607-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 7 iyun 2008-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 454) ilə 123-cü maddənin sanksiyasında “şərti maliyyə vahidinin iyirmi mislindən qırx mislinədək”, “şərti maliyyə vahidinin altmış mislindən yetmiş mislinədək” və “şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək” sözləri müvafiq olaraq “iyirmi manatdan qırx manatadək”, “altmış manatdan yetmiş manatadək” və “yüz manatdan yüz əlli manatadək” sözləri ilə əvəz edilmişdir.
ccxxviii[228] 12 oktyabr 2001-ci il tarixli 206-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 11, maddə 698) ilə Məcəlləyə 123.1-ci maddə əlavə edilmişdir.
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 123-1-ci maddənin adında “