyi 1 litr suya 25 qram sabun, 5 qram məişət sodası olmaqla sabun-soda məhlulu ilə diqqətlə yuyulmalıdır.

4.5. Xüsusi mühafizə forması və vasitələri xüsusi ayrılmış otaqda fərdi şkaflarda saxlanmalıdır.

4.6. Pestisidlərin tətbiq edildiyi sahələrə insanların və digər canlıların buraxılması müddəti hər bir pestisid üzrə spesifik təlimatlara uyğun müəyyən edilməlidir.

4.7. Tam istifadə edilməmiş pestisid qablarının ağzı kip bağlanılmaqla anbara təhvil verilməlidir.

4.8. Pestisidlərlə işlədikdən sonra boşalmış taraları ətrafa atmamalı, təkrar istifadə üçün yararsız hala salınmaqla xüsusi ayrılmış anbarda saxlanılmalı və zərərsizləşdirilməsi üçün aidiyyəti quruma təhvil verilməlidir.


Yüklə 458,42 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin