Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə108/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   104   105   106   107   108   109   110   111   ...   194
Həyət hasarları. Tədqiq edilən dövrdə hər bir ailə öz həyət sahəsinin dövrəsini çəpər və 
ya barı ilə hasarlayırdı. Azərbaycanda yerli xammal ehtiyatından, əhalinin məşğuliyyət növü və 
məişət tərzindən asılı olaraq, hasarların  müxtəlif növü (daşqura, möhrə, qala-barı, kol çəpər, 
tapan, qarğı (qamış) çitəmə, çubuq-hörmə, çax-çax, aradoldurma və s.) qeydə alınmışdır. 
Dağ kəndlərində həyətlərin ətrafına çox vaxt çaydaşından hörülmüş alçaq barı çəkirdilər. 
«Daşqura» adlanan belə barını  bənna deyil, hər kəs özü hörürdü.
51
 Qaratikan, böyürtkən 
kolluqları bol olan dağətəyi, çayboyu yaşayış məskənlərində kəndli həyətlərinin dövrəsi, əsasən, 
«kol» çəpərlə  çəpərlənirdi. Ağac materialı bol olan meşəlik  ərazilərdə «ağac» hasar, «çubuq-
hörmə» və ya «tərəcə» çəpər, «çax-çax» və s. geniş yayılmışdı. 
Düzən (aran) kəndlərində həyətlərin ətrafını möhrə və ya çiy kərpicdən hörülmüş barı ilə 
hasarlayırdılar. Alazan vadisi kəndlərində hörgülü barı «cəbir» adlanırdı.
52
 
Aran kəndlərində qamış  əsas inşaat materialı olduğundan burada hasar düzəltmək üçün 
qamış  və qarğıdan geniş istifadə olunmuşdur. Bu məqsədlə  təzə biçilmiş qamışdan  əvvəlcə 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin