607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 117.2-ci maddənin sanksiyasında “şərti maliyyə vahidinin on beş mislindən otuz mislinədək” və “şərti maliyyə vahidinin altmış mislindən doxsan mislinədək” sözləri müvafiq olaraq “on beş manatdan otuz manatadək” və “altmış manatdan doxsan manatadək” sözləri ilə əvəz edilmişdir.
ccx[210] 19 dekabr 2006-cı il tarixli 200-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 68) ilə 118-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 118. Enerjidən və qazdan məişətdə istifadə qaydalarının pozulması
Elektrik, yaxud istilik enerjisindən və ya qazdan özbaşına istifadə edilməsinə və ya elektrik, yaxud istilik enerjisindən və ya qazdan məişətdə istifadə qaydalarının pozulmasına görə -
fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin beş mislindən on mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin otuz beş mislindən əlli mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.
ccxi[211] 30 dekabr 2008-ci il tarixli 752-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (