Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova oxu təLİMİNİn metodikasi



Yüklə 453,07 Kb.
səhifə76/100
tarix01.05.2023
ölçüsü453,07 Kb.
#105397
növüDərslik
1   ...   72   73   74   75   76   77   78   79   ...   100
yeni kitab Oxu təl. metodikası 8.02.23

1.Melodiklik. Oxu prosesində məqamında səsin yüksəlməsi, alçalması oxuya musiqilik, incəlik, yumşaqlıq gətirir.
2.Sürət. Məzmuna uyğun olaraq tezləşdirmə və ya ləngitmə.
3.Ritm. Hecaların ahəngdar şəkildə əvəzlənməsi, uzun, qısa heca və s.
4.Diksiya. Səsləri düzgün və aydın tələffüz etmək, yerində nəfəs almaq və s. Danışıq üzvlərinə sahib olmaq ciddi təkrar tələffüzdə diksiyanı təmin edir.
5.Səs. Səsin həcmi, gücü, məlahətli olması da emosional rəngarəngliyi çatdırmaqda böyük rol oynayır. Bunun üçün həm səs özü gözəl olmalıdır, həm də onu idarə etməyi bacarmaq lazımdır.
6.Nəfəsalma. Düzgün nəfəsalmanın danışığın eşidəndə xoş təsir bağışlamasında xüsusi rolu vardır. Nəfəs sürətlə alınmalı, lakin qənaətlə verilməlidir. Çalışmaq lazımdır ki, şagirdlər buna nail ola bilsinlər.
7.Vurğu. Fikrin emosional və dəqiq çatmasında vurğunun da rolu böyükdür. Heca vurğusu, məntiqi vurğu və həyəcanlı vurğunun hər birinin özünəməxsus yeri vardır.
8.Fasilə. Həm durğu işarələri ilə, həm də durğu işarəsiz fasilələr üzrə iş aparılmalıdır. Ritmik bölgülər fikri dəqiq və emosional anlamağa xüsusi kömək edir.
Cümlənin intonasiyası danışanın məqsədinin dəqiq anlaşılmasına imkan verir. Danışanın məqsədindən asılı olaraq eyni məzmunlu, eyni sözlərin birləşməsindən ibarət olan cümlə həm sual intonasiyası, həm də adi intonasiya ilə deyilə bilər. Linqvistik və pedaqoji ədəbiyyatda intonasiyanın iki növü göstərilir:

  1. məntiqi intonasiya;

  2. iradi – emosional intonasiya.

Məntiqi intonasiya qrammatik baxımdan bütövlükdə cümlənin (nəqli, sual, əmr, nida cümləsinin), cümlə üzvlərinin (çağırış, müraciət, sadalama, aydınlaşdırma, əmr, xəbər və s.) mənasının açılmasına xidmət edir.
İradi – emosional intonasiya isə kinayə, istehza, təəccüb, şübhə, təsdiq, inkar, nəsihət, xahiş, yalvarış, dəvət, məsləhət, təskinlik, qəzəb, kin, hiddət, kədər, qüssə, sevinc, şadlıq və s. hissləri üzə çıxarır. İntonasiyanın bu iki növü məntiqi vurğu və fasilələri də özündə əks etdirir.
Şübhə yoxdur ki, uşaqlar daha çox böyükləri təqlid etməklə örənirlər, lakin təqlidetmənin öz-özünə axın şəklində gedən bir fəaliyyət olduğunu düşünmək səhv olardı. Orfoepiya və intonasiya üzrə vərdişlərin formalaşdırılması üçün ibtidai siniflərdə aşağıdakı iş növlərindən istifadə olunur;

  1. düzgün nitqi yamsılama;

2) səsin tələffüz məxrəcinin izah olunması;
3) şagirdlərin dinləmə və eşitmə qabiliyyətinin inkişaf etdirilməsi;
4) maqnitafonun köməyilə öz tələffüzlərinə nəzarət etməsi;
5) düzgün tələffüz ilə səhv tələffüzün müqayisəsi;
6) orfoepik – orfoqrafik cədvəllərdən istifadə;
7) sözlərin fonetik, morfoloji, sintaktik, leksik təhlili;
8) görkəmli söz ustalarının lent yazılarına qulaq asmaq;
9) şeirlərin öyrədilməsi;
10) bədii parçaların ifadəli oxusu;
11) radio – televizor uşaq verlişlərindən bəhrələnmə;
12) orfoepiya üzrə kommentarili yazılar;
13) dərslikdəki mətnlərin ifadəli oxunması;
14) oxu prosesində intonasiya; durğu, fasilə, teatr, sürət və s. komponentlərə əməl olunması;
15) atalar sözü, tapmaca, yanıltmac və saymacalar vasitəsilə düzgün tələffüz qaydalarının yaradılmasına çalışmaq və s.
3. İbtidai siniflərin ana dili dərslərində orfoepiya və intonasiya üzrə aparılan işlər.
İbtidai siniflərdə ədəbi tələffüz vərdişlərinin aşılanma­sında qeyd olunan iş növlərinin hər birinin müəyyən rolu vardır. Lakin oxu dərslərində aparılan orfoepik işlər, ədəbi tələffüz vərdişlərini inkişaf etdirilməsində daha səmərəli keyfiyyətə malikdir.



Yüklə 453,07 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin