Epifit göbələklər – bu qrup göbələklər bitkinin bütün
vegetativ orqanları üzərində yaşayırlar.
Filloplan göbələklər – bu qrupa aid olan göbələklər yal-
nız yarpaq üzərində yaşayırlar. Bunlar əsasən saprotrof həyat
tərzi keçirirlər. Misal olaraq may göbələklərini göstərmək olar.
Parazit göbələklər – bu qrup ən geniş yayılanlardır və
sayları çoxdur. Parazit göbələklər bitkilər üzərində müxtəlif
taksonlara bölünürlər. Bunları habelə müxtəlif trofik
mikroorqanizmlər qrupuna bölmək olar.
Obliqat saprotrof göbələklər – bu göbələklər saprotrof
həyat tərzi keçirirlər. Əsasən ölmüş bitki qalıqları üzərində
yaşayırlar. Lakin bunların bəzi nümayəndələri zəifləmiş
bitkilərin üzərində yaşaya bilirlər. Humusla zəngin olan tor-
paqda yaşayan bu göbələklər bitkiyə keçə bilmirlər.
Fakultativ parazit göbələklər – saprotrof həyat tərzi
keçirirlər. Zəifləmiş yaşıl bitkilər üzərində yaşayır, onlara bö-
yük ziyan vururlar. Fakultativ saprotrof göbələklər bitki məhv
olduqdan sonra onun vegetativ orqanlarını parçalayıb məhv
edirlər.
|