Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


İşraqilik fəlsəfəsi. Şihabəddin Yəhya Suhrəvərdi



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

İşraqilik fəlsəfəsi. Şihabəddin Yəhya Suhrəvərdi (1154-1191). Şihabəddin Əbülfütuh 


20 
Yəhya Həbəş oğlu Suhrəvərdi böyük filosof, işraqilik fəlsəfəsinin banisidir. 
Şihabəddin Suhrəvərdi dinin zəngin yaradıçılığında peripatetizm, sufizm və işraqilik 
məsələləri işıqlandırılmışdır. Azərbaycan filosofu məntiq, metafizika və təbiətşünaslığa dair 
“Qeydlərində” (Əl-təlvihat), “Müqavimətlər” (Əl-müqavimət), “Baxışlar” (Əl-ləməhat) və 
başqa kitablarında fəlsəfi kateqoriyaların yeni təsnifatını hazırlamış, peripatetik təlimini inkişaf 
etdirmişdir. “Filosofların görüşləri” traktatında Şərq peripatetizmini ortodoksal islam 
ideoloqlarının hücumlarından qorumuşdur. “Cəbrail qanadının səsi”, “Qızğın əql”, “Bir gün 
sufi camaatla birlikdə”, “Uşaqlıq haləti haqqında”, “Qarışqaların dili”, “Simurğun civiltisi”, 
“Ürəklərin bağı” (yaxud “Ürəklərin çəməni”) və başqa traktatlarında o öz sufi sələflərinin 
ideyalarını təbliğ edib, panteizmə yaxın mövqe tutmuşdur. 
Şihabəddin Suhrəvərdinin “İşıq heykəlləri”, “İmaməddin lövhələri”, “İşıqnamə”, xüsusən 
“İmraq fəlsəfəsi” və bir sıra başqa əsərlərində işraqilik təliminin başlıca məsələləri verilmişdir. 
Şiraq (Əl-şiraq - işıq saçma) emanasiya termininə uyğundur. Şiraqilik (Əl-işraqiyyə) bu sözdən 
əmələ gəlib, «işrağa məxsus» deməkdir. Bu təlimə görə işıqlardan və onun kölgələrindən 
təşəkkül tapmış bütün mövcudatın zirvəsində işıqlar işığı durur. Tək və səbəbsiz olan həmin 
işıqdan mərtəbə-mərtəbə digər işıqlar və onların kölgələri (cisimlər) vücuda gəlmişdir. Bununla 
işraqilik fəlsəfəsində Şərq peripatetizmindəki əql, nəfs və cismin üçlük sisteminə əsaslanan 
yeni bir emanasiya nəzəriyyəsi yaradılmışdır. İşraqilik fəlsəfəsində idrakın hissi, əqli və intuitiv 
mərhələləri qəbul edilir. İctimai fikirlərə gəldikdə, o Şihabəddin Suhrəvərdinin poeziyasında 
daha qabarıq verilmişdir. Haqsızlığa və ədalətsizliyə qarşı çıxan mütəfəkkir bədxah insanları 
əjdahaya və ilanlara bənzədirdi. Onun fikrincə xalqa layiqli adam başçılıq etməlidir, O, deyirdi 
“siyasət onun əlində olarsa, zaman işıqlı olar”. 
Şihabəddin Suhrəvərdinin fəlsəfəsini, xüsusən onun işiraqilik təlimini Şəmsəddin 
Şəhrəzuri (?-1250), İbn-Kəmmunə İsrailin (?-1277), Qütbəddin Şirazi (1236-1311), Vədud 
Təbrizi (?-1524), Sədrəddin Şirazi (?-1610) və b. görkəmli filosoflar inkişaf etdirmişlər.

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin