Tahir Süleymanov:
2015-2016-cı il Bakalavr pilləsin-
də Buraxılış işlərinin müdafiəsinə
buraxılmış 83 tələbədən 83-ü də
müdafiəni müvəffəqiyyətlə həya ta
keçirərək, əczaçı-bakalavr dərəcəsi
və ali təhsil haqqında diploma layiq
görülmüşlər.
Dövlət Attestasiya Komissiyasının
21 iyun 2016-cı il tarixli yekun proto-
koluna əsasən Əczaçılıq fakültəsinin
2015-2016-cı il məzunlarının 83
nəfə rinə ümumi qaydada Əczaçı
Bakalavr Diplomu verilməsi haqda
qərar qəbul olunub. Məzunlardan 72
nəfər Azərbaycan vətəndaşı, 11 nəfər
isə əcnəbi vətandaşlardı.
Buraxılış işlərinin müdafiəsi Uni-
versitetin əczaçılıq fakültəsinin
təmirli, əla rahat mebel, müasir tex-
niki avadanlıqlar ilə təchiz edilmiş,
geniş, işıqlı və təmiz auditoriyaların-
da keçirildi.
Bütün bunlar Buraxılış işlərinin
müdafiəsinin həyata keçirilməsinin
səviyyəsinin keyfiyyət baxımından
yüksək olmasını təmin etdi.
Göstərilənlərlə yanaşı, xüsusilə
qeyd etmək istəyirəm ki, bu il Bu-
raxılış işlərinin müdafiəsi əvvəlki
illərlə müqayisədə keyfiyyətcə xey-
li irəliləyişlərlə müşahidə edilmiş-
dir. Burada həm Buraxılış işlərinin
mövzularının müasirliyi və aktuallığı,
həmçinin diplom işlərinin tərtibatı,
eləcə də tələbələrin işləri daha yaxşı
məruzə etməsi və sualları cavablan-
dırması istiqamətində olan müsbət
dinamikanı xüsusi qeyd etmək
istəyirəm.
Kafedraların reaktiv və avadan-
lıqlarla təchizatının yaxşılaşması
nəticəsində demək olar ki, əksər dip-
lom işlərində eksperimental xarak-
terli təcrübələrin nəticələri verilirdi.
Dostları ilə paylaş: |