Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti


Fəsil 5. Ölkənin maliyyə sabitliyinin təmin edilməsi. 5.1.Azərbaycanda maliyyə sabitliyinin fоrmalaşması



Yüklə 0,97 Mb.
səhifə24/46
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41959
1   ...   20   21   22   23   24   25   26   27   ...   46

Fəsil 5. Ölkənin maliyyə sabitliyinin təmin edilməsi. 5.1.Azərbaycanda maliyyə sabitliyinin fоrmalaşması


prоsesi.
Azərbaycanda maliyyə sabitliyinin formalaşması prosesi İqtisadi inkişafın səviyyəsi artdıqca, dövlətin İqtisadiyyatı tənzimlənməsinin inzibati üsullarının rolu azalır, İqtisadi tənzimlənmənin əhəmiyyəti isə yüksəlir. Qeyd etmək lazımdır ki, bazar mexanizmi qeyri-təkmil xüsusiyyətə malik olduğu üçün, dövlət müdaxiləsinin varlığı zəruridir. Çünki əslində bazarın əbədi olaraq qeyri-təkmil xarakterli olması iqtisadiyyatı fəallaşdırır və səmərəli fəaliyyətini şərtləndirir, eyni zamanda stimullaşdırır. İngilis filosofu Ceremi Bentama görə: «… sabitlik prinsipi – istənilən obyektin ləzzət, fayda və xoşbəxtlik gətirmək və ya ağrıdan, əzabdan və yamanlıqdan qorumaq xüsusiyyətidir».” Dünya iqtisadiyyatında gedən liberallaşdırma prosesi və SSRİ-nin dağılması ilə əlaqədar olaraq respublikların dövlət suverenliyi əldə etməsi XİF-in hüquqi tənzimlənməsi sahəsində köklü dəyişiklikləri zəruri edib. Belə olan halda keçid dövründə bütün müstəqil dövlətlərdə xarici iqtisadi əlaqələrin tənzimlənməsinin milli qanunvericilik bazası işlənməyə başlandı. Şübhəsiz ki, XİF-in miqyasları müstəqil dövlətlərin

ərazilərində müəyyən olunmuş hüquqi normaların, onların fəaliyyətinə verilən iqtisadi təminatların çərçivəsində həyata keçirilməlidir. Bu çərçivədə Azərbaycanda da XİF-in sferanın hüquqi tənzimlənməsi prosesi gedir. Azərbaycanda bazar münasibətlərinin təşəkkülü və bu münasibətlərə əsaslanan xarici iqtisadi əlaqələrin inkişafı hər şeydən əvvəl işgüzar fəaliyyət üçün zəruri ilkin şərtlərin yaradılmasını tələb edir ki, bunun da ən vacib tərkib hissələrindən biri iqtisadiyyatın bazar modelinə uyğun hüquqi mexanizminin yaradılmasıdır. Bundan başqa, məqsəd respublikamızda ilk növbədə xüsusi mülkiyyətə əsaslanan özəl bölmə üçün dəqiq və geniş qanunvericilik bazasının formalaşması, iş adamlarının, təsərrüfat subyektlərinin, xarici investorların sahibkarlıq fəaliyyəti üçün hüquqi təminatın yaradılması, habelə sahibkarlığın dövlət tərəfindən tənzimlənməsinin və maliyyə sabitliyinin möhkəmlənməsinin hüquqi əsaslarının qorunmasıdır. Azərbaycanda xarici investisiya qoyuluşunun bazasının formalaşdırılması sahəsində dünya təcrübəsinə və ölkəmizin spesifik şəraitinə əsaslanaraq son dərəcədə əhəmiyyətli işlər görülmüşdür. Milli Məclis tərəfindən iqtisadi islahatlarla bağlı çoxlu qanunlar, müvafiq qanunvericilik sənədləri qəbul edilmişdir ki, bunların da xeyli hissəsi xarici iqtisadi fəaliyyət və xarici iqtisadi əlaqələr ilə bu və ya digər səviyyədə əlaqədardır. Xarici iqtisadi əlaqələr və sahibkarlıq fəaliyyəti ilə bağlı olan qanunlara «Antiinhisar fəaliyyəti haqqında», «Haqsız rəqabət haqqında», «Girov haqqında», «İnvestisiya fəaliyyəti haqqında» və digər qanunları aid etmək olar. Xarici iqtisadi əlaqələrin iştirakçıları olan sahibkarlıq subyektlərinin fəaliyyətin tənzimləyən qanunlar: «Müəssisələr haqqında», «Səhmdar cəmiyyətləri haqqında», «Banklara və bank fəaliyyəti haqqında», «Kəndli fermer təsərrüfatı haqqında» və s. Bundan əlavə, bu qrupa sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyətinin nəticələri ilə bilvasitə əlaqədar olan

«Müflisləşmə və iflas» haqqında qanunu da aid etmək olar. Ölkədə əmtəə bircalarının yaradılması, həmçinin qiymətli kağızlar bazarının

formalaşması xarici iqtisadi əlaqələrin inkişafının zəruri şərtlərindən biridir. Bu baxımdan «Əmtəə birjası haqqında». «Qiymətli kağızlar və fond birjaları haqqında» qanunlar da sözü gedən hüquqi bazaya aid edilməlidir. Son illər Azərbaycanda xarici iqtisadi əlaqələrin bir forması olaraq beynəlxalq lizinq sürətlə inkişaf edir. Xüsusi ilə aqrar sektorda, tikinti sektorunda iri şirkətlər xarici ölkələrdən idxal edilmiş texnika və avadanlıqları uzunmüddətli lizinqə təklif edirlər. Bu fəaliyyəti isə

«Lizinq xidməti haqqında» qanun tənzimləyir. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində vergi qanunvericiliyi də mühüm rola malikdir. Bu istiqamətdə xüsusilə «Vergi Məcəlləsi», «Hüquqi şəxslərin mənfəətindən və gəlirlərinin ayrı-ayrı növlərindən vergilər haqqında»,



«Fiziki şəxslərdən gəlir vergisi haqqında», «Əlavə dəyər vergisi haqqında», «Aksizlər haqqında» və s. qanunlara diqqət yetirilməlidir. Qeyd edilən qanunlar sistemində elələri də vardır ki, respublkada xarici iqtisadi fəaliyyəti tənzimləmək baxımıdan fundamental xarakter daşıyırlar, yəni digər xüsusi qanunlar üçün fəaliyyət həddini, normativ sərhədləri müəyyənləşdirirlər. Fikrimizcə, belə qanunlara hər şeydən əvvəl, «Sahibkarlıq fəaliyyəti haqqında», «Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında». «Müəssisələr haqqında», «Torpaq islahatı haqqında», «İnvestisiya fəaliyyəti haqqında» və bir sıra belə xarakterli hüquqi sənədləri aid etmək olar. Milli qanunvericilik aktlarının qəbulu xarici İqtisadi fəaliyyətin hüquqi bazasının konseptual əsaslarını təşkil edir. Bu əsaslar əsasən aşağıdakı tələblər üzərində qurulmuşdur: Azərbaycan Respublikasının xarici-iqtisadi, o cümlədən valyuta-kredit siyasəti; valyuta-gömrük tənzimlənməsi qaydaları; xarici iqtisadi fəaliyyətlə məşğul olan xarici investisiyalı müəssisə və birliklərin, onların filiallarının, nümayəndəliklərinin, birgə müəssisələrin yaradılması və qeydiyyat prosedurası; XİF-lə məşğul olan Azərbaycan Respublikasının müəssisə və təşkilatlarının, vətəndaşlarının maddi maraqlarının təminatı; respublika ərazisində fəaliyyət göstərən XİF-lə

məşğul olan xarici investorların əmlak, mülkiyyət və investisiya hüquqlarının nəzərə alınması və s. müstəqil dövlət kimi Azərbaycan Respublikasının bu prinsiplər əsasında xarici İqtisadi siyasət yeritməsi yerli müəssisə və təşkilatların, firma və şirkətlərin sərbəst və bərabər hüquq şəraitində digər dövlətlərə vasitəsiz olaraq iqtisadi əlaqə və münasibətlər yaratmaq, təsərrüfat suybektlərinin iqtisadi maraqlarının təmin və eləcə də bütün bunların öz növbəsində xarici tərəf müqabilindən tələb edilməsi baxımından önəmlidir. Azərbaycanda xarici iqtisadi fəaliyyət strategiyasının formalaşmasında dünya təcrübəsi ilə yanaşı, milli iqtisadiyyatın spesifik xüsusiyyətləri, beynəlxalq əmək bölgüsünün tələbləri, yaxın və uzaq ölkələrlə ticarət rejiminin optimallığı da nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda xarici iqtisadi fəaliyyət strategiyası bir tərəfdən sərbəst iqtisadiyyatın, normal gömrük və valyuta rejiminin formalaşmasına xidmət etməklə ölkənin ixracat potensialının arıtırlmasına istiqamətlənməlidir. Bu strategiya milli bazarın formalaşdırılmasını sürətləndirməklə yanaşı, həm də onun rəqabət qabiliyyətini yüksəldə bilər. Belə ki, istehsal potensialının genişləndirilməsi və onun texniki modernləşdirilməsinə nail olmaq üçün xarici kapitalın milli bazara cəlb edilməsinin kompleks sistemini formlaşdırmaq lazımdır. Bundan əlavə, idxalı əvəz edən yerli istehsalın təşkili sahəsində idxalın səmərəliliyini yüksəltməklə idxal siyasəti iqtisadiyyatın tələblərinə uyğunlaşdırılırmalı və xarici investi- siya, kredit və yardımlardan istifadə olunmasının mexanizmi yaradılır.

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin