“Azərbaycan” qəzeti 14 dekabr 2008-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1045) ilə 196-cı maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 196. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması
196.0. Şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulmasına, yəni:
196.0.1. xüsusi razılıq (lisenziya) olmadan şəhərsalma fəaliyyəti ilə məşğul olmağa;
196.0.2. ətraf mühitin vəziyyəti haqqında hüquqi və fiziki şəxslərin sorğularına tam məlumat verməkdən imtina etməyə;
196.0.3. şəhərsalma reqlamentlərini pozmağa;
196.0.4. şəhərsalma normalarını və qaydalarını, normativ hüquqi aktların və normativ texniki sənədlərin tələblərini pozmağa;
196.0.5. layihənin tərtibatını və təsdiq olunması qaydalarını pozmağa;
196.0.6. mühəndis-axtarış işləri aparılmadan layihələşdirmə və tikinti işlərini aparmağa;
196.0.7. baş plan, müəyyənləşdirilmiş qırmızı xətlər və tikinti tənzimləmə xətləri pozulmaqla, tikinti üçün torpaq sahələrini ayırmağa;
196.0.8. torpaq sahələrindən və digər daşınmaz əmlak obyektlərindən icazəsiz istifadə etməyə;
196.0.9. dövlət tərəfindən xüsusi tənzimlənən zonaların rejiminə əməl etməməyə və onların ərazilərindən təyinatı üzrə istifadə etməməyə;
196.0.10. tikintisi başa çatmış bina və qurğuların istifadəyə verilməsi və istismar olunması qaydalarını pozmağa;
196.0.11. dövlət ekspertizası aparılmadan şəhərsalma sənədlərini təsdiq etməyə;
196.0.12. şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarət edən orqanların fəaliyyətinə maneçilik törətməyə və həmin orqanların göstərişlərinə əməl etməyə görə -
fiziki şəxslər iyirmi manatdan otuz beş manatadək miqdarda, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarda cərimə edilir.