SELİKLİ GÖBƏLƏKLƏR ŞÖBƏSİ
– PLASMODİOPHORAMYCOTA
Selikli göbələklər şöbəsi 180 cinsdən olan 700 növ müx-
təlif quruluşlu xlorofilsiz orqanizmləri cəmləyir. Bunlara tor-
paqda, peyində, bitki üzərində, yosunlar üzərində, su
göbələkləri və su bitkiləri üzərində rast gəlmək mümkündür.
Selikli göbələklərlə ilk dəfə 1875-ci ildə böyük rus mikoloqu və
fitopatoloqu M.S.Voronin (1875) məşqul olmuşdur. O, bu
göbələkləri kələmin kökündə xəstəlik törədən “kila” xəstəliyi
zamanı ətraflı tədqiq edə bilmişdir. O, göbələyin inkişaf tsiklini
və biologiyasını öyrənmiş və həmin xəstəliyə qarşı bir sıra
mübarizə tədbirləri hazırlamışdır. Onun selikli göbələklərlə
apardığı bu tədqiqat işi ona dünya şöhrəti gətirmişdir.
Miksomisetlər və ya selikli göbələklər vegetativ dövrdə
çoxnüvəli çılpaq protoplazma yığınından təşkil olunmuş plaz-
modi şəklində olur. Plazmodi çox vaxt fəal amöbvarı hərəkət
etmək qabiliyyətinə malikdir. Sonralar belə plazmodilər
üzərində kisəşəkilli meyvə cisimcikləri və ya sporangilər
əmələ gəlir. Plazmodi adətən yerdə yaşayır, quru yerdən nəm
yerə sürünür. Spor əmələgəlmə zamanı əksinə, işıqlı yerə,
məsələn, kötük üzərinə çıxır, protoplastını yığır, kiçilir,
cürbəcür şəkildə sporangilərə çevrilir, sonra içərisindəki proto-
plast xırda parçalara bölünür, bu parçalardan birnüvəli qılaflı
haploid sporlar əmələ gəlir. Sporlar rütubətli mühitə düşdükdə
tezliklə, cücərməyə başlayırlar. Bu dövrdə spor daxilində ehti-
yat maddəsi olan qlikogen şəkərə çevrilir, ətrafda olan suyu
özünə çəkir. Sporun daxilində osmotik təzyiq artır və qılaf part-
layır, protoplazma xaricə tökülərək iki hissəyə bölünür və
ikiqamçılı zoosporlara çevrilir. Bunlar bölünmə vasitəsilə çox-
alma qabiliyyətinə malikdirlər. Adətən müxtəlif plazmodilərdə
əmələ gəlmiş miksoamöblər kapulyasiya edirlər /heterotallizm/
və onların nüvələri birləşir. Bu diploid amöblər sürünərək
hərəkət edir və digərləri ilə birləşir. Beləliklə, çoxnüvəli plaz-
modi yığını əmələ gəlir. Bunlar işıqdan qaçırlar. Ona görə təbii
şəraitdə plazmodilər, ancaq bitki qalıqları altında gizlənmiş
olurlar. Mikroskopda plazmodi müşahidə edildikdə onun pro-
toplazmasının hərəkətdə olduğunu görmək mümkündür.
Miksomisetlərin sporangiləri plazmodi üzərində yığımlar əmələ
gətirir. Bəzi selikli göbələklərdə sporangilər bir-birinə yaxın
olaraq inkişaf etdikləri üçün, ümumi qabıqla örtülür. Bu halda
onların arakəsmələri itir, daxilində isə sporlarla yanaşı kapillisi
toru əmələ gəlir. Kapillisi bir-birilə birləşmiş, bəzən şaxələnmiş
ayrı-ayrı saplardan, yaxud borucuqlardan ibarətdir. Hiqroskopik
hərəkətlərə qabil olduğuna görə kapillisi sporların yayılmasında
iştirak edir. Bunlar etali adlanır. Belə nümayəndələrə misal
olaraq geniş yayılmış fuliqonu göstərmək olar. Qidalanma
xüsusiyyətlərinə görə miksomisetlər iki müstəqil qrupa ayrılır:
saprotroflar – bitki qidalarında (tökülmüş yarpaqlardan ibarət
meşə döşəyində, çürüyən kötüklərdə və yıxılmış ağacların
gövdəsində qabıq altında) yaşayırlar və parazitlər – canlı sahib
bitkinin hüceyrələrində inkişaf edirlər. Kapillisilərin quruluş və
formaları miksomisetlərin təyin və təsnifatında əsas rol oy-
nayır. Quruluşuna və inkişaf tsiklinə görə şöbə 4 sinfə bölünür
– Akraziomisetlər, Protosteliomisetlər, Miksoqasteromisetlər,
Plazmodioforamisetlər.
Dostları ilə paylaş: |