Mühazirəçi oxuyacağı mövzunu əvvəlcə müəyyən plan üzrə qeydlərlə hazırlayır, mühazirəni oxuyarkən ondan bəhrələnir. Həm ali məktəb mühazirələri, həm də müəyyən mövzularda, xüsusən ölkə həyatına və ya beynəlxalq münasibətlərə, ölkə prezidentinin əməli siyasətinə aid mühazirələr konkret faktlara əsaslandığı üçün mühazirəçinin ustalığı nəticəsində maraqla qarşılanır, ümumi işimizin xeyrinə olur. Belə mühazirələrdə dialoji nitq elementlərinə də ara-sıra yer verilir. Məruzə və mühazirə arasında müəyyən fərqlər vardır: Məruzə və mühazirə arasında müəyyən fərqlər vardır: 1)Məruzəçi çıxış edərkən adamlar qarşısında mövzusuna görə məsuliyyət daşıyır, mühazirəçi isə mövzu seçimində sərbəstdir. O, mövzunu da, şərh üslubunu da seçməkdə azaddır. Mühazirə də, məruzə də elmi mövzuda ola bilər; 2) Məruzə fərdi xarakter daşıyır, buna görə də mühazirəçi dinləyicilərindən daha hazırlıqlı olur, mövzunu dinləyicilərə nisbətən dərindən və hərtərəfli bilir. Mühazirə ümumi xarakterli olur, mühazirəçi mövzunu, demək olmaz ki, dinləyicilərin hamısından yaxşı bilir, üstünlük müəyyən fakt və rəqəmlərin əqli nəticələrlə əlaqələndirilməsində ola bilər. 3) Məruzə müzakirə olunur, onun əsasında qərar qəbul edilir. Əgər bu, ali məktəbdədirsə, məruzənin ya özünün bütöv şəkildə, ya da tezisinin nəşri tövsiyyə oluna bilir. Mühazirə isə müzakirə obyekti deyil, haqqında da qərar qəbul olunmur. Mühazirə oxunur və dinlənilir, ona aid suallar da verilə bilir. 4) Ali məktəb mühazirələri növündən asılı olaraq bir fənnin hər hansı bir mövzusuna, kütləvi mühazirə isə sosial və siyasi həyatla bağlı hər hansı bir mövzuya həsr olunur. Məruzə, adətən, elmi və siyasi olmaqla bir problemin çözülməsini qarşıya qoyur. 5) Mühazirədə mühazirəçi öz mövqeyini, siyasi baxışını ifadə etməkdə azaddır, məruzədə isə mövzu daxilində müəyyən ölçü gözlənilir.
http://azkurs.org
Dostları ilə paylaş: |